Nazirlik 6 milyon manat nizamnamə kapitalı ilə yeni şirkət yaradıb
Olke.az saytına istinadən Icma.az xəbər verir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Zireh" MMC-ni dövlət qeydiyyatına alıb.
Ölkə.az "Report"a istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Müdafiə Sənayesi Nazirliyinə (MSN) məxsus "Bakı Cihazqayırma Zavodu" MMC ilə eyni - Bakı şəhəri, Sabunçu rayonu, 18 oktyabr küçəsi, 106, nizamnamə kapitalı 6 milyon manat, qanuni təmsilçisi isə Abas Nazir oğlu Quliyevdir.
O, həm də adı çəkilən zavodun direktorudur.
"Zireh"in Müşahidə Şurasının üzvləri də açıqlanıb. Bunlar MSN-nin Maliyyə və uçot şöbəsinin müdir müavini Səbinə Rafiq qızı Mustafayeva, nazirliyə məxsus “Azərsilah” Müdafiə Sənayesi Holdinqinin aş Direktorun müavini və Baş Maliyyə Direktoru Orxan Aydın oğlu Yusibov, eləcə də Fərahim Pərviz oğlu Hüseynzadədir.
Baxış sayı:117
Bu xəbər 04 Dekabr 2024 16:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















