Nazirin keçmiş müşavirinə yeni vəzifə verildi
Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) Hüquq Departamentinə yeni rəhbər təyin edilib.
“Yeni Sabah” xəbər verir ki, AQC sədri Vüqar Oruc müvafiq əmri ilə həmin vəzifəyə Fuad Xəzani oğlu Məmmədov gətirilib.
Qeyd edək ki, Fuad Məmmədov 1985-ci ildə Bakı şəhərində anadan olub. O, təhsilini Milli Aviasiya Akademiyasının Beynəlxalq Hüquq ixtisası üzrə tamamlayıb və müxtəlif dövlət qurumlarında və özəl sektorda çalışıb. Fuad Məmmədov, müxtəlif illərdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində və Mədəniyyət Nazirliyində(nazirin müşaviri) yüksək vəzifələrdə çalışıb. Son olaraq, Mədəniyyət Nazirliyinin yanında Dövlət Xidmətində Hüquq, İnsan Resursları və sənədlərlə iş şöbəsinin müdiri vəzifəsində işləyib.
Baxış sayı:28
Bu xəbər 12 Noyabr 2025 17:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















