Icma.az
close
up
RU
Nazirdən ANONS: İrəvan BU QƏDƏR ərazimizi qaytarır…

Nazirdən ANONS: İrəvan BU QƏDƏR ərazimizi qaytarır…

Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

“Azərbaycan və Ermənistan delimitasiya üzrə işləri şimal sərhədindən cənuba doğru aparmaq barədə razılaşıb”.

Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, dövlət sərhədinin delimitasiyası prosesinin Azərbaycan, Ermənistan və Gürcüstan sərhədlərinin kəsişdiyi nöqtədən başlayaraq şimaldan cənuba doğru aparılması barədə razılıq əldə edilib. XİN rəhbəri vurğulayıb ki, ötən dövr ərzində iki ölkənin komissiyaları arasında çoxsaylı görüşlər keçirilib, komissiyaların fəaliyyətini tənzimləyən bir sıra sənədlər həm Azərbaycanda, həm də Ermənistanda qəbul və təsdiq olunub.

Ceyhun Bayramov daha spesifik məsələlərin delimitasiya komissiyalarının işinin gedişində müzakirə olunacağını və həllinin gözlənildiyini vurğulayıb. “Daha spesifik detallara gəldikdə, təbii ki, bütün məsələlər vaxtı və zamanı gəldikcə müzakirə olunacaq və onların da həll olunması gözlənilir. Bu və ya digər yaşayış məntəqələri ilə bağlı məsələlər delimitasiya komissiyasının işi çərçivəsində müzakirə ediləcək” , - deyə nazir bildirib.

Qeyd edək ki, Ermənistan rəhbərliyi son vaxtlar Azərbaycanın işğal altında olan dörd anklav kəndinin geri qaytarılacağını bildirib. Söhbət Sədərək rayonunun Kərki və Qazax rayonunun Yuxarı Əskipara, Barxudarlı, Sofulu kəndlərindən gedir. Xüsusilə də Sədərək rayonunun 1990-cı ildə işğal edilmiş Kərki kəndinin Azərbaycana qaytarılacağı barədə məlumatların yayılmasının ardınca Ermənistanda ajiotaj yaşanmaqdadır.

Musavat.com bildirir ki, “Ermənistan” fraksiyasının Qərb diplomatları ilə qapalı görüşündən və ardınca Rusiya səfiri ilə təması ilə paralel olaraq digər müxalifət qüvvəsi – “Güclü Ermənistan” blokunun deputatlarının Kərkiyə(ermənilər Tigranaşen deyirlər-red.) səfər etməsi diqqət çəkir. Sentyabrın 10-da “Güclü Ermənistan” blokunun deputatları kənd sakinləri ilə görüşüblər, yaşayış məntəqəsinin problemlərini müzakirə edib və guya inkişafı ilə bağlı “alternativ proqram” təqdim edəcəklərini açıqlayıblar. Müxalifətçilər kəndin Azərbaycana qaytarılmasının yolverilməz olduğunu bildiriblər.
Onların əsas arqumenti isə buranın yalnız kənd deyil, Ermənistanın şimalı ilə cənubunu birləşdirən mühüm nəqliyyat qovşağı olmasıdır. Müxalifət hesab edir ki, kəndin və onun ərazisindən keçən yolun taleyi Ermənistanın nəqliyyat, iqtisadi və ərzaq təhlükəsizliyinə birbaşa təsir edə bilər.

“Güclü Ermənistan” blokunun fraksiya rəhbəri Narek Karapetyan bildirib ki, kənddən keçən təxminən 8 kilometrlik yol Ermənistanın şimalını İrəvan, Vayots Dzor və Süniklə, daha sonra isə İran sərhədi ilə birləşdirir. Onun sözlərinə görə, bu marşrutdan hər il milyonlarla ton yük daşınır və yolun itirilməsi alternativ istiqamətlərdə nəqliyyatın ciddi şəkildə çətinləşməsinə səbəb ola bilər. Müxalifət kəndin əsl sahiblərinə qaytarılması ehtimalına qarşı siyasi müqaviməti açıq şəkildə ortaya qoyub.

Ermənistan tərəfdə bu kimi anormal mövqeləri çox görmüşük, ona görə də əminliklə deyə bilərik ki, bu cəhdlər də uğursuzluğa düçar olacaq, əks təqdirdə, Dəmir Yumruq yerindədir!
Bu reallığı yaxşı anlayan baş nazir Nikol Paşinyan həmin anklavların Ermənistanın 29743 kvadrat kilometr ərazisinə daxil olmadığını deyib. Ermənistan mətbuatının rəsmi mənbələrə istinadən yaydığı məlumatlara görə, əvvəl Kərki kəndinin qaytarılmasına hazırlıq gedir. Sonra Yuxarı Əskipara və digər iki kənddən Ermənistan silahlı qüvvələrinin çıxarılacağı gözlənilir.
Bu isə yaxın vaxtlarda Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası istiqamətində ciddi addımların atılacağından xəbər verir. Lakin sərhədlərin müəyyənləşməsi prosesi Azərbaycan və

Ermənistan arasında sülh prosesinin gündəliyinə daxil olsa da, birinci dərəcəli məsələ kimi nəzərdən keçirilmir. Azərbaycan tərəfi ilk növbədə sülh müqaviləsinin reallaşmasını vacib hesab edir.

Buna nail olmaq üçün Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını nəzərdə tutan preambula hissəsi çıxarılmalıdır. Azərbaycan Prezidenti də Ermənistan Konstitusiyasına dəyişiklik edildikdən dərhal sonra sülh müqaviləsini imzalamağa hazır olduğunu deyib. Sülh sazişinə qədər sərhədlər məsələsində tərəflər bir sıra mühüm nəticələr əldə edə bilərlər.

Qeyd edək ki, Kərki kəndi (Naxçıvan MR, Sədərək rayonu) - Ərazisi 19 kv. km (1900 hektar).Yuxarı Əskipara kəndi (Qazax rayonu) - Ərazisi təxminən 860 hektar (8.6 kv. km). Sofulu kəndi (Qazax rayonu) - Ərazisi təxminən 439 hektar (4.39 kv. km). Bərxudarlı kəndi (Qazax rayonu) - Ərazisi təxminən 320 hektar (3.2 kv. km).

Bayramov “Daha spesifik detallara gəldikdə, təbii ki, bütün məsələlər vaxtı və zamanı gəldikcə müzakirə olunacaq və onların da həll olunması gözlənilir” dedikdə anklav əraziləri nəzərdə tuturmu? Bu problem zamanı gəldikdə necə həllini tapacaq?

Beynəlxalq məsələlər üzrə ekspert, hüquqşünas Sahib Məmmədov Musavat.com-a deyib ki, 8 avqust 2025-ci ildə Vaşınqtonda paraflanmış “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında” Sazişin 6-cı maddəsində göstərilir ki, “Tərəflər, hazırkı Sazişin I Maddəsindən irəli gələn öhdəliklərinə tam uyğun olaraq, onlar arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası haqqında Sazişin bağlanması məqsədilə müvafiq sərhəd komissiyaları arasında bu Komissiyaların razılaşdırılmış əsasnamələri əsasında vicdanla danışıqlar aparacaqlar”.

Onun sözlərinə görə, Azərbaycan dəfələrlə bəyan edib ki, Vaşinqtonda paraflanmış sazişi imzalamaq üçün Azərbaycan tam hazırdır: “Əlbəttə, ölkə prezidenti İlham Əliyevin açıqlamasına görə bunun üçün Ermənistan “ev tapşırığını” yerinə yetirməlidir ki, bu tapşırığın da əsasını Ermənistan Konstitusiyası və qanunvericilik aktlarıda, digər rəsmi sənədlərində mövcud olan Azərbaycana qarşı ərazi iddasının aradan qaldırılmasıdır. Amma hazırda paraflanmış sazişdə elə müddəalar var ki, bu sənəd sülh müqaviləsi imzaladıqdan dərhal sonar icra olunub yerinə yetirilə bilməyəcək və həmin şərtlərin yerinə yetirilməsi uzun müddət tələb edir. Bunlardan biri də sərhədlərin delmitasiyasıdır, yəni xəritə üzərində sərhədlərin müəyyən edilməsidir. Demarkasiya işləri isə asan məsələdir”.

Sahib Məmmədov xatırladıb ki, razılaşmaya görə sərhədlərin müəyyən edilməsi 1991-ci il Almaata Bəyannaməsi əsas götürülür: “Bu sənədə görə, SSRİ-nin süqutuna qədər mövcud olmuş keçmiş müttəfiq respublikaların inzibati sərhədləri dövlətlərarası rəsmi sərhəd kimi tanınır. Delimitasiya prosesinə hələ Vaşinqton sazişinin paraflanmasına qədər başlansa da və 13 kilometrlik bir sahədə həm delimitasiya, həm demarkasiya prosesi həyata keçirilsə də, sonradan birgə komissiyanın işində ciddi nəticələr olmayıb. Nazir Bayramovun optimizmi bizi sevindirir, yəqin ki, rəsmi şəxs kimi o, proseslərlə bağlı dəfələrlə artıq məlumatlıdır. Amma biz də Paşinyanı uzaqdan da olsa, yaxşı tanıyırıq. O, heç şərti sərhəddə “müşahidə missiyası” adlanan Avropa İttifaqı missiyasını yığışdırmayıb, baxmayaraq ki, adıgedən sazişin 7-ci maddəsində göstərilir ki, “Tərəflər qarşılıqlı sərhədə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməyəcəklər”.

Ekspert qeyd edib ki, əgər komissiyalar nəsə yeni razılaşdıra biliblərsə, bu, çox yaxşıdır: “Şimaldan cənuba doğru sərhəd xəttinin delimitasiyasına başlanacaqsa, bu da yaxşı. Amma paralel olaraq cənubdan şimala niyə işlər getməsin?! Axı, cənub hissədə Zəngəzur dəhlizi üzrə yollar tikilməlidir. Həmin hissələrdə də sərhəddin delimitasiyası vacibdir. Hər halda proseslər kifayət qədər ləng gedir və bizdə belə təəssürat yaranır ki, rəsmi İrəvan real iş görməkdənsə, daha çox vaxt qazanmaq istəyir və “əlverişli vaxtın” gələcəyini gözləyir. Ermənistan üçün əlverişli vaxt onların qənaətinə görə, Ermənistanın iqtisadi və hərbi cəhətdən güclənməsi, Paşinyanın siyasi hakimiyyətinin möhkəmlənməsi ola bilər. Bizim hələ də işğal altında olan anklavlar və ərazilərin geri qaytarılması da vacib şərtdir, çünki adıgedən Almaata Bəyannaməsi prinsiplərinə görə, bu ərazilər Azərbaycan əraziləridir və Ermənistanın SSRİ-nin süqutu ərəfəsindəki ərzazisi 29743 kv.km olmalıdır”.

Hüquqşünas əlavə edib ki, nazirin optimizmi yaxşı haldır: “Amma baxaq, görək Ermənistan paraflanmış saziş üzrə hansı real addımları atıb? Fikrimcə, yalnız ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı olan müddəa yerinə yetirilib. Halbuki paraflanmış saşiş hələ ki, sülh müqaviləsi deyilsə də, bu, orada əks olunan müddəa və şərtlərin yerinə yetirilməsinə mane olmur. Buna misal olaraq Azərbaycan tərəfini göstərə bilərik. Azərbaycan həmin saziş üzrə bir çox məsələləri artıq icra edir, o cümlədən mövcud kommunikasiyaları açıb, Ermənistanla hələlik birtərəfli iqtisadi və ticari əlaqələr yaradıb, Zəngəzur dəhlizinin açılması və həmin istiqamətdə kommunikasiyanın bərbası üçün özünə aid hissədə demək olar işləri yekunlaşdırmaqdadır və s. Bu fəallıq Ermənistan tərəfində yoxdur və bu, bizə tam optimist olmağa imkan vermir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 11 Sentyabr 2026 19:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see463

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see368

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see357

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see356

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see332

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see327

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see284

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see266

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see262

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see248

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see242

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see238

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see236

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see234

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see226

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see221

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see217

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see209

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see197

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri