Icma.az
close
up
RU
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür? AzPolitika onlayn siyasiictimai qəzet

NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür? AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Tovuz sakini Eldar Səfərov deyir ki, bu yaxınlarda kreditlə məişət əşyası almaq üçün elektronika məhsullarının satıldığı mağazaya müraciət edib. Amma ona kreditlə məhsul satmayıblar, bildirilib ki, bank yaşı 70-i keçmiş şəxslərə kredit verməyi qadağan edir. Kommersiya banklarına bu qadağanı isə Azərbaycan Mərkəzi Bankı qoyub…

Azərbaycanda kişilər və qadınlar üçün pensiya yaşı 65-dir. 25 il əmək stajı və ya 40 min manatdan artıq pensiya kapitalı olan vətəndaşlara yaşa görə əmək pensiyası verilir. Bu göstəriciləri olmayanlar isə yaşa görə sosial müavinətlə təmin olunur. Müavinətin miqdarı da ölkə üzrə yaşayış minimumundan 60 manat az – 220 manat təşkil edir.

Beləliklə, bankların 70 yaşı keçən vətəndaşa kredit verməməsi, dolayısı ilə onların krediti qaytarmaq müddətində yaşamasına inamının olmaması ilə bağlıdır. Təbii ki, Mərkəzi Bank öz işini ehtiyatlı tutub, Dövlət Statistika Komitəsinin elan etdiyi orta ömür uzunluğuna inanmır, real durumu əsas götürür. Komitənin avqust ayında açıqladığı məlumata görə, ötən il Azərbaycanda doğulan oğlan uşaqları üçün gözlənilən ömür uzunluğu 73.5 il, qızlar üçün isə 78.4 il müəyyən edilib. 2022-ci ildə doğulanlarla müqayisədə ötən il kişilər üçün gözlənilən ömür uzunluğu azalıb, qadınlar üçün isə dəyişməz qalıb. Belə ki, 2022-ci ildə doğulan oğlan uşaqları üçün gözlənilən ömür uzunluğu 73.6 il olub.

2024-cü ilin məlumatına görə, Azərbaycanda yaşı 100 və 100-dən çox cəmi 270 nəfər pensiyaçı var. Onlardan 234 nəfərini qadın, 36 nəfərini kişi təşkil edir.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev isə parlamentdə büdcə müzakirələri zamanı başqa rəqəmlər səsləndirib. “Pensiya sistemi sığorta sistemidir. Bu 12 illik dövr üzərindən hesablanmış mexanizmdir. Bu gün Azərbaycan pensiyaçılarının pensiyada olma müddəti 14,8 ildir. Bu özü göstərir ki, bizim pensiya sistemimiz sosialyönümlüdür. 57% yaşa görə pensiyaçılarımız 12 ildən artıq pensiya alır. Amma biz hər zaman qeyd edirik ki, pensiya sistemi dayanıqlı olmalıdır”.

Nazirin təqdim etdiyi rəqəmlərdən belə məlum olur ki, Azərbaycanda orta ömür 80 yaşa çatır (65+14.8= 79.8). Yəni 65 yaşda pensiyaya çıxmış vətəndaş orta hesabla 15 ilə yaxın pensiya və ya müavinət alır. Sahil Babayev iddia edir ki, ölkədə orta ömür DSK-nın göstərdiyi kimi 73-74 yaş deyil, 5 il daha uzundur.

Nazirin bu rəqəmləri hansı mənbələrdən götürdüyü məlum deyil, çünki özü açıqlamayıb. Amma Azərbaycanda vətəndaşın 14.8 il pensiya ömürünün olması, yumşaq desək, doğru deyil. Bunu başqa statistik məlumatlar da təsdiq edir.

DSK-nin məlumatına görə, Azərbaycanda ötən il ərzində 60 810 nəfər vəfat edib. Dünyasını dəyişənlərin 33 157 nəfərini kişilər, 27 653 nəfərini isə qadınlar təşkil edib. Kişilərin 47,8%-i və ya 15 min 872 nəfəri 65 yaşına, yəni pensiya yaşına çatmadan ölüb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin oktyabr ayına olan məlumatına görə, ölkədə 188 600 nəfərdən çox şəxsə ailə başçsını itirdiyinə görə müavinət ödənilir. Dolayısı ilə bu müavinət övladları 18 yaşa çatmadan vəfat edən valideynlərin təxmini sayını göstərir.

Təəssüf ki, Statistika Komitəsi 65-70 yaş aralığında vəfat edənlərin statistikasını açıqlamır. Amma bu sirr deyil, ətrafımızda baş verən insan ölümlərinin yaş həddi məlumdur, nadir hallarda dünyasını dəyişən vətəndaşın yaşı 75-i haqlayır. Əksəriyyət daha erkən yaşlarında müxtəlif xəstəliklərdən həyatdan gedir.

Əlbəttə, Azərbaycanda 14.8 il və daha artıq pensiya alanlar da var, amma onların sayı elə cənab nazirin özünə də məlumdur - heç beş faiz təşkil etmir. O zaman sual olunur: Sahil Babayev Milli Məclisdə, cəmiyyətin gözünün içinə baxıb həqiqətlə uyğun olmayan məlumatları neə səsləndirə bilir? Ritorik sualdır...

Təəssüf doğurdan haldır ki, Əmək və əhalinin sosial müdafiəsi naziri büdcə müzakirələrində, pensiya, müavinətlərlə bağlı məsələlərdə radikal yanaşma sərgiləyir. Bu radikallıq isə daha çox vətəndaşlara qarşı yönəlib. Sahil Babayev nə parlamentdə, nə də hökumətdə məsul olduğu sahədə problemlərin dövlətin daha çox dəstəyi, qayğısı ilə həll edilməsini təklif etmir, əksinə, “insan yoxdursa, problem də yoxdur” məntiqindən çıxış edir. O, mövqeyini nə qədər qanunçuluq, şəffaflıq prinsiplərini rəhbər tutmaqla cilalamağa çalışsa da, cəmiyyət nazirin mövqeyindəki antihumanist yanaşmanı dərhal sezir. Nazirə qarşı ictimaiyyətin hədsiz neqativ münasibəti də bununla bağlıdır, o daim sosial şəbəkələrdə sadə vətəndaşların sərt tənqid hədəfinə çevrilir.

Rasim Əliyev

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 28 Noyabr 2024 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see203

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see162

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see160

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see135

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri