Nazirlikdən 87 milyon manatlıq qərar
Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.
Maliyyə Nazirliyi sentyabr ayında xəzinə hesabının qalığından əlavə gəlir əldə etmək məqsədilə 5 depozit hərracı keçirib.
“Yeni Sabah” xəbər verir ki, hərraclar çərçivəsində ümumilikdə xəzinə hesabının 87 milyon manat məbləğində qalığı 28 və 84 gün müddətinə 6,5 faiz orta çəkili faiz dərəcəsi ilə ölkənin kommersiya banklarında müddətli depozitlərə yerləşdirilib.
Qeyd edək ki, xəzinə hesabının qalığından əlavə gəlirin əldə edilməsi mexanizmi “Vahid xəzinə hesabının qalığının idarəetməyə verilməsi Qaydaları” ilə müəyyən olunur. pizza sifarişi
Maliyyə Nazirliyi bu kimi alətlər vasitəsilə dövlət vəsaitlərinin idarə olunmasında yeni yanaşmaların tətbiqini genişləndirir. Bu isə dövlət büdcəsində əlavə daxilolmaların formalaşmasına və vəsaitlərin kommersiya banklarında yerləşdirilməsi hesabına bank sektorunda likvidliyin artmasına şərait yaradır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 30 Sentyabr 2026 11:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















