Nazirlik məşhur klinikada yoxlama keçirdi, lisenziyası olmadığı üzə çıxdı
Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.
Səhiyyə Nazirliyi Bakıda fəaliyyət göstərən “Premium Clinic”də plandankənar yoxlama keçirib.
Teleqraf-ın əldə etdiyi məlumata görə, özəl klinikada yoxlama keçirilən zaman lisenziyadan kənar (ginekoloji iş stasionar) tibb fəaliyyətin və sertifikatsız tibb fəaliyyətinin təşkil olunması aşkar edilib.
Nazirlik İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrinin tələblərini pozduğu üçün klinika barədə inzibati protokol tərtib edərək Nəsimi Rayon Məhkəməsinə göndərib.
Məhkəmənin qərarına əsasən, “Premium Clinic” 6000 manat məbləğində cərimələnib.
Qeyd edək ki, “Premium Clinic”in təsisçi direktoru Mübariz Nağıyevdir. Sözügedən klinika oktyabr ayında ora müalicə üçün yollanan qadının ölümü ilə gündəmə gəlmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 08 Dekabr 2025 15:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















