Nazirlər Kabineti mədəni və yaradıcı sənaye ilə bağlı qərar verdi
Icma.az, Unikal.az portalına istinadən məlumat verir.
Nazirlər Kabineti mədəni və yaradıcı sənaye sahələrinə aid edilən iqtisadi fəaliyyət növlərinin, peşələrin (vəzifələrin), məhsul və xidmətlərin siyahısını, eləcə də xarici iqtisadi fəaliyyət üzrə mədəni və yaradıcı sənaye sahələrinə aid edilən mal və xidmətlərin siyahısını təsdiq edib.
"Unikal" xəbər verir ki, bununla bağlı Baş nazirt Əli Əsədov yeni qərar imzalayıb.
Qərarla Mədəniyyət Nazirliyinə, İqtisadiyyat Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Dövlət Statistika Komitəsinə, Dövlət Gömrük Komitəsinə və digər aidiyyəti dövlət qurumlarına tapşırılıb və Azərbaycan Mərkəzi Bankına tövsiyə edilib ki, siyahılar üzrə müvafiq məlumatların toplanılması, hesabatların tərtib edilməsi, təhlil olunması və iqtisadi fəaliyyətin nəticələrinin hesablanması zamanı nəzərdə tutulmasını təmin etmək üçün zəruri tədbirlər həyata keçirsinlər.
Baxış sayı:130
Bu xəbər 07 May 2025 10:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















