Icma.az
close
up
RU
Nazirlik əhaliyə müraciət etdi

Nazirlik əhaliyə müraciət etdi

Bakivaxti-dan alınan məlumata görə, Icma.az xəbər verir Nazirlik əhaliyə müraciət etdi.

Araşdırmalar göstərir ki, məişətdə elektrik və qaz təsərrüfatlarında olan nasazlıqlar, habelə ehtiyatsızlıq və nəzarətsizlik yanğın və partlayış hadisələrinin əsas səbəblərindəndir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin əhaliyə müraciətində bildirilib.

Qeyd edilib ki, nazirlik tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, bəzi vətəndaşlar, fiziki və hüquqi şəxslər tərəfindən təhlükəsizlik qaydalarına laqeyd yanaşma, o cümlədən yol verilən səhlənkarlıqlar sonda acı nəticələrə gətirib çıxarır, insanların həyat və sağlamlığına, eləcə də əmlaka və infrastruktura ziyan vurur.

Qeyd olunanları, xüsusilə ilin soyuq aylarında elektrik və qaz qızdırıcı cihazlarına olan yüksək tələbatın yanğın-partlayış riskini artırdığını nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək aşağıda göstərilən mühüm təhlükəsizlik qaydalarına əməl olunmasının zəruriliyini bir daha xatırladır:

- nasaz və standartlara uyğun olmayan elektrik və qaz cihaz və qurğularından istifadə etməməli;

- elektrik və qaz təsərrüfatı daim saz vəziyyətdə saxlanılmalı;

- elektrik və qaz şəbəkəsinin quraşdırılması, habelə təmiri yalnız mütəxəssisə həvalə edilməli;

- elektrik xətləri və uzadıcılarını həddindən artıq yükləməməli;

- elektrik və qaz cihazları uşaqlar tərəfindən istifadə edilməməli və daim nəzarətdə saxlanılmalı;

- mənzil daxilində, eyvan və pilləkən qəfəslərində tezalışan yanar maddə saxlamamalı;

- mənzili tərk edərkən elektrik və qaz cihazlarını işlək vəziyyətdə qoymamalı;

- mənzilə daxil olarkən qaz sızmasının baş vermədiyinə əmin olmadan işıq yandırmamalı, elektrik və qaz cihazlarını işə salmamalı, açıq oddan istifadə etməməli, qaz iyi hiss etdikdə isə dərhal qapı-pəncərələri açmalı, mənzilə qazın girişini bağlamalı və mütəxəssis çağırmalı;

- tam söndürülməmiş kibrit və siqaret kötüyünü zibil qutusuna və ya eyvandan atmamalı.

Göstərilən sadə, lakin çox vacib təhlükəsizlik qaydalarına əməl etməklə, həyat və sağlamlığa, əmlaka mümkün zərərlərin qarşısı alınmış olacaq!

Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng vurun!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://bakivaxti.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Trampla müzakirə Putini cəsarətləndirib Qonçarenko

14 Fevral 2025 06:35see126

Sənədsiz evlərlə bağlı deputatdan AÇIQLAMA

14 Fevral 2025 11:44see122

Türkiyə ordusu İraq və Suriyada yeni əməliyyat keçirib 7 PKK üzvü zərərsizləşdirilib

14 Fevral 2025 12:38see120

Yaxın ulduz sistemində yaşama əlverişli planet kəşf edildi

14 Fevral 2025 11:25see120

Ələt Astara magistralının daha bir hissəsi yenidən qurulub VİDEO

14 Fevral 2025 09:29see120

Evi olmayanların NƏZƏRİNƏ: Çox sayda tam təmirli UCUZ MƏNZİLLƏR satışa çıxarıldı

14 Fevral 2025 08:43see120

Manatını dollara çevirmək istəyənlərin NƏZƏRİNƏ

14 Fevral 2025 04:33see120

Dolaşığa düşən AFFA İK üçün Əsasnamədən dərs ARAŞDIRMA

14 Fevral 2025 15:26see117

​​​​​​​Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın məruzəsi qəbul edilib

14 Fevral 2025 11:59see117

“ABŞ nin Kiyevə nüvə silahı verib verməyəcəyi barədə qərar prezidentdən asılıdır” Pentaqon

14 Fevral 2025 11:49see117

Sumqayıt FK SOCAR sponsorluq edəcək

14 Fevral 2025 13:27see114

Bu kəndin bir küçəsində 6000 nəfər yaşayır: Buranı turistlər üçün maraqlı edən nədir?

14 Fevral 2025 20:15see111

USAID in Trampın impiçmentində rolu ortaya çıxdı

14 Fevral 2025 14:32see111

“Google Chrome”da çoxdan gözlənilən yenilik AVTOMATİK PAROL DƏYİŞMƏK MÜMKÜN OLACAQ

14 Fevral 2025 19:39see110

“Sezen mücəvhər və ayaqqabı dizaynları hazırlayır”

14 Fevral 2025 07:15see110

“Liverpul” və “Çelsi” tituldan əlini üzdü, MS də çətinlik çəkdi

14 Fevral 2025 21:08see109

“Sevgi haqqında” kiçik ədəbi poetik tamaşanın premyerası oldu FOTOLAR

14 Fevral 2025 11:02see109

Günün yekunu... Hazırda Bakı

14 Fevral 2025 21:14see108

Tural Abbaslı: Zelenskinin küsməyi yersizdir, o böyük siyasi aktorların əlində piyada rolunu oynayıb

14 Fevral 2025 15:47see108

6 aya Ukrayna müharibəsi bitə bilər Orban

15 Fevral 2025 01:12see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri