Icma.az
close
up
RU
“Nazirimiz Həsən Ruhaniyə dedi ki, xəritədə İsrailin xüsusi cihazlarının quraşdırıldığı məkanı göstərin, birlikdə gedək yoxlayaq...”

“Nazirimiz Həsən Ruhaniyə dedi ki, xəritədə İsrailin xüsusi cihazlarının quraşdırıldığı məkanı göstərin, birlikdə gedək yoxlayaq...”

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Son onilliklər ərzində Azərbaycan bir qonşu, müsəlman sayılan dövlət olaraq İrana qarşı nə qədər səmimi olsa da, qarşı tərəfdən çox vaxt, əksinə, bu cür şər böhtan eşidib...”

Azərbaycanın İrandakı sabiq səfiri Abbasəli Həsənov Moderator.az əməkdaşıyla söhbətində İran dini lideri Xamneyinin Ərdəbil üzrə nümayəndəsi Seyid Həsən Amulinin təşkil etdiyi son mərasimlərdən birində Azərbaycan və Türkiyəyə qarşı böhtan və təhqir dolu ittihamlarla çıxışlar etməsi haqda danışarkən yaxın keçmişdə şahidi olduğu aşağıdakı olaydan bəhs edib:

“2001-ci ilin səhv etmirəmsə, iyun ayında o dövrdə İran Təhlükəsizlik Şurasının katibi olan mərhum eks-prezident Həsən Ruhani Bakıya gəlmişdi. Onun  Azərbaycanın o vaxtkı milli təhlükəsizlik naziri mərhum Namiq Abbasovla görüşündə mən də Azərbaycanın İrandakı səfiri kimi iştirak edirdim. Həmin görüşdə Ruhani nazirimiz qarşısında məsələ qaldırdı ki, guya Azərbaycan İsrailə öz ərazisində müxtəlif xüsusi texniki qurğu və cihazlarla İran ərazisinə nəzarət etməsi üçün şərait yaradır. Və bu da İran dövləti üçün ciddi təhlükə təşkil edir. Qeyd edim ki, İran rəsmisinin həmin çıxışı tərcüməsini nəzərə almasaq, 20 dəqiqə davam etdi. Rəhmətlik Namiq Abbasov Ruhaninin çıxışına heç bir müdaxilə etmədən səbir və təmkinlə qulaq asdı. İran Təhlükəsizlik Şurasının katibi çıxışına tam bitirəndən sonra bizim milli təhlükəsizlik naziri ona təxminən belə cavab verdi: 

“Cənab Ruhani, siz bir ölkənin təhlükəsizliyinə cavabdeh olan bir qurumun rəhbəri kimi bəhs etdiyiniz hər hansı bir olay haqda əlinizdə fakt və sənədlər olduqdan sonra danışmalısınız. İndi sizdən xahiş edirəm, gəlin burada Azərbaycan xəritəsində İsrailin xüsusi qurğu və ya cihazlarının quraşdırıldığı konkret məntəqəni, məkanı göstərin,  biz də xüsusi nəqliyyat təşkil edək, birlikdə gedək həmin yerə baxaq, oranı ciddi yoxlayaq, görək, həqiqətən orada belə qurğular, cihazlar var, yoxsa yox...”

Bu sözlərdən sonra Həsən Ruhani tərəddüdlü baxışla özü ilə bərabər gəlmiş təhlükəsizlik mütəxəssislərinə tərəf baxdı, öz aralarında nəsə pıçıldaşdılar. Və sonda Ruhani başda olmaqla hamısı pərt bir vəziyyət aldılar. Məlum oldu ki, əslində belə bir şey yoxdur – hamısı yalan, uydurma, böhtandır və bunun arxasında, şayiə və dedi-qodudan başqa bir şey yoxdur.  Yəni onu demək istəyirəm ki, son onilliklər ərzində Azərbaycan bir qonşu, müsəlman sayılan dövlət olaraq İrana qarşı nə qədər səmimi olsa da, qarşı tərəfdən çox vaxt, əksinə, bu cür şər böhtan eşidib...”

Sultan Laçın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Yanvar 2025 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see356

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see315

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see250

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see210

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see196

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see193

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see180

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see158

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see157

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see157

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see156

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see155

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see149

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see148

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see140

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see139

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see139

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see137

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri