Icma.az
close
up
RU
Rusiyalı milyarderin saxlanılması: Ermənistanda yeni müxalif lider planının ifşası

Rusiyalı milyarderin saxlanılması: Ermənistanda yeni müxalif lider planının ifşası

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistanda din və millət adından özünü sığortalama, çətir düzəltmə, onlara sığınaraq saxtakarlıq etmək son zamanlar güclənib.

Baş nazir Nikol Paşinyanla kilsə qarşıdurması ümumerməni katolikosu II Qareginin ifşası bu etnik qrupun mənəvi liderinin vəziyyətini, din dəllallarının mahiyyətini ölkə cəmiyyətinə çatdırdı. Məlum oldu ki, kilsə indiyədək heç vaxt Allaha, dinə deyil, öz ehtirasına, nəfsinə qulluq edib.

Ötən gün kilsəni himayə, müdafiə edən Rusiya vətəndaşı, erməni milyarder Samvel Karapateyanın saxlanıldığına dair məlumat yayılıb. "Taşir" şirkətlər qrupunun rəhbəri qardaşı Karenlə birlikdə güc strukturlarının əməkdaşları tərəfindən İrəvandakı evlərindən aparılıb. Onların Milli Təhlükəsizlik Xidmətinə deyil, Ermənistan Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə (6-cı şöbə) aparıldıqları da məlum olub. Bir gün əvvəl isə həmin evdə axtarışlar keçirilib. O saxlanılan zaman deyib: "Xalq öz sözünü deyəcək. Tüpürüm "elektrik şəbəkəsinə". Mən xalqı və kilsəni dəstəkləyirəm".

Qeyd edək ki, "Taşir" sənaye-tikinti qrupudur. Rusiyalı milyarder Samvel Karapetyan onun prezidentidir. "Forbes Russia" jurnalına istinadən onun sərvəti 3.2 milyard dollardır. Samvel Karapetyan şirkəti 1999-cu ildə təsis edib. 2004-cü ildə holdinq Moskva kommersiya daşınmaz əmlak inkişafı bazarına çıxıb və beş il ərzində böyük çoxprofilli tikinti şirkətinə çevrilib.

Samvel Karapetyan "Ermənistan Elektrik Şəbəkələri"nin sahibidir. 2015-ci ilin payızında onun "Taşir" qrupu bu şəbəkəni bir milyard dollara alıb.

Həmin ilin yayında ölkədə elektrik enerjisinə ödəmələrin artırılmasına etiraz aksiyaları keçirmişdi. S.Karapetyan şəbəkəyə sahib olduqdan sonra onları müvəqqəti olaraq dayandırdı. Bu şirkətin satışında da saxtakarlığın olduğu iddia olunur. Ermənistan hakimiyyəti iki həftə əvvəl "İnter RAO"nun Kiprdə qeydiyyatdan keçmiş "Liormand Holdings Limited"ə "Ermənistanın Elektrik Şəbəkəsi" QSC-nin 100 faiz səhmlərinin ötürülməsi təklifini qəbul edib.

Ermənistanın ovaxtkı baş naziri Ovik Abramyan müvafiq qurumlara Kipr şirkətinin qanunun tələblərinə uyğunluğunu yoxlamağı və "Liormand"ın elektrik şəbəkələrinin indiki sahiblərinin ölkə qarşısında götürdüyü öhdəlikləri yerinə yetirəcəyinə söz verdiyi sazişin layihəsini hazırlamağı tapşırmışdı...

Bu məsələni sonralar "Taşir" şərh etməkdən imtina etmişdi. S.Karapetyan ovaxtkı prezident Serj Sarqsyanın da ən sevimlilərindən olub. Məsələn, 2011-ci ildə o, şirkət rəhbərini "milli maraqların müdafiəsi işinə əhəmiyyətli töhfəsinə və Ermənistan naminə uzunmüddətli və səmərəli fəaliyyətinə görə" Müqəddəs Mesrop Maştots ordeni, bir il sonra qondarma erməni soyqırımının 100-cü ildönümünə həsr olunmuş tədbirlərin təşkili və keçirilməsinə köməyinə görə I dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni ilə təltif etmişdi. Qardaşı Karen Karapetyan 2008-2011-ci illərdə Ermənistan prezidentinin aparatına rəhbərlik edib.

Yeri gəlmişkən, Razdan İstilik Elektrik Stansiyası da 2004-cü ildən Rusiyanın mülkiyyətindədir. Ermənistan 2002-ci ildə hökumətlərarası sazişin imzalanmasından sonra onu 31 milyon dollar məbləğində dövlət borcunun ödənilməsi hesabına təhvil verib.

Nikol Paşinyanla II Qareginin qarşıdurmasında Samvel Karapetyan kilsəni açıq şəkildə müdafiə edərək, "erməni kilsəsinin çoxəsrlik təməllərinə və milli ənənələrə hücumlar təşkil edən" "kiçik bir qrup şəxsi" pisləyib. O, "həmişə erməni kilsəsi və xalqı ilə birlikdə olduğunu" vurğulayaraq, bu vəziyyətdə "birbaşa iştirak" edəcəyinə söz verib: "Əgər siyasi xadimlər bacarmasa, biz öz tərəfimizdən bütün bunlarda iştirak edəcəyik".

Bu, Paşinyana və komandasına seçki qabağı Rusiyadan gələn yeni ismarış da sayılır. Çünki Ermənistandakı mövcud müxalifət Robert Koçaryan, Serj Sarqsyan, keşiş Baqrat, II Qaregin artıq yararsızdır. Ona görə ölkə ictimaiyyətinin diqqətini özünə çəkə biləcək yeni, tanınmış fiqura ehtiyac duyulduğu üçün siyasi dövriyyəyə Samvel Karapetyan pulları ilə birlikdə buraxılıb. O, parlament seçkilərinə qatıla bilməsə də, maliyyə vəsaiti hesabına Rusiyanın maraqlarının təmin olunmasına çalışar. Ona görə də Nikol Paşinyan Rusiya xidmətçisi sayılan keşişlərlə yanaşı şimaldan siyasi, mənəvi, maddi, maliyyə baxımından təmin və təchiz olunan iş adamlarını da hədəfə alır. Odur ki, rusiyalı erməni milyarderin də baş nazirin qəzəbinə gəlməsi iqtisadi və ya biznes məsələsi deyil, siyasidir.

Hakim "Vətəndaş Müqaviləsi" fraksiyasının deputatları onu "Ermənistan Elektrik Şəbəkəsi"nin milliləşdirilməsi ilə hədələyirlər. İddia olunur ki, şirkət "Taşir"ə satılarkən qanun pozuntuları olub. Yuxarıda yunan Kiprində qeydiyyatdan keçirilmiş şirkətin timsalında buna dair qısa informasiyanı diqqətinizə çatdırdıq.

Digər tərəfdən bu şirkətin Rusiya vətəndaşına satılması belə ölkənin milli təhlükəsizliyi və maraqları baxımdan da ziyanlı sayılır. Başqa sözlə Rusiya Ermənistanın işığını istənilən vaxt kəsə bilər.

Görünür, Paşinyan siyasi ambisiya ilə çıxış etmədiyi və Ermənistanın daxili işlərinə müdaxilə etmədiyinə görə indiyədək bu məsələnin qabardılmasına ehtiyac duymurdu. Hətta, hakimiyyətə gəlişinin ilk dövründə onlar arasında çox səmimi münasibət belə yaranmışdı.

Ancaq indi Karapetyan tərəfindən siyasi ismarışlar səslənir, hətta hakimiyyətə iddialar belə irəli sürülür. Bu səbəbdən Nikol Paşinyan onu vətəndaşın kilsəyə, daha dəqiqi keşiş Qareginə dəstəyi kimi deyil, hakimiyyətinə təhdid olaraq görür.

Samvel Karapetyanın yaşadığı və şirkətinin yerləşdiyi Rusiya şəhərinə işarə edən baş nazir deyib: "Bura Kaluqadakı Aşağı Tapr kəndi deyil. Bura Ermənistan Respublikasıdır. Ümid edirəm ki, dövlətin dadını hiss edəcəksiniz".

Paşinyan "Taşir" prezidentinin Ermənistandakı kapitallarını da hədəfə alıb. Buraya sosial baza, maliyyə vəsaiti, təşkilatlanma da daxildir. Samvel Rusiyanın Ermənistandakı geosiyasi maraqlarının elementidir.

Kilsə ənənəvi olaraq Allahdan və erməni etnik qrupundan çox Rusiyaya, onun maraqlarına xidmət edib. Samvelin kilsəni müdafiəsi Qareginlə "Taşir" şirkətinin Nikol Paşinyana qarşı birliyinin nümayiş etdirilməsidir.

Ermənistan Apostol Kilsəsi "fədakarlığına" görə ona borclu qalmayıb. Kilsə iddia edir ki, Karapetyanın saxlanılması, yaxud təqib olunmasının siyasi motivi var: "Biz aşkar siyasi motivlərlə şərtlənən təqibi qətiyyətlə pisləyirik. Ermənistan hakimiyyətini qanunsuz hərəkətləri dərhal dayandırmağa çağırırıq".

Məlumata görə, polis iş adamına dəstək ifadə etməyə gələn 45 nəfəri saxlayıb. Bu, Samvelin Ermənistandakı sosial bazasının göstərircisi də sayılır.

Ölkənin Rusiyadan gəlmiş, Azərbaycanda doğulmuş, iki dəfə bir neçə həftəliyə baş naziri olmuş Karen Vilgelmoviç Karapetyan da öz rusiyalı yerlisinin müdafiəsinə qalxıb.

Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova Samvellə bağlı baş verənlərə münasibət bildirərək, deyib ki, Moskva "İrəvanda qəribə bəhanələrlə həbslə hədələnən" "Taşir"in rəhbəri ilə bağlı vəziyyəti izləyir.

Samvel Karapetyan Rusiyanın ağır erməni "artilleriyalarından" biridir. Azərbaycan torpaqları işğal altında olanda Moskva Qarabağa rusiyalı milyarder Ruben Vardanyanı "ezam" etmişdi. İndi o, Azərbaycanda mühakimə olunur...

Bir vaxtlar Samvel Karapetyan da Qarabağda qanunsuz çoxsaylı işlərlə məşğul olub. O, 2015-ci ildən başlatdığı layihəyə uyğun olaraq, 2020-ci ilədək işğal altındakı Azərbaycan torpaqlarında 4 övladı doğulan hər erməni ailəsinə mükafat olaraq 4 min dollar ödəyib.

Azərbaycan Respublikasının Baş Prokurorluğu barəsində həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarış elan etmişdi. O, Azərbaycanın Yuxarı Qarabağ ərazisində tikinti ilə məşğul olub. Qeyd edək ki, ABŞ-nin sanksiya tətbiq etdiyi rusiyalı iş adamları arasında Samvel Karapetyanın da adı var.

Karapetyan 2020-ci ildə Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın həbsdən azad edilməsi üçün girovun bir hissəsini ödəmişdi. Rusiyalı erməni milyarder 15-20 il ərzində işğal altındakı Azərbaycan torpaqlarındakı separatçı-terrorçu rejimin dayaqlarını möhkəmlətmək üçün böyük "xeyriyyə" işləri görüb.

Ruben Vardanyan, Samvel Karapetyan, II Qaregin, Baqrat, Koçaryan, Sarqsyan - hamısının "canı" Moskvadadır. Elə Rusiya siyasətinin təbliğatçısı Vladimir Solovyovun "Taşir" prezidentini müdafiə etməsi də bunu təsdiqləyir. Bu teletəbliğatçı, yaxud boşboğaz Kremlin rəsmi televiziyasında Azərbaycanın ərazi inzibati vahidi haqqında yaramaz ermənilərin yuxusunda işlətdiyi sözdən istifadə edib. O, Qarabağı separatçı cinayətkar ermənilər kimi "Artsax" adlandıraraq, Samvelin Azərbaycan torpaqlarında gördüyü qanundankənar işlərdən bəhs edib. Ermənistana verdiyi xeyirdən danışıb.

Odur ki, rusiyalı milyarderi sıxışdırdığı, qanunsuz əməllərinə görə tənbeh etdiyi, zərərsizləşdirməyə çalışdığı üçün Nikol Paşinyanı adamın müdafiə etməyi də gəlir.

Nikol Paşinyanın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə iyunun 20-də Türkiyəyə səfər edəcəyi gözlənilir. Bu hadisəni Solovyov və onun siyasi-ideoloji mərkəzi həzm edə bilmir. Ona görə də "teleaparıcı" dövlət televiziyasının efirindən Nikol Paşinyana qarşı "türk oğlu" ifadəsini təhqir kimi istifadə edir. Karapetyan, Koçaryan, Sarqsyan, Njde, Balayan və başqa faşist düşüncəli ermənilər, türkü özlərinə düşmən bilənlər bunu aşağılayıcı ifadə olaraq işlədirlər.

Solovyov bu iyrəncliyi ilə hakimiyyəti ələ keçirməkdə ittiham olunan Samvel Karapetyanın ipinin bağlandığı budağı belə göstərə bilib. "Taşir" prezidentinin təqibi Rusiyanın Ermənistandakı daha bir planının iflası sayıla bilər...

Nikol Paşinyanın isə Rusiyanın "beşinci kolon"una qarşı mübarizəsi davam edir. Solovyovu isə heç vaxt karvana almayacaqlar...

"Report" İnformasiya Agentliyi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://oxu.az
archiveBu xəbər 18 İyun 2025 22:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see168

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see130

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri