Nazirlik kitab sərgisinin təşkilatçısını dəyişdi Ötən il iş yarımçıq görülmüşdü
Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.
1-7 oktyabr tarixlərində Bakı EXPO Mərkəzində keçiriləcək XI Beynəlxalq Kitab Sərgisinin təşkili xidmətləri üçün Mədəniyyət Nazirliyi “Azexpomontage” MMC (VÖEN - 1302174151) şirkətinə 533 min 717 manat 1 qəpik ödəyəcək.
Yeniavaz.com xəbər verir ki, Mədəniyyət Nazirliyi “Azexpomontage” MMC ilə tender müsabiqəsi keçirmədən bir mənbədən satınalma metodu əsasında müqavilə bağlayıb.
Qeyd edək ki, kitab sərgisini təşkil edəcək “Azexpomontage” MMC 15 mart 2010-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 3000 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı, ev 4 ünvanında yerləşir. Şirkətin qanuni təmsliçisi Hüseynov İlham Əliheydər oğludur.
Məlumat üçün bildirək ki, ötən il baş tutan X Beynəlxalq Kitab Sərgisinin təşkili işlərini “Admedia.Az” MMC həyata keçirib. Ötən il tender şərtlərində nəzərdə tutulan təşkilati işlərin bəziləri icra edilməyib və bu barədə ilk dəfə Yeniavaz.com saytında məlumat dərc olunub.
Ətraflı məlumat almaq üçün aşağıdakı keçidə daxil ola bilərsiniz:
Kitab sərgisi üçün nazirlikdən 642 min manat alan şirkət bəzi xidmətləri yerinə yetirməyib?
Elnur Əli

Nazirlik əməkdaşı iş başında dünyasını dəyişdi
05 İyun 2025 13:27
Nazirlik: Ötən dövrdə 770 benefisiara xidmət göstərilib
14 Avqust 2025 16:10
Nazirlik: Ötən gün 27 cinayətin üstü açılıb AZƏRTAC
04 Yanvar 2025 09:42
Nazirlik: Ötən gün 48 cinayətin açılması təmin edilib
27 Avqust 2025 10:36
Nazirlik: Ötən gün 52 cinayətin açılması təmin edilib
29 Avqust 2025 10:41

