Icma.az
close
up
RU
Tural Abbaslı: Zelenskinin küsməyi yersizdir, o böyük siyasi aktorların əlində piyada rolunu oynayıb

Tural Abbaslı: Zelenskinin küsməyi yersizdir, o böyük siyasi aktorların əlində piyada rolunu oynayıb

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukrayna Kiyevin iştirakı olmadan münaqişənin həlli üçün Moskva və Vaşinqton arasında aparılan ikitərəfli danışıqların heç bir nəticəsini qəbul etməyəcək. bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib. O bildirib ki, mən bunu tərəfdaşlarımıza çox açıq şəkildə bildirirəm. Bizsiz Ukrayna ilə bağlı hər hansı ikitərəfli danışıqları qəbul etməyəcəyik. Zelenski əlavə edib ki, ABŞ Prezidenti Donald Trampın ona zəng etməzdən əvvəl Rusiya lideri Vladimir Putinlə telefonda danışması onun üçün olduqca xoşagəlməz faktdır. O qeyd edib ki, zəng zəngdir, mən hər şeyi başa düşürəm, lakin görüşlər bizim üçün prioritetdir: Ukrayna - Amerika". Qeyd edək ki, ötən gün ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə telefon danışığı apardıqdan sonra Zelenskiyə zəng etmişdi.


Ağ Partiya sədri Tural Abbaslı “Sherg.az”a bildirib ki, Donad Tramp prezident seçkiləri ərəfəsində 24 saat ərzində Ukrayna müharibəsini dayandıracağını söyləmişdi:


“Təbii ki, 3 il davam edən müharibəni belə qısa müddətdə dayandırmaq olmazdı. Lakin Tramp verdiyi vədləri gec də olsa, yerinə yetirməyə çalışır. Eyni zamanda Tramp Amerika Birləşmiş Ştatlarını əlavə xərclərdən azad etməyə cəhd göstərir. Donald Trampın birinci Putin və yaxud Zelenskiyə zəng etməsinin önəmi yoxdur. Sadəcə olaraq məntiqə uyğun olaraq böyük, hücum həyata keçirən və işğalçı tərəf Rusiyadır və Putin dayanmasa, savaş sonlanmayacaq. Ona görə də Donald Tramp düşünüb ki, Putinlə razılaşdıqdan sonra Zelenskinin heç bir şansı yoxdur. Ukrayna müharibəsinin başlaması Zelenskinin təcrübəsizliyindən, siyasi bilgisizliyindən qaynaqlanmışdı. Həmçinin Rusiyanın işğalçı və aqressiv siyasəti də burada müəyyən qədər rol oynayır. Trampın Ukrayna müharibəsini dayandırması mümkündür. Çünki savaşın sponsorları var və onlar pulu kəsdikdən sonra Zelenski vuruşmağa silah tapmadıqdan sonra necə dirəniş göstərəcək? Zelenski Ukrayna xalqını cəbhələrə töksə belə, onların əlinə öv tüfəngi, qılınc, yaxud dəryəz verəcək? Əgər silah, pul Avropa və Amerikadan gəlirsə, demək ki, müharibəni sponsorlar aparır. Amerika məsələnin hansı formada olmasından asılı olmayaraq bitməsinin tərəfdarıdır. Avropa tərəfi isə guya Ukraynanın maraqları çərçivəsində sülh müqaviləsinin  imzalanmasında maraqlıdır”. 


T.Abbaslı qeyd edib ki, Trampın verdiyi məlumata görə bu günə qədər Ukrayna savaşına Amerika beş yüz milyard dollara yaxın, yüz milyard dollara yaxın isə Avropa İttifaqı xərc çəkib:

“Amerikanın dəstəyi tamamilə dayandıqdan sonra Zelenskinin heç bir resursu olmayacaq və onun atəşkəsdən başqa yolu qalmayacaq. Zelenskinin küsməyi və inciməyi yersizdir. Çünki müharibə Avropa İttifaqı-ABŞ və Rusiya arasında gedirdi və Zelenski böyük siyasi aktorların əlində piyada rolunu oynadı. Savaşdan ən məğlub vəziyyətdə Ukrayna çıxacaq. Çox güman ki, Amerika Rusiya ilə danışıqlarda razılaşacaq. Atəşkəs imzalanacaq, ordular olduğu yerdə qalacaq və dünyada yeni doldurulmuş münaqişə ocağı yaranacaq. De-fakto Rusiya işğal etdiyi əraziləri də ilhaq edəcək. Məsələn, Yaponiya da, Rusiya da Kuril adalarını hələ də öz əraziləri hesab edirlər, yəni elə bir proses yaranacaq. Fikrimcə, yaxın zamanda Ukrayna və Rusiya arasında Zelenskinin xeyrinə olmayan atəşkəs imzalanacaq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 Fevral 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see264

Türkiyə və Azərbaycan Yaxın Şərqdə sülhün davamlı olmasına dəstək verəcək

14 Oktyabr 2025 15:27see215

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

13 Oktyabr 2025 20:18see201

Türkiyə Gürcüstan qarşılaşması bu kanalda

14 Oktyabr 2025 11:01see196

Siz, bürcünüzə görə hansı yadplanetlisiniz..?

14 Oktyabr 2025 00:26see174

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see170

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

14 Oktyabr 2025 11:26see161

“Tədbirlər qarşılıqlı əlaqələri daha da gücləndirir”

13 Oktyabr 2025 19:08see150

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see149

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

13 Oktyabr 2025 08:09see141

Ağrıları bir anda azaltmağın qorxulu üsulu açıqlandı

13 Oktyabr 2025 19:02see134

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see133

Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı

14 Oktyabr 2025 05:59see132

Turist Azərbaycanda ruslara münasibətdən danışıb…

13 Oktyabr 2025 22:07see129

Bakıda Azərbaycan İran əməkdaşlığına dair aktual məsələlər müzakirə olunub

13 Oktyabr 2025 18:37see127

Saxta psixoloqların ən böyük gücü insanların ağrılarından qazanc əldə etmələridir MÜSAHİBƏ

13 Oktyabr 2025 21:17see124

Əs Sisi: Şarm əl Şeyx Sülh Sammiti həlledici tarixi andır

13 Oktyabr 2025 21:13see124

Fransa xal, Qazaxıstan DÇ yə yollanmaq şansını itirdi gecənin nəticələri

14 Oktyabr 2025 03:20see124

44 günlük ZƏFƏR YOLU: Generalın döyüş qeydləri VIII HİSSƏ

13 Oktyabr 2025 12:46see123

Xarkovda ardıcıl partlayışlar: elektrik enerjisi kəsildi

14 Oktyabr 2025 03:21see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri