Icma.az
close
up
RU
Menu

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyəti UNESCO nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 2005 ci il Konvensiyası”na Tərəf Dövlətlərin Konfransının 10 cu sessiyasında iştirak edir

KDÇ: “Çelsi”dən uğurlu start

Alimlər qanadsız külək turbinini yaradıblar...

“Bu gecə olacaqlar əsrlər boyu unudulmayacaq” İran

Sumqayıtda maşın iki qadını vurdu, biri öldü

Yadplanetlilərin işğalı: Kolumbiyada səmada sirli top tapıldı

Sabah ın rəqibi Zaqreb Dinamo sunun futbolçusu ilə gücləndi RƏSMİ

MOSSAD ın zabit və komandirləri öldürüldü İran

Avropa Komissiyasının sədri Trampla G7 sammitində görüşü barədə danışıb

“Əvvəlcə Zəngəzur dəhlizini verəcəklər, sonra Ermənistana azı 300 min azərbaycanlını gətirəcəklər” Erməni ekspertlər

Lənətlənmişlərin özünün və nəsillərinin aqibəti Tel­man Oru­cov yazır

İrandan yeni cavab hazırlığı: Tel əvivlilər şəhəri tərk etsin!

Tramp İrana diplomatik siqnal göndərdi Təcili görüşlər gözlənilir KONKRET

“Zəngəzur dəhlizi açılacaq, başqa yol yoxdur”

Əhmədinejat öldürülüb? Ofisi məlumat yaydı

İsrailin İran hədəfləri üçün yeni bombaya ehtiyacı var I Ekspert detalları açıqlayıb

İranın “qardaş”ı İsrail əleyhinə bəyanata imza atmadı

İyunun 17 də bu ərazilərdə qar yağacaq

“Səbail”i nə gözləyir? qaranlıq aqibət

Survivor dan qazancı məlum oldu

Nazirlə Əmiraslanov arasında qarşıdurma Komitə sədri aptek xaosunu sərt tənqid etdi VİDEO

Nazirlə Əmiraslanov arasında qarşıdurma Komitə sədri aptek xaosunu sərt tənqid etdi VİDEO

Pravda.az saytına istinadən Icma.az xəbər verir.

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun Milli Məclisdə apteklərlə bağlı açıqlaması, onun Səhiyyə naziri Teymur Musayevlə münasibətlərinin sərin olduğunu ortaya çıxarıb. Ə.Əmiraslanov aptek bolluğunun ciddi problemlər yaratdığını vurğulayaraq, səhiyyə sahəsindəki çatışmazlıqları tənqid edib. Bu çıxış, həmçinin səhiyyə sistemindəki bəzi vacib məsələlərdə fikir ayrılığının mövcud olduğunu da üzə çıxarıb.

Əhliman Əmiraslanov açıqlamasında qeyd edib: “Bəlkə də dünyanın heç bir ölkəsində bu qədər aptek yoxdur. Hər addımda aptek görürük. Məsələn, bir binanın altında bir neçə aptek fəaliyyət göstərir. Görünür ki, vaxtında insanlar müraciət edib və lisenziya alıb. Həmin apteklərin fəaliyyətinin nə dərəcədə qanunauyğun olub-olmadığını bilmirəm. Hesab edirəm ki, əczaçılıq sahəsində kifayət qədər çatışmazlıqlar var. Seçicilərlə görüş zamanı hətta dərmanların keyfiyyəti ilə bağlı, əlçatanlıq və qiymətlə bağlı müraciətlər olur”.

Səhiyyə komitəsinin sədri, Səhiyyə naziri Teymur Musayevlə də bu məsələni müzakirə etdiyini bildirib: “Səhiyyə naziri Teymur Musayevlə danışıqlarımız da olub. Əczaçılıqla bağlı geniş beynəlxalq tədbir keçiriləcək. Bütün bu kimi məsələlərin orada müzakirə ediləcəyi nəzərdə tutulub”.

Bu açıqlamadan sonra İTV-nin “Sabaha Saxlamayaq” verilişində məsələ müakirəyə çıxarılıb. Həmin verilişdə iştirak edən Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin şöbə müdiri Səid Feyzullayev Əhliman Əmiraslanovun açıqlamalarını təkzib edərək, Azərbaycanda aptek sayının əhalinin ehtiyacına uyğun olduğunu vurğulayıb. Feyzullayevin sözlərinə görə, aptek sayı ilə bağlı heç bir problem yoxdur. O,ə Bakı əhalisinin 5 milyon olduğunu iddia edərək, aptek bolluğunu normal hesab edib. Ancaq rəsmi məlumatlara görə, Bakıda əhalinin sayı 3,5 milyon civarındadır.

Bu açıqlama, səhiyyə sisteminin ağsaqqallarından biri hesab olunan Əhliman Əmiraslanov ilə Səhiyyə naziri Teymur Musayev arasında yaranan qeyri-rəsmi qarşıdurmanı ortaya qoyur. Əhliman müəllimin səhiyyə sistemindəki problemləri qabartması nazirin xoşuna gəlməyib və ona Səid Feyzullayevin vasitəsilə cavab verib.

Əhliman Əmiraslanovun qeyd etdiyi apteklərin sayının çoxluğu, bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da ticarət maraqları və tənzimləmənin zəifliyi ilə bağlıdır. Dünya Səhiyyə Təşkilatının tövsiyələrinə görə, hər 3000-3500 nəfərə 1 aptek xidmət etməlidir. Lakin Bakı şəhərində təxminən 3000-dən çox aptek fəaliyyət göstərir. Bu isə normadan 3-4 dəfə çoxdur. Belə bir vəziyyət, həm apteklərin keyfiyyətinə, həm də onların fəaliyyəti ilə bağlı ciddi narahatlıqlara səbəb ola bilər.

Aptek sayının çox olmasının əsas səbəbləri aşağıdakılardır:

1.Ticarət maraqları: Aptek sektoru Azərbaycanda yüksək gəlirli sahəyə çevrilib. Xüsusilə paytaxt Bakıda tələbat böyük olduğundan aptek açmaq sərfəlidir.

2.Tənzimlənmənin zəifliyi: Apteklərin yerləşməsi və sayı ilə bağlı ciddi məhdudiyyət və strateji planlama olmadığı üçün demək olar ki, istənilən nöqtədə aptek açmaq mümkündür.

3.Əhali yaşlanması və xroniki xəstəliklərin artması: Xüsusilə şəkər, ürək-damar və tənəffüs xəstəlikləri artdıqca dərmana ehtiyac da çoxalır.

Bundan əlavə, apteklərin qanunauyğun fəaliyyət göstərməsi məsələsində də ciddi problemlər var:

1.Aptek açmaq üçün rəsmi lisenziya tələb olunsa da, bəzi apteklər sənədləri tam qaydasında olmadan fəaliyyətə başlayır.

2.Qanuna görə, aptekdə mütləq ixtisaslı əczaçı olmalıdır. Amma bəzi apteklərdə bu şərt formal yerinə yetirilir.

3.Dərmanların satış qaydasında da ciddi problemlər var. Reseptsiz satılması qadağan olan dərmanlar belə, bəzən sərbəst şəkildə satılır.

Aptek fəaliyyətinin artırılmasının əsas səbəblərindən biri əhalinin sağlamlıq səviyyəsinin aşağı olmasıdır. Son illərdə Azərbaycanda xroniki xəstəliklər artıb. Şəkərli diabet, hipertoniya, onkoloji xəstəliklər, stress və depressiya ilə bağlı dərman istifadəsi kəskin yüksəlib. Sağlam həyat tərzinin təşviqi zəif aparıldığından profilaktik tədbirlər azdır və əhalinin sağlamlıq savadlılığı (health literacy) aşağı səviyyədədir.

Əhalinin dərman istifadəsi artıb: Yaşlıların, xroniki xəstələrin və stresslə əlaqədar psixoloji dərman istifadəçilərinin sayı çoxalıb. Özünümüalicə halları artaraq insanların həkimə getmədən dərman alıb istifadə etməsinin ümumi tendensiyaya çevrilməsinə səbəb olub.

Səhiyyə Nazirliyi aptekləri yoxlamaq səlahiyyətinə malikdir, lakin daimi və sistemli nəzarət hələ də normal səviyyədə deyil. Monitorinq və reydlər aparılır, amma bu tədbirlər yetərli olmur.

Əhliman Əmiraslanovun apteklərlə bağlı tənqidlərinin ardınca, bu məsələnin çox mühüm bir aspekti daha üzə çıxır. Aptek sayının azaldılması, peşəkar kadr çatışmazlığının aradan qaldırılmasına böyük təsir göstərə bilər. Çünki apteklərin sayı azaldıqca, ixtisaslı kadrların həmin apteklərdə cəmlənməsi və onlara daha yüksək əmək haqqı təklif edilməsi asanlaşar. Hazırda aptek sahəsində çalışmaq istəyən çox sayda ixtisaslı kadr, 500-600 manatlıq maaşlarla işləmək istəmir.

Azalan aptek sayı həm də bu sektordakı kadrların daha yüksək standartlarla çalışmasına şərait yarada, ixtisaslı kadrların cəlb edilməsi və onların peşəkar bacarıqlarının artırılması sahəsində ciddi irəliləyişlərə yol aça bilər.

Bakupost.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:76
embedMənbə:https://pravda.az
archiveBu xəbər 01 May 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyəti UNESCO nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 2005 ci il Konvensiyası”na Tərəf Dövlətlərin Konfransının 10 cu sessiyasında iştirak edir

18 İyun 2025 13:47see224

KDÇ: “Çelsi”dən uğurlu start

17 İyun 2025 01:19see208

Alimlər qanadsız külək turbinini yaradıblar...

17 İyun 2025 20:37see179

“Bu gecə olacaqlar əsrlər boyu unudulmayacaq” İran

18 İyun 2025 01:07see149

Sumqayıtda maşın iki qadını vurdu, biri öldü

18 İyun 2025 01:26see136

Yadplanetlilərin işğalı: Kolumbiyada səmada sirli top tapıldı

17 İyun 2025 01:17see133

Sabah ın rəqibi Zaqreb Dinamo sunun futbolçusu ilə gücləndi RƏSMİ

18 İyun 2025 01:31see125

MOSSAD ın zabit və komandirləri öldürüldü İran

17 İyun 2025 17:04see122

Avropa Komissiyasının sədri Trampla G7 sammitində görüşü barədə danışıb

17 İyun 2025 10:41see119

“Əvvəlcə Zəngəzur dəhlizini verəcəklər, sonra Ermənistana azı 300 min azərbaycanlını gətirəcəklər” Erməni ekspertlər

18 İyun 2025 17:44see119

Lənətlənmişlərin özünün və nəsillərinin aqibəti Tel­man Oru­cov yazır

17 İyun 2025 19:27see115

İrandan yeni cavab hazırlığı: Tel əvivlilər şəhəri tərk etsin!

17 İyun 2025 01:49see114

Tramp İrana diplomatik siqnal göndərdi Təcili görüşlər gözlənilir KONKRET

17 İyun 2025 10:41see114

“Zəngəzur dəhlizi açılacaq, başqa yol yoxdur”

17 İyun 2025 23:25see114

Əhmədinejat öldürülüb? Ofisi məlumat yaydı

17 İyun 2025 23:39see113

İsrailin İran hədəfləri üçün yeni bombaya ehtiyacı var I Ekspert detalları açıqlayıb

17 İyun 2025 20:19see113

İranın “qardaş”ı İsrail əleyhinə bəyanata imza atmadı

17 İyun 2025 01:58see113

İyunun 17 də bu ərazilərdə qar yağacaq

16 İyun 2025 23:41see112

“Səbail”i nə gözləyir? qaranlıq aqibət

17 İyun 2025 00:26see111

Survivor dan qazancı məlum oldu

18 İyun 2025 17:25see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri