Nazirin yeni rütbədə İLK FOTOSU KONKRET
Icma.az, Konkret.az saytına istinadən bildirir.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəsmi internet səhifəsində Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri Süleyman Neymətovun polis general-leytenantı rütbəsində ilk fotoşəkli təqdim olunub.
KONKRET.az xəbər verir ki, Süleyman Neymətovun polis general-leytenantı rütbəsində yeni fotoşəkli onun DİN-in rəsmi internet səhifəsindəki tərcümeyi-halına əlavə edilib.
Süleyman Neymətovun polis general-leytenantı rütbəsinə layiq görüldüyü haqda məlumat ilk dəfə iyulun 2-də sosial şəbəkələrin Azərbaycan seqmentində yayılıb, iyulun 3-də xəbər ölkənin onlayn mediasında da işıq üzü görüb. Həmin xəbərlərdə Süleyman Neymətova polis general-leytenantı rütbəsinin Prezident İlham Əliyevin 2 iyul Azərbaycan Polisi Günü ərəfəsində imzaladığı sərəncamla verildiyi bildirilib. Lakin ölkə mediasında bu haqda rəsmi sərəncam dərc edilməyib.
Medianews.az xatırladır ki, ölkədə zabitlərə ali xüsusi rütbələrin verilməsi haqda bəzi sərəncamlar rəsmi mətbuatda dərc olunmaya da bilər.
Neymətov Süleyman Əsgər oğlu 1972-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olub.
1991-1993-cü illərdə Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib. 2000-ci ildə DİN-in Polis Akademiyasını bitirib.
1993-cü ildən daxili işlər orqanlarında xidmət edir.
1993-1994-cü illərdə Naxçıvan şəhər polis şöbəsinin polis nəfəri, 1994-2005-ci ilərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Komendant Xidmətinin polis nəfəri, bölmə komandiri, taqım komandiri, bölük komandirinin müavini, baş inspektor, 2005-2013-cü illərdə Nəsimi rayon polis idarəsinin bölük komandiri, rəis müavini, 2013-2016-cı illərdə Sumqayıt şəhər polis idarəsinin rəis müavini, 2016-2020-ci illərdə Quba rayon polis şöbəsinin rəisi, 2020-2022-ci illərdə Suraxanı rayon polis idarəsinin rəisi vəzifələrində xidmət edib.
2022-ci il dekabrın 28-dən Naxçıvan Muxtar Respublikasının daxili işlər naziridir.
Cinayətkarlığa qarşı mübarizə, ictimai təhlükəsizliyin təmin edilməsi və asayişin qorunması üzrə qarşıya qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidentinin sərəncamları ilə 2002-ci ildə “İgidliyə görə”, 2020-ci ildə “Vətən uğrunda” medalları ilə təltif edilib.
Ailəlidir, üç övladı var. (Medianews.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:262
Bu xəbər 12 İyul 2026 22:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















