Icma.az
close
up
RU
Nazirlərin danışığında mühüm detal Azərbaycan Ermənistanda səfirlik açır?

Nazirlərin danışığında mühüm detal Azərbaycan Ermənistanda səfirlik açır?

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Xəbər verdiyimiz kimi, avqustun 12-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı baş tutub. Söhbət zamanı tərəflər Vaşinqton görüşündə əldə olunmuş razılaşmaların icrasını müzakirə ediblər. Bu, Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması istiqamətində atılan mühüm addımlardan biri kimi qiymətləndirilir.

Artıq iki ölkə diplomatik müstəvidə daha intensiv dialoqa başlayır. Vaşinqton razılaşmasında yer alan mühüm məqamlardan biri də qarşılıqlı diplomatik nümayəndəliklərin açılmasıdır.

Azərbaycan Ermənistanda səfirlik təsis edəcəkmi və bu, hansı şərtlər daxilində reallaşa bilər?

Globalinfo.az-a danışan siyasi şərhçi Aydın Quliyev deyib ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, bütün istiqamətlərdə əlaqələrin bərpası deməkdir:
“Bu, hər iki ölkə rəhbərliyinin əsas hədəfinə çevrilib. Vaşinqtonda ikitərəfli sülh sazişinin mətni paraflandıqdan sonra münasibətlərin tam şəkildə bərpası istiqamətində yeni imkanların açıldığını söyləmək olar. Normallaşma prosesi diplomatik, humanitar və digər sahələrdə əlaqələrin qurulmasını nəzərdə tutur. Xüsusilə diplomatik münasibətlərin bərpası sülh sazişinin imzalanmasından sonra tam reallaşa biləcək bir mərhələdir.

Həmçinin oxuyun:

Bakı təsdiqlədi, Ankara üçün “yaşıl işıq” – 32 illik qadağa aradan qalxır


Aydın Quliyev 

Saziş imzalandıqdan sonra beynəlxalq konvensiyalara uyğun olaraq iki ölkə arasında diplomatik münasibətlərin qurulması haqqında ayrıca sənəd imzalana bilər. Bunun ardınca qarşılıqlı olaraq səfirlik və konsulluqların açılması mümkündür.

Beynəlxalq təcrübədə isə fərqli yanaşmalar da mövcuddur. Əgər tərəflər münasibətləri normallaşdırmaqda ardıcıl iradə göstərsələr, rəsmi diplomatik münasibətlər haqqında sənəd imzalanmadan da bir-birinin ərazisində təmsilçilik yarada bilərlər. Məsələn, Ermənistanda Azərbaycanın dost hesab etdiyi ölkənin səfirliyi və ya konsulluğu, Azərbaycan nümayəndəliyinin funksiyalarını yerinə yetirə bilər və ya əksinə”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:58
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 Avqust 2025 19:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sərxoş halda qadının evinə hücum çəkdi, şişlə ona ağır xəsarətlər yetirdi

26 Sentyabr 2025 22:31see206

“2020 ci ildə başladığımız Vətən müharibəsi tarixi zərurət idi”

27 Sentyabr 2025 10:27see164

Keyndən 100 cü qol XXI əsrdə TOP 5 liqalarda ən sürətli göstərici

27 Sentyabr 2025 00:09see152

Azərbaycan dünyanın logistik xəritəsini yenidən çəkir

27 Sentyabr 2025 10:28see150

İlham Əliyevin BMT dəki tarixi çıxışı və Azərbaycanın qlobal diplomatiyadakı rolu

27 Sentyabr 2025 14:12see147

“Şamaxı” “Araz Naxçıvan”a, “Neftçi” “Karvan Yevlax”a qarşı YENİLƏNİR

27 Sentyabr 2025 09:17see147

Londonda qeyri qanuni mühacirlərin məskunlaşdığı otel yandırıldı

27 Sentyabr 2025 03:35see146

FİFA 7 oyunçunu futboldan kənarlaşdırdı

27 Sentyabr 2025 10:27see146

Onlar elə belə öləcəklər, ruslar isə cənnətə gedəcəklər..?

26 Sentyabr 2025 19:56see145

Arsenal klubu İspaniyada çıxış edən iki futbolçu ilə maraqlanır

26 Sentyabr 2025 19:31see142

Təranə Qumralın 18 yaşlı qızına canlı efirdə elçi düşdülər FOTO

26 Sentyabr 2025 23:14see140

28 sentyabr bu BÜRCLƏR DİQQƏTLİ olsun KONKRET

27 Sentyabr 2025 00:57see138

“Kaş bizim də Üzeyirimiz olaydı” Türkiyəli musiqiçi

26 Sentyabr 2025 19:36see138

İnstaqramı döndəriblər ginekoloji stola

27 Sentyabr 2025 21:43see138

12 ölkə Fələstinə maliyyə dəstəyi üçün koalisiya yaratdı

27 Sentyabr 2025 01:48see137

Bir damla qan, min ümidə can devizi ilə qanvermə aksiyası təşkil olunub

27 Sentyabr 2025 13:24see135

DSX Komandanı II Fəxri xiyabanda

27 Sentyabr 2025 09:26see133

Türkiyə Superliqası: Qalatasaray səfərdən üç xalla qayıdır

26 Sentyabr 2025 23:14see129

Onkoloji xəstəlikdən əziyyət çəkənlər günlərdir dərman ala bilmirlər

28 Sentyabr 2025 00:25see125

Dini konfessiyaların rəhbərləri Zəfər parkını ziyarət ediblər

27 Sentyabr 2025 10:28see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri