Icma.az
close
up
RU
Türkiyə Ermənistanda səfirlik açır PAŞİNYAN İRƏVANDA BİNA AYIRIB

Türkiyə Ermənistanda səfirlik açır PAŞİNYAN İRƏVANDA BİNA AYIRIB

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyə ilə Ermənistan arasında diplomatik, ticari əlaqələrin qurulması prosesi üzrə danışıqlar müsbət nəticə verir. Artıq bu danışıqların nəticəsi olaraq, hər iki ölkənin səfirliklərinin açılması nəzərdə tutulub.

Bu barədə Gununsesi.info-ya Türkiyənin diplomatik mənbələrindən daxil olan məlumatda deyilir .

Məlumata görə, hətta baş nazir Nikol Paşinyan İrəvanın mərkəzində Türkiyənin səfirliyi üçün böyük bina da ayırıb.

Mənbəmiz Azərbaycanın tərəfinin bu məsələdən xəbərdar olduğunu və buna görə rəsmi Ankaraya öz narazılığını çatdırdığını bəyan edib.

Onu da xatırladaq ki, Ermənistan-Türkiyə sərhədinin Suriyaya humanitar yardım göndərmək üçün 10 günlük açılması, həmçinin rəsmi Ankaranın çoxsaylı media təmsilçilərini İrəvana göndərməsi rəsmi Bakının etirazına səbəb olub.

Belə ki, AzTV başda olmaqla , ölkənin əksər media quruluşları sülh danışıqlarının tam yekunlaşmadığı dönəmdə bunu rəsmi Bakının maraqlarına uyğun olmayan hərəkət kimi qiymətləndirib.

İstanbul Böyük Şəhər Bələdiyyəsinin başqanı Əkrəm İmamoğlunun həbsi fonunda baş verən etirazlar Azərbaycan mediasında “Türkiyənin daxili siyasi gərginliyi” kimi təqdim edilib.

“Ermənistanla sərhədlər Kəlbəcərin işğalı səbəbindən bağlanmışdı. Artıq Kəlbəcər və bütövlükdə Qarabağ azaddır. Ona görə də sərhəddin açılması regionda “Üçlü barış”a öz töhfəsini verəcək. Ona görə də Azərbaycanın duyğusal basqılarına ehtiyac yoxdur” deyə rəsmi Ankara Bakıya cavabında  bəyan edib.

Azərbaycanla Türkiyənin strateji müttəfiq və iki qardaş dövlət olmasını nəzərə alsaq, o zaman rəsmi Ankaranın bu tələskənliyini anlamaq çətindir.

Bu faktdır ki, Azərbaycanın 44 Günlük Vətən Müharibəsində qalibiyyəti üçün Türkiyənin də rolu olub.

Amma bunu bizə minnət kimi qoymaq isə yersizdir.

Əvvala Azərbaycan bu müharibədə Türkiyədən yüz milyonlarla dəyəri olan PUA və hərbi sursat alıb.

Bu ağır iqtisadi böhran yaşayan Türkiyə iqtisadiyyatına böyük töhfə sayılır.

Bundan başqa Türkiyənin mövcud hakimiyyətinin yaxını olan türk şirkətlərinin Qarabağda tikinti-quruculuq işlərinə cəlb edilməsi də Azərbaycanın qardaş ölkəyə verdiyi  BONUSDUR.

Ona görə rəsmi Ankara bir az da səbrini sıxmalı, yarımçıq sülhdən çəkinməlidir.

Pərviz Həşimli 

Gununsesi.info 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:287
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 29 Mart 2025 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri