Icma.az
close
up
RU
Menu

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Bu meyvələrin qabığını yemək olarmı?

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

Gündə 50 qramdan artıq yemək zərərlidir

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

AZAL təyyarəsi ilə bağlı bütün məsələlər tamamilə həll olunub Rəhman Mustafayev

Pir Həsən Mərdəkanda müqəddəslər məkanı

Pir Həsən Mərdəkanda müqəddəslər məkanı

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Ötən sayımızda füsunkar Mərdəkandan, onun qədim tarixi abidələrindən və dəniz qoxulu küçələrindən söz açmışdıq. Bu yazımızda isə həmin qəsəbədə yerləşən Pir Həsən ziyarətgahına, müqəddəs bir guşəyə nəzər salacağıq.

Azərbaycan xalqının inanc dünyasında pir yerləri həmişə ruhun sakitləşdiyi, dərdin yüngülləşdiyi ünvan kimi tanınıb. Mərdəkandakı Pir Həsən türbəsi də belə ocaqlardandır. Bu pirin müqəddəsliyinə tapınan insanlar bura həm də öz qorxularını götürmək, bədnəzəri özlərindən uzaqlaşdırmaq üçün qədim Şərq müalicə üsulu olan "çıldağ müalicəsi" almaq məqsədilə üz tuturlar. Pir Həsənin çıldağı təkcə dini inancın bir ifadəsi deyil. Bu yer xalq təbabəti, mənəvi irs və sosial psixologiyanın bir nöqtədə qovuşduğu nadir məkanlardandır.

Pir Həsən ziyarətgahı XVI əsrə aid tikilidir. Ziyarətgahın həyətində İslamın yeddinci İmamı Musa əl-Kazımın qızı Həzrəti Xədicənin qəbri üzərində tikilən türbə və XVII əsrdə yaşamış və çıldağla (közlə müalicə) məşğul olmuş Pir Həsənin türbəsi var. Xanım Xədicənin məzarının burada olmasının maraqlı səbəbi var. Rəvayətə görə, dənizdə gəmi parçalanır və imam övladlarının hərəsi bir tərəfə gedib çıxır. Bundan sonra Bakının müxtəlif yerlərində məskunlaşan imam qızlarının məzarları da bir-birindən ayrı düşür. Həkimə xanım Bibiheybətdə, Rəhimə xanım Nardaranda, Leyla xanım Bilgəhdə, Xədicə xanım isə Mərdəkanda dəfn olunurlar. Həmçinin Azərbaycanın xeyriyyəçi milyonçusu Hacı Zeynalabdin Tağıyevin büstü də burada yerləşir. Büstün sağ tərəfində kiçik dəmir hasarlarla əhatəyə alınan türbə tikilib. Türbənin mərkəzində Axund Hacı Mirzə Əbdülturab Axundzadənin qəbri, onun ətrafında isə Hacı Zeynalabdin Tağıyev, onun qızı Sara xanımın və repressiya qurbanı olmuş Səlimxanov Zeynal bəy Ağabəy oğlunun qəbirləri var. Sonuncunun - Zeynal bəy Səlimxanovun məzarı boşdur. Çünki sovet hakimiyyətinin repressiya siyasəti qurbanlarının çoxu kimi, Zeynal bəyin də harada dəfn olunması haqqında heç bir məlumat yoxdur. Doğmaları qayınatasının və həyat yoldaşının dəfn olunduqları türbədə Zeynal bəy Səlimxanova rəmzi olaraq məzar daşı qoydurublar.

Türbənin daş işləməli çərçivəsi olan giriş qapısı üzərində kitabə yerləşdirilmişdir. İncə çərçivəyə malik həmin kitabənin verdiyi məlumata görə türbə, I Şah Abbasın hakimiyyəti dövründə hicri təqvimlə 1021-ci ildə (miladi təqvimlə 1612/1613) inşa edilmişdir. Əsas inşaat kitabəsindən aralı – sol tərəfdə yerləşdirilmiş ikinci kitabədə isə binanın ustad Nadir Əli tərəfindən tikildiyi göstərilmişdir.

Mərdəkandakı bir sıra tarixi abidələr indiyədək qorunub saxlanılır. Pir Həsən ziyarətgah kompleksinə daxil olan türbələrin də hər biri memarlıq abidəsidir və dövlət tərəfindən mühafizə olunur. Ziyarətgah Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dini icma kimi dövlət qeydiyyatına alınıb.

İlham Əliyev 2000-ci ildə ARDNŞ-in Birinci vitse-prezidenti olarkən öz təşəbbüsü ilə türbə və ətraf ərazidə abadlıq və bərpa işləri gördürüb. 2005-ci ildə isə Heydər Əliyev Fondu "Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində Bakının Mərdəkan qəsəbəsində Pir Həsən ziyarətgahında əsaslı təmir və bərpa işləri apardı. Ziyarətgahdakı məqbərə yenidən inşa edildi, ibadətgah kompleksi milli, dini ornamentlərlə bəzədildi, memarlıq abidəsi olan və dövlət tərəfindən mühafizə edilən türbənin ətraf ərazisində abadlıq işləri aparıldı, park salındı.

Ziyarətgaha gələnlər müsəlman qaydasına uyğun olaraq əvvəlcə pirin başına üç dəfə dolandıqdan sonra türbənin pilləkənləri ilə aşağı düşüb, Pir Həsənin qəbri ziyarət edirlər. Bütün ziyarətçilər türbənin içərisində Pir Həsənin qəbrini ziyarət etdikdən sonra pəncərənin yanında əyləşən çıldağçı qadına yaxınlaşır və özlərini bu qeyri-adi müalicə üsulu ilə müalicə etdirirdilər. İnsanların çoxusu inanır ki, çıldağ qorxunun və stresin qarşısını alır. Bəziləri iddia edir ki, bu müalicə üsulu qorxunu azaltmaqla yanaşı, bədnəzəri də dəf edə bilir. Hətta əsəb pozğunluğunun da qarşısını almaq effektinə malikdir.

Mən də bu qədim müalicə üsulunun təfərrüatlarını öyrənmək məqsədilə həmin çıldağçı qadınla söhbət etdim. Çıldağçı deyir: “Ölkəmizin bir sıra bölgələrində, əsasən də Bakı kəndlərində qorxugötürmə yerləri var. Ancaq ən təməl ocaq bu pirdir ki, XV əsrə aiddir. Bu müalicə üsulu da Pir Həsənin özündən gəlmədir. Pir Həsən çıldağ, yəni közlə müalicə edirmiş. O, vəfat etdikdən sonra müalicənin uğurlu olması üçün çıldağ onun türbəsində edilir. Elə bu səbəbdən də Pir Həsən ziyarətgahına xalq arasında "Çıldağ” da deyirlər.”. Çıldağçının dediyinə görə, mərasim zamanı bir göy əski əvvəlcə ocaqda yandırılır, yaxud alovla qızdırılır, sonra isə ritmik olaraq bədənin müxtəlif hissələrinə – kürək, sinə, qol və bel kimi yerlərə vurulur. Bu hərəkət bir növ pis enerjinin “yandırılması”, mənəvi təmizlənmə mərasimi kimi qəbul edilir. Yandırılmış göy əski bədənə toxunduqda, həm fiziki istilik, həm də mənəvi “yandırma” effekti yaradır. İnam odur ki, bu üsul insanın ruhundakı qorxu və mənfi təsirləri xaric edir.

Çıldağçı qadının söylədiklərini təsdiq edə biləcək ziyarətçi axtarırdım ki, yaşlı bir qadın diqqətimi çəkdi. Qadına yaxınlaşıb bu ziyarətgaha niyə gəldiyini soruşdum. Özünü Əhmədova Səlimə kimi təqdim edən qadın dedi: “Ay bala bura müqəddəs ocaqdır. Ziyarətə gəlmişəm. Mən Mərdəkanda yaşayıram, bu ocağa da tez-tez gəlirəm. Daha doğrusu, bu gün gəlməyimin əsas səbəbi nəvəmi gətirmişəm. Bura gətirdim ki, bütün qorxuluqların dəf olunduğu yer məhz bu ocaqdır. Biz uşaq olanda, qorxduğumuzda anam bizi bura gətirərdi. Burada “çıldağçı” qadın göy əski götürər, odun alovunda yandırar, sonra bizim bədənimizə vurardı. Sonra deyərdi ki, “İndi qorxun sənin bədəndən çıxıb, rahat ola bilərsən”. Həqiqətən belə də olurdu”. Bu cür hekayələr ziyarətgahın yaddaşına hopub. Bəzi insanlar, hətta deyir ki, narahat və qəmgin olanlar, hədsiz qorxu və həyəcan keçirənlər bu ayindən sonra sağalır, özlərinə gəlirlər.

Pir Həsən ziyarətgahı Abşeronun qədim mədəni irsinin ən parlaq simvollarından biridir. Burada çıldağ mərasimi əsrlər boyu davam etmiş və müasir dövrdə də yaşayır. Bu gün də ziyarətçilər, xüsusən qorxu və mənəvi gərginlik yaşayanlar, çıldağ mərasimindən istifadə edirlər. Göy əski yandırılıb bədənə vurulur, dualar oxunur və mərasim tamamlanır. Bu, həm mənəvi şəfa, həm də psixoloji rahatlıq üçün vasitədir. Ziyarətgahın işçiləri və yerli sakinlər bu ənənənin gələcək nəsillərə ötürülməsi üçün böyük zəhmət çəkir, mərasimin mənəvi dəyərini qorumağa çalışırlar. Bu qədim ənənə həm tariximizin, həm də xalqımızın mənəvi zənginliyinin bir parçası olaraq yaşamaqda davam edir.

Zaman dəyişir, insanlar dəyişir. Amma inam qalır. Bu gün müasir həyat tərzi çox şeyi dəyişsə də, belə inanclar xalqın içindən silinmir. Pir Həsən kimi müqəddəs məkanlar isə bu inamın yaşamasına və nəsildən-nəslə ötürülməsinə xidmət edir. Mərdəkana yolun düşsə, ürəyində bir nisgil, ruhunda bir rahatlıq axtarırsansa, səssizcə bu müqəddəs məkana baş çək. Daş divarların, əsrlərin nəfəsini içində saxlayan bu yer, zamanın sükutla yazdığı bir dua kimidir. Pir Həsən təkcə bir ziyarətgah deyil – o, inamın, ümidin və mənəvi dayanacağın ünvanıdır.

Son illərdə Azərbaycanın dövlət rəhbərliyi ölkənin tarixi və mədəni irsinə böyük diqqət göstərir. Müqəddəs ziyarətgahların qorunması, onların gələcək nəsillərə sağlam şəkildə çatdırılması dövlətin daim diqqətindədir. Məhz bu məqsədlə, 2025-ci il mayın 2-də Prezident İlham Əliyev imzaladığı Sərəncamla Pir Həsən ziyarətgahında təmir-bərpa işlərinin aparılması üçün 550 min manat vəsait ayırıb.

Bu addım, yalnız bir tarixi məkanın bərpası deyil, həm də xalqın mənəvi irsinə, inancına verilən böyük dəyərin təzahürüdür. Prezidentin bu qayğısı nəticəsində yaxın zamanlarda ziyarətgahda abadlaşdırma işləri aparılacaq, çıldağ da daxil olmaqla ziyarətgahın bütün guşələri yenilənəcək, ziyarətçilərin rahatlığı üçün şərait yaxşılaşdırılacaq. Bu gün ziyarətgah həm yerli sakinlərin, həm də uzaqdan gələnlərin üz tutduğu müqəddəs bir yerdir. Ziyarətgahın abadlığı, ona göstərilən qayğı buraya gələn hər kəsin ziyarətini daha mənalı və unudulmaz edəcək.

N.ADİLQIZI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Oktyabr 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see300

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see274

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see267

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see267

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see266

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see248

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see247

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see245

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see244

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see241

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see239

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see234

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see220

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see214

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see204

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see189

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see188

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see187

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see171

AZAL təyyarəsi ilə bağlı bütün məsələlər tamamilə həll olunub Rəhman Mustafayev

09 Sentyabr 2026 20:28see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri