Nazirlikdə Türkiyə nümayəndə heyəti ilə görüş olub
Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Türkiyə Respublikasının əmək və sosial müdafiə nazirinin müavini Adnan Ertemin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Azərbaycan və Türkiyə arasında münasibətlərin qardaşlıq və strateji müttəfiqlik səviyyəsində olduğunu bildirib. Ölkələrimiz arasında digər sahələrdə olduğu kimi əmək və sosial müdafiə sahəsində əməkdaşlığın da daim inkişaf etdiyini və getdikcə genişlənməkdə olduğunu qeyd edib.
Prezident cənab İlham Əliyevin tapşırıqları əsasında son illər ölkəmizdə aparılan sosial islahatların nailiyyətləri barədə məlumat verən nazir bu islahatlar prosesində Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyi ilə uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayıb.
İki nazirlik arasında Birgə Daimi Komissiya tərəfindən əmək və sosial müdafiə sahəsində əməkdaşlığın inkişafı üçün aparılan məqsədyönlü işlərin əhəmiyyəti diqqətə çatdırılıb. Müntəzəm təmasların və qarşılıqlı səfərlərin əlaqələrin dərinləşməsinə mühüm töhfə verdiyi bildirilib.
Adnan Ertem əməkdaşlığın daim inkişaf etməsinin və genişlənməsinin məmnunluq doğurdunu, təcrübə mübadilələrinin aparılmasının önəmini qeyd edib.
Görüşdə iki nazirlik arasında əməkdaşlıq gündəliyi, sosial müdafiə sahəsində əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 05 Oktyabr 2026 15:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















