Nazirlikdə bu qayda dəyişdi Anar Bayramov rayonlara gedir
Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Səhiyyə naziri Anar Bayramov noyabrın 27-si Lənkəran Rayon Mərkəzi Xəstəxanasında vətəndaşları qəbul edəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Qəbulda Lənkəran, Astara, Lerik, Masallı və Yardımlı rayonlarının sakinləri iştirak edə biləcəklər.
Maraqlıdır ki, bu, Anar Bayramovun yeni təyinatından sonra səhiyyə naziri tərəfindən rayonda keçirilən ilk qəbul olacaq. Daha əvvəl isə Səhiyyə Nazirliyi vətəndaş qəbullarının müəyyən edilmiş qrafik əsasında nazir və digər rəhbər vəzifəli şəxslər tərəfindən qurumun inzibati binasında təşkil edildiyini açıqlamışdı.
Qəbulların rayonlarda deyil, inzibati binada keçirilməsi isə dövlət tibb müəssisələrinin əksəriyyətinin birbaşa Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərməməsi ilə əsaslandırılırdı.
Xatırladaq ki, TƏBİB-lə Səhiyyə Nazirliyinin səlahiyyətlərinin bölüşdürülməsindən əvvəl rayonlarda vətəndaş qəbulları həyata keçirilirdi. Bir ay əvvəl isə Prezident İlham Əliyevin Fərmanı ilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs Səhiyyə Nazirliyinin tabeliyinə verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 17 Noyabr 2026 13:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















