Icma.az
close
up
RU
Yaxın ulduz sistemində yaşama əlverişli planet kəşf edildi

Yaxın ulduz sistemində yaşama əlverişli planet kəşf edildi

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Astronomlar Günəş Sistemindən cəmi 20 işıq ili uzaqlıqda, həyat üçün uyğun şərtlərə malik ola biləcək HD 20794 d adlı ekzoplanetin mövcudluğunu təsdiqləyiblər.

BAKU.WS trt haber-ə istinadən xəbər verir ki, Bu planet Yer kürəsindən təxminən altı dəfə böyükdür və səthində maye halında suyun mövcudluğu üçün əlverişli bir orbitdə dövr edir.

Sabit orbit və potensial yaşama əlverişli

HD 20794 d, Günəşə bənzəyən, lakin bir qədər kiçik və yaşlı bir ulduzun ətrafında fırlanır. Ulduzun inkişaf etmiş mərhələdə olması, planetin orbitinin sabitləşdiyini göstərə bilər ki, bu da onun potensial olaraq yaşama əlverişli bir dünya olmasına imkan yaradır.

Oksford Universitetindən astrofizik Maykl Kretinyer, kəşflə bağlı bunları deyib:

"Bu planetin mövcudluğunu təsdiqləmək mənim üçün böyük bir sevinc oldu. Başlanğıcda əldə edilən siqnal çox zəif idi, buna görə də qəti əmin olmaq çətin idi. Lakin cəmi 20 işıq ili uzaqlıqda yerləşməsi, gələcək kosmik missiyaların onu müşahidə etmək şansını artırır."

Astronomlar hesab edirlər ki, mayeləşmiş su həyat üçün əsas elementlərdən biridir. Bir planetin səthində suyun maye halında qalması üçün onun nə çox yaxın, nə də çox uzaq bir orbitdə yerləşməsi lazımdır. Bu əlverişli orbit sahəsi "yaşanabilir zona" adlanır.

HD 20794 d 648 gün ərzində öz ulduzu ətrafında dövr edir və böyük ölçüdə yaşanabilir zonanın daxilində yerləşir. Bununla belə, orbitinin elliptik olması, planetin bəzən ulduzundan uzaqlaşmasına və səth istiliyinin kəskin şəkildə azalmasına səbəb ola bilər.

Kretinyer bildirib ki:

"Mənim işim bu naməlum dünyaları kəşf etməkdir. Amma digər alimlərin bu planetin orbitini və Yerlə oxşarlığını araşdıraraq hansı nəticələrə gələcəyini görmək üçün səbirsizlənirəm."

Bu kəşflə bağlı elmi məqalə Astronomy & Astrophysics jurnalında dərc edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:310
embedMənbə:https://baku.ws
archiveBu xəbər 14 Fevral 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri