Icma.az
close
up
RU
Nazirlik MDB oyunları davam edərkən olimpiya komplekslərini təmir edib? Müəmmalı müqavilə

Nazirlik MDB oyunları davam edərkən olimpiya komplekslərini təmir edib? Müəmmalı müqavilə

Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Gənclər və İdman Nazirliyi “Planet Construction” MMC (VÖEN – 1005274361) və “Modern Construction” MMC (VÖEN – 1503560971) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, nazirlik hər 2 müqaviləni tender müsabiqəsi keçirmədən, bir mənbədən satınalma metodu əsasında imzalayıb.
Müqavilənin şərtlərinə görə, “Planet Construction” MMC nazirliyin sifarişi əsasında Şəki rayonunda, “Modern Construction” MMC isə Qəbələ rayonunda Olimpiya İdman Komplekslərinin binalarında əsaslı təmir işlərini (Avadanlıqlarla birlikdə) həyata keçirəcəklər. Görüləcək işlərin qarşılığında nazirlik “Planet Construction” MMC-yə 658 min 188 manat 45 qəpik, “Modern Construction” MMC-yə isə 437 min 566 manat 42 qəpik ödəyəcək.
Qeyd edək ki, “Planet Construction” MMC 5 aprel 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 50 manat olan MMC-nin qanuni təmsilçisi Şirinov Qafqaz Tehran oğludur. Şirkətin hüquqi ünvanı Binəqədi rayonu, Əcəmi Naxçıvani, ev 4, m. 5-də yerləşir.
“Modern Construction” MMC isə 25 aprel 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin qanuni təmsilçisi Zeynalov İlqar Adgözəl oğludur. Şirkətin hüquqi ünvanı Binəqədi rayonu, Azadlıq pr., ev 14/70, m. 48-də yerləşir.
Məlumat üçün bildirək ki, açıqlanan rəsmi məlumatlarda müqavilələrdə nəzərdə tutulan işlərin icrasına 19 sentyabr 2025-ci il tarixində başlanılacağı və 17 oktyabr 2025-ci ildə başa çatacağı qeyd olunub.
Şəki Olimpiya İdman Kompleksinin binasında aparılması nəzərdə tutulan əsaslı təmir işləri ilə bərabər bu idman kompleksində III MDB Oyunları çərçivəsində batut və bədii gimnastika üzrə yarışlar keçirilib. Batut gimnastikası üzrə yarışlar 1-3 oktyabr, bədii gimnastika üzrə yarışlar isə 6-8 oktyabr tarixlərində Şəki Olimpiya İdman Kompleksində keçirilib. Qəbələ Olimpiya İdman Kompleksinin binasında isə 26-29 sentyabr tarixlərində stolüstü tennis, 30 sentyabr-5 oktyabr tarixlərində isə badminton yarışları keçirilib.
Onu da bildirək ki, bir müddət əvvəl Gənclər və İdman Nazirliyi “Qaya Construction” MMC (VÖEN – 2304060671) ilə də bənzər satınalma müqaviləsi imzalayıb. Belə ki, açıqlanan rəsmi məlumatda “Qaya Construction” MMC-nin nazirlikdən 1 milyon 650 min 549 manat 34 qəpik alaraq Şəki şəhər stadionunda cari təmir işlərini həyata keçirəcəyi göstərilib. Müqavilədə nəzərdə tutulan işlərin icrasına 21 avqust 2025-ci il tarixində başlanılacağı qeyd olunsa da, bir ay əvvəl sosial şəbəkələrdə Şəki şəhər stadionunda təmir işlərinin aparılmasına dair görüntülər yayılıb.
Nazirlikdən 1,6 milyonluq müəmmalı tender – Təfərrüat
Elnur Əli
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 08 Oktyabr 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni dərman zavodu açıldı

24 Noyabr 2025 09:43see303

1 ay əvvəl ana olan aktrisa boşanır

24 Noyabr 2025 09:53see235

Fahişəliklə məşğul olanlar 500 manat cərimə ediləcək KONKRET

24 Noyabr 2025 10:37see227

Əhməd Rəcəblidə partlayış oldu

24 Noyabr 2025 09:35see147

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see139

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see137

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see131

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see131

“Asan İmza” indi “Azercell” tətbiqində

24 Noyabr 2025 12:05see130

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see129

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see127

İstəsəm, 20 yaşında qız alaram, yeməyim qaymaq, baldır

24 Noyabr 2025 15:53see125

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see124

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see124

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see123

Hikmət Hacıyev: Çoxşaxəli əməkdaşlıq aparır KONKRET

24 Noyabr 2025 13:41see122

“Bu axşam bunu etmək mümkün olmayacaq” Vitaliy Borisovun ə AÇIQLAMASI

24 Noyabr 2025 15:26see122

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see121

Meyitdən alınan orqan neçə saat yararlıdır?

24 Noyabr 2025 17:10see118

Azərbaycanda Peşəkar Mühasib Sertifikatı əldə edənlərin sayı 6,2 mini keçib

24 Noyabr 2025 15:52see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri