Nazirlik bələdiyyə sədrinin müavinindən 7900 manatlıq mebel alır (SİYAHI)
Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Energetika Nazirliyi fərdi sahibkar Əzizov Əsəd Qacar oğlu ilə satınalma müqaviləsi bağlayıb.
Qaynarinfo-nun məlumatına görə, müqavilədə mebel və avadanlıqların satın alınması nəzərdə tutulur. Tenderin maliyyə dəyəri 7 906 manatdır.
Nazirlik bu məbləğə sahibkardan aşağıdakı malları alacaq:
* Rəhbər kürsüsü - 1 ədəd
* Rəhbər kürsüsü - 2 ədəd
* Müdir, müdir müavini, sektor müdiri kürsüsü - 4 ədəd
* İşçi kürsüsü - 9 ədəd
* Konfrans zalı kürsüsü - 12 ədəd
* Yan masa (90x45x72) - 1 ədəd
* Yan masa (85x35x75) - 1 ədəd
* Yan masa (75x50x72) - 1 ədəd
* Tumba 3 siyirməli - 3 ədəd
* Şkaf (sənəd üçün şüşəli) - 1 ədəd
* Konfrans zalı üçün şkaf - 3 ədəd
* Dəmir seyf - 1 ədəd
Əsəd Əzizova gəlincə, onunla Masallı şəhər bələdiyyəsinin sədr müavini Əsəd Qacar oğlu Əzizovun ad, soyad və ata adı üzt-üstə düşür. Araşdırmalrımız zamanı məlum olub ki, tenderdə qalib seçilən sahibkarla bələdiyyə sədrinin müavini eyni şəxsdir.
Əsəd Əzizov bələdiyyə seçkilərinə qatılarkən onun tərcümeyi-halında fərdi sahibkarlıqla məşğul olduğu qeyd edilib.
Seyid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 13 Avqust 2025 13:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















