Icma.az
close
up
RU
Nazirlik əhaliyə müraciət etdi Video

Nazirlik əhaliyə müraciət etdi Video

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Təhlükəsizlik qaydaları ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib.

“Qafqazinfo” xəbər verir ki, ilin soyuq aylarında elektrik və qaz qızdırıcı cihazlarına olan yüksək tələbatın yanğın-partlayış riskini artırdığını nəzərə alaraq, FHN aşağıda göstərilən mühüm təhlükəsizlik qaydalarına əməl olunmasının zəruriliyini bir daha xatırladıb:

- nasaz və standartlara uyğun olmayan elektrik və qaz cihaz və qurğularından istifadə etməməli;

- elektrik və qaz təsərrüfatı daim saz vəziyyətdə saxlanılmalı;

- elektrik və qaz şəbəkəsinin quraşdırılması, habelə təmiri yalnız mütəxəssisə həvalə edilməli;

- elektrik xətləri və uzadıcılarını həddindən artıq yükləməməli;

- elektrik və qaz cihazları uşaqlar tərəfindən istifadə edilməməli və daim nəzarətdə saxlanılmalı;

- mənzil daxilində, eyvan və pilləkən qəfəslərində tezalışan yanar maddə saxlamamalı;

- mənzili tərk edərkən elektrik və qaz cihazlarını işlək vəziyyətdə qoymamalı;

- mənzilə daxil olarkən qaz sızmasının baş vermədiyinə əmin olmadan işıq yandırmamalı, elektrik və qaz cihazlarını işə salmamalı, açıq oddan istifadə etməməli, qaz iyi hiss etdikdə isə dərhal qapı-pəncərələri açmalı, mənzilə qazın girişini bağlamalı və mütəxəssis çağırmalı;

- tam söndürülməmiş kibrit və siqaret kötüyünü zibil qutusuna və ya eyvandan atmamalı.

Göstərilən sadə, lakin çox vacib təhlükəsizlik qaydalarına əməl etməklə, həyat və sağlamlığa, əmlaka mümkün zərərlərin qarşısı alınmış olacaq!

Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng vurun!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 09 Dekabr 2024 09:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see388

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see332

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see265

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see238

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see233

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see228

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see216

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see200

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see199

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see191

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see189

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see187

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see183

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see174

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see169

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see163

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see155

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see155

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see145

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri