Icma.az
close
up
RU
Müdafiə Sənayesi Nazirliyi 6 milyon manat nizamnamə kapitalı ilə yeni şirkət yaradıb

Müdafiə Sənayesi Nazirliyi 6 milyon manat nizamnamə kapitalı ilə yeni şirkət yaradıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Zireh" MMC-ni dövlət qeydiyyatına alıb.

Oxxu.Az "Report"a istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Müdafiə Sənayesi Nazirliyinə (MSN) məxsus "Bakı Cihazqayırma Zavodu" MMC ilə eyni - Bakı şəhəri, Sabunçu rayonu, 18 oktyabr küçəsi, 106, nizamnamə kapitalı 6 milyon manat, qanuni təmsilçisi isə Abas Nazir oğlu Quliyevdir.

O, həm də adıçəkilən zavodun direktorudur.

"Zireh"in Müşahidə Şurasının üzvləri də açıqlanıb. Bunlar Fərahim Pərviz oğlu Hüseynzadə, MSN-in Maliyyə və uçot şöbəsinin müdir müavini Səbinə Rafiq qızı Mustafayeva, eləcə də nazirliyə məxsus "Azərsilah" Müdafiə Sənayesi Holdinqinin baş direktor müavini və baş maliyyə direktoru Orxan Aydın oğlu Yusibovdur.

seeBaxış sayı:94
embedMənbə:https://oxu.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri