Icma.az
close
up
RU
Nazirlikdən hamilə qadınlara ÇAĞIRIŞ: Ən ağır fəsadlar...

Nazirlikdən hamilə qadınlara ÇAĞIRIŞ: Ən ağır fəsadlar...

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

“Ölkəmizə Səhiyyə Nazirliyinin xətti ilə qripə qarşı kifayət qədər effektiv və təhlükəsiz olan peyvəndlər gətirilib və ambulator-poliklinik yardım göstərən tibb müəssisələrinə paylanılıb.
Qripə qarşı peyvənd olunmaq istəyən şəxslər yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrinə müraciət edə bilərlər”.


Bizim.Media xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
Bəs mövsümi viruslardan qeyri-spesifik qorunma yolları nələrdir?
Mütəxəssis-ekspert bildirib ki, bunlar maska geyilməsi, sosial məsafənin gözlənilməsi, respirator və əl gigiyenasına əməl etməkdir.
Kəskin respirator infeksiyalarla bağlı risk qrupuna kimlər daxildir?
“Kiçik yaşlı uşaqlarla bərabər anadangəlmə və ya qazanılmış immunçatmazlığı, o cümlədən HİV infeksiyası olanlar, tənəffüs və digər orqan və sistemlərin digər ağır xroniki xəstəliyi, genetik və metabolik pozuntuları, məsələn, şəkərli diabeti olanlar, piylənmədən əziyyət çəkənlər, habelə hamilə qadınlar, ahıl şəxslər də xəstəliyin ağır gedişinin və fəsadlaşmasının risk qrupuna aid edilirlər”, infeksionist qeyd edib.
Hamilələrin qripə qarşı vaksinasiya olunması olduqca vacibdir...
Onun sözlərinə görə, hamilələrin immuniteti orqanizmdə hamiləliklə bağlı hormonal dəyişikliklərlə əlaqədar zəifləyir:
“Ona görə, hamilə qadının həm yoluxmaq riski daha yüksəkdir, həm də onlarda virus infeksiyaları daha ağır keçə bilər. Hamiləlik zamanı qriplə xəstələnmək həm ana, həm də döl üçün təhlükəlidir. Ən ağır fəsadlar düşük və vaxtından qabaq doğuşdur. Hətta ananın xəstəliyi yüngül keçirməsinə baxmayaraq, dölün inkişaf qüsurları, bir çox orqanlarının ağır dərəcəli zədələnmələri, bəzən bətndaxili ölüm baş verə bilər. Bu nəticələrin qarşısının alınması üçün hamilə qadının qripə qarşı vaksinasiya olunması olduqca vacibdir”.
Qrip və digər kəskin respirator infeksiyalar hansı ağırlaşmalar yarada bilir?
Nazirliyin mütəxəssis-ekspert qeyd edib ki, məhz risk qrupuna daxil olan şəxslərdə pnevmoniya, orta qulağın iltihabı, meningit və ensefalitlər, miokardit, 3 yaşından kiçik uşaqlarda yalançı larinqotraxeit və başqa ağırlaşmalar rast gəlir:
“Qrip və kəskin respirator virus infeksiyaları əsasən hava-damcı üsulu ilə yayılır və yoluxma halları daha çox insanların çoxsaylı təmasları olan məkanlarda baş verir. Bundan əlavə, yoluxmanın risk qrupuna xidmət sahəsi, nəqliyyat işçiləri, təhsil müəssisələrinin əməkdaşları, hamilə qadınlar, məktəblilər, immundefisitli şəxslər və digərləri aiddir”.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://bizim.media
archiveBu xəbər 18 Fevral 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see466

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see307

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see305

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see297

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see243

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see240

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see227

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see227

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see222

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see219

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see215

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see213

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see209

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see208

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see206

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see198

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see193

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see190

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see188

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri