Icma.az
close
up
RU
“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” Ekspertlərdən nazirə SƏRT CAVAB

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” Ekspertlərdən nazirə SƏRT CAVAB

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

“Mən ekspert institutunu çox göylərə qaldırmaq istəmirəm. Hazırda təhsil sahəsində fəaliyyət göstərən xeyli ekspert var. Ancaq “utanmasan oynamağa nə var?”, “ekspert yoxdur” demək ayıbdır. Bu adam mətbuata baxmır? Bütün mətbuat həmin ekspertlərdən müsahibələr alır”.


Sherg.az xəbər verir ki, bu sözləri  Yenisabah.az-a açıqlamasında sabiq deputat, fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyev deyib. O bildirib ki, nazirin bu dərəcədə aqressiv olması qəbuledilməzdir:

“Nazir bu qədər aqressiv olmaz. Təhsil və elm çox strateji sahədir. Mən dünənki brifinqdə Emin Əmrullayevin ekspertlərə qarşı olan fikirlərini bəyənmədim. Bu, əslində cənab prezidentin imzaladığı İctimai iştirakçılıq haqqında qanuna zidd fikirlərdir. Cənab prezident öz çıxışlarında deyir ki, ictimai iştirakçılıq artmalı, ekspert institutları güclənməlidir. Nazir deyir ki, riyaziyyat olimpiyadalarını qiymətləndirmək üçün riyaziyyatçı olmalısan. Fərz edək ki, ekspertlər riyaziyyatçı deyil, xətti tənlik də həll edə bilmir. Bəs siz niyə bu ilki qəbul imtahanlarında abituriyentərin riyaziyyatdan topladığı biabırçı nəticələri unudursunuz? Təxminən 64 faiz abituriyent 1-ci ixtisas qrupunda riyaziyyatdan “2” alıb. Siz və ətrafınız bunu bilirsə, niyə belə bir vəziyyət yaranıb? Beynəlxalq Riyaziyyat Olimpiyadasından 1 medalımız belə olmadı. Fizika-riyaziyyat və informatika təmayüllü liseyin nəzdində Fənlər üzrə olimpiyadalar mərkəzi yaradılıb. Ora milyonlarla manat vəsait ayrılıb. Necə olur ki, riyaziyyatdan 1 medal belə qazana bilmirik? Necə olur ki, fizika üzrə beynəlxalq olimpiyadada nəticə göstərənlərin heç biri bu liseyin məzunu deyil? Biz bilmirik yaxşı, bəs sizin bildiyiniz nədir? Mən ekspert institutunu çox göylərə qaldırmaq istəmirəm. Hazırda təhsil sahəsində fəaliyyət göstərən xeyli ekspert var. Ancaq “utanmasan oynamağa nə var?”, “ekspert yoxdur” demək ayıbdır. Bu adam mətbuata baxmır? Bütün mətbuat həmin ekspertlərdən müsahibələr alır. Bu adam deyir ki, uşaq repetitor yanına getmirsə, məktəbə gəlsin. Bu adam deməlidir ki, repetitorun kökünü kəsmək üçün, biz bunu necə daralda bilərik. Məktəb direktorlarını necə təyin edirlər, hamını bilir. Nazirliyə təhsilin “t” hərfini bilməyənləri yığıblar. Bunlar hansı fənni təhlil edə bilər? Digər tərəfdən, nazir deyir ki, biz onlarla dialoqa açığıq. Nə vaxt dialoqa açıq olmusunuz? Nə vaxt ekspertləri dəvət edib problemləri həll etmisiniz? Nazir həmin brifinqdə çox aşağılayıcı bir fikir işlətdi. Dedi ki, onlar bizdən nəsə xahiş edirlər, biz etmirik və onlar bizi tənqid edirlər. Belə nazir sözü olar? Təhsil ümumilli problemdir, ondan kim danışırsa, ictimai mənafeyi müdafiə edərək danışır. Mənim 62 yaşım var, fəlsəfə üzrə elmlər doktoruyam. Fəlsəfə elmini çox mükəmməl bilirəm. Bu adamın ucbatından məni heç bir ali məktəb işə götürmür”.  


Təhsil məsələləri üzrə tanınmış ekspert Elşən Qafarov isə vurğulayıb ki, nazir Emin Əmrullayevin dünənki brifinqi şou xarakterli idi:

“Nazirin dünən səsləndirdiyi “ölkədə təhsil eksperti yoxdur” fikri, birmənalı qarşılanmadı. Əslində təhsil eksperti adlı bir vəzifə yoxdur, bu məsələdə nazir haqlıdır. Bəli, biz təhsil mütəxəssisləriyiq. Bu ictimai bir statusdur. Amma nazir orada yalan danışır ki, biz təhsil mütxəssisləri ilə məsləhətləşirik. Nazirin məsləhətləşdiyi şəxslər onun şərabçılıq zavodundan, çay fabrikindən və digər şirkətlərdən yığdığı süfrə dostları, tələbə yoldaşları və yaxın ətrafıdır. Reallıq bundan ibarətdir ki, bu gün təhsil sahəsində atılan addımlarda o qədər səriştəsiz qərarlar verilir və həmin qərarların hüquqi əsası yoxdur. Nazir tez-tez belə bir ifadə işlədir, “biz belə istəyirik, biz belə düşünürük”. Bu “biz” kimdir? Bunların təhsildən yaxından-uzaqdan nə qədər təcrübəsi, səriştəsi var? Mən elə sizin saytınız vasitəsi ilə, şəxsən nazir Emin Əmrullayevi debata dəvət edirəm. Gəlin təhsil adamları ilə təhsildən danışaq. Baxaq görək ölkədə təhsil mütəxəssisləri var ya yoxdur? Emin Əmrullayev və onun yaxın dostlarının Azərbaycan təhsilində göstərdiyi dağıdıcı fəaliyyəti biz cəmiyyətə təqdim edirik. Nazir göstərsin ki, təhsilin hansı sahəsində hansı uğur var? Bu gün Azərbaycanda təhsilə ayrılan büdcə az qala Ermənistanın dövlət büdcəsi qədərdir. Azərbaycan təhsili niyə bu qədər geri qalmalıdır? Emin Əmrullayevin dünənki brifinqi şou xarakterli idi. Ölkədə elə bir adam yoxdur ki, təhsildə baş verən ciddi problemlərin gündən-günə artmasını görməsin. Məqsəd cəmiyyəti yayındırmaqdır. Hər bir nazirliyin strateji təhsil, proqnozlaşdırma və planlaşdırma şöbələri olur. Onlar hansısa addımı atmadan ən az 6 ay öncə planlaşdırır, təhsil edir, mütəxəssislərlə görüşür. Ola bilsin əks fikirdəyik və Emin Əmrullayevin fikirlərini tənqid edirik. Amma biz bu ölkənin vətəndaşlarıyıq və təhsil sahəsində illərdir fəaliyyət göstəririk. O ki qaldı nazirin çıxışında səsləndirdiyi “hansısa xahişi ediblər, biz bunu yerinə yetirməmişik” fikrinə, mən şəxsən Elşən Qafarov olaraq bildirirəm ki, nə Emin Əmrullayevdən, nə də ondan əvvəlki nazirlərdən hər hansı bir xahişim, istəyim olmayıb. Bundan sonra da olmayacaq. Onların özləri də yaxşı bilir ki, Elşən Qafarov heç kimin qabağında gedib boyun əyməyəcək. Emin Əmrullayev və onun şərabçılıqdan, çayçılıqdan, təkər zavodundan gətirdiyi dostları təhsil sistemindən gedəndən sonra, çox aydın görsənəcək ki, ölkənin təhsil sisteminə necə ziyan vurublar”.


Qeyd edək ki, Elm və təhsil naziri Emin Əmrullayev dünən yeni tədris ilinə dair keçirilən brifinqdə deyib ki, təhsil ekspertləri ilə bağlı sərt fikirlər səsləndirib:

“Bizdə təhsil eksperti anlayışı yoxdur. Onlar özlərini ekspert adlandırırlar. “Olimpiadalarda yüksək nəticə göstərmək üçün ingilis dilini bilmək mühüm deyil. Təhsil eksperti adlandırdığınız şəxslər özü orada iştirak etmədiyi üçün bilmir. Elm və Təhsil Nazirliyi üçün təhsil eksperti anlayışı yoxdur. Bunu biz yox, siz qəbul etmisiniz. Bizə görə təhsil mütəxəssisləri və rəy var. Ancaq bu, şantajdırsa, biz bu barədə danışmırıq. Təhsil ekspertləri təhsili daha yaxşı etmir. Onların qaldırdığı problemlər doğrudur. Aralarında hörmət etdiyim şəxslər də var. Amma adam özü-özünə ad qoyub və siz də bunu qəbul etmisiniz. Siz indi həmin adama yenidən ekspert deyəcəksiniz? Şübhə varsa, məsələ budur elə, utanmasan oynamağa nə var ki?”, - deyə nazir əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Sentyabr 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see258

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see245

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see170

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see154

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see146

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see144

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri