Icma.az
close
up
RU
Nazirlik “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”nda olunan dəyişikliyi şərh etdi

Nazirlik “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”nda olunan dəyişikliyi şərh etdi

Pravda.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Nazirlər Kabineti “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”nda dəyişikliklər edib. Dəyişikliklərə əsasən, əmək miqrasiyası kvotası Nazirlər Kabineti tərəfindən hər ilin başlanmasına 3 ay deyil, 1 ay qalmış təsdiq ediləcək. İşəgötürənlər növbəti il üçün əcnəbi işçi qüvvəsinə tələbata dair proqnoz-məlumatı Dövlət Miqrasiya Xidmətinə hər il mayın 1-dək deyil, avqustun 1-dək təqdim edəcək.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumatda bildirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Dövlət Neft Şirkəti aidiyyəti məlumatları müvafiq qurumların nümayəndələrindən ibarət Komissiyaya hər il avqustun 1-dək deyil, sentyabrın 1-dək təqdim edəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Komissiyaya təqdim olunan məlumatlar əsasında icmal hazırlayaraq Komissiya üzvlərinə hər il avqustun 15-nə qədər deyil, oktyabrın 15-nə qədər təqdim edəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Komissiyaya təqdim etməli olduğu məlumatlara Nazirliyin elektron sistemi üzərindən əcnəbilərin iş icazəsi əsasında qüvvədə olan əmək müqavilələri üzrə təhlillər də daxil ediləcək.Elm və Təhsil Nazirliyi növbəti il üçün peşə və ixtisaslar üzrə ali, orta ixtisas və peşə təhsili müəssisələri ilə yanaşı, tam orta təhsil bazası üzrə ümumi təhsil müəssisələrində təhsilləri başa çatacaq vətəndaşların sayı barədə də məlumatı Komissiyaya təqdim edəcək. Cari və ötən il üçün təsdiq edilmiş kvotadan istifadə olunması vəziyyətinə dair Dövlət Miqrasiya Xidməti tərəfindən təqdim edilən məlumatda iş icazələri qüvvədə olan əcnəbilərin adlı siyahısı da göstəriləcək.


Növbəti il üçün kvota ilə bağlı təkliflər Komissiya tərəfindən Nazirlər Kabinetinə hər il sentyabrın 15-dək deyil, noyabrın 10-dək təqdim ediləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://pravda.az
archiveBu xəbər 22 Noyabr 2024 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see199

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see174

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see161

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see135

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see127

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see125

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see124

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see121

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see120

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see119

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see118

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see118

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see118

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see118

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see118

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see118

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see117

Alkoqol içdiyiniz zaman üzünüz qızarır? Həkim təhlükə barədə xəbərdarlıq etdi

31 May 2025 07:31see115

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see114

Hikmət Hacıyev: 2020 ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub

31 May 2025 21:32see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri