Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

“Orada mütəxəssis yoxdur” Nazirliyə qarşı SƏRT İTTİHAM

“Orada mütəxəssis yoxdur” Nazirliyə qarşı SƏRT İTTİHAM

Icma.az, Yenisabah saytına istinadən bildirir.

“Mən tam məsuliyyətimlə deyirəm, Kənd Təsərrüfatı Nazirliyində aqrar təsərrüfatın problemlərini bilən yoxdur. Kənd təsərrüfatı iflasa uğrayır. İlbəil kənd təsərrüfatı məhsullarının qiyməti niyə artır? Bu suala cavab verə bilən bir mütəxəssis tapmaq çətindir. Ona görə də belə bərbad gündəyik”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında aqrar məsələlər üzrə ekspert Akif Nəsirli deyib. O, bildirib ki, yerli kərə yağının ixracı olduqca baha başa gəlir:

“Bunun üçün kənd təsərrüfatı inkişaf etdirilməlidir. Bizim ölkədə çox maraqlı tendensiya var. Enerji daşıyıcıları ölkəsi olsaq da, enerji daşıyıcılarının qiymətini ilbəil artırırıq. Məsələn, götürək elə kərə yağını. Gəlin hesablayaq. 1 kiloqram kərə yağı istehsal etmək üçün 25 kiloqram həcmində 3.6 faiz yağlılığa malik təzə süd lazımdır. 1 litr südün qiyməti ən aşağısı 1 manat 60 qəpikdir. Lap kənddəki fermadan 1 manata alaq. Bu qiymətdən alsaq belə, 1 kiloqram yağın xammalı 25 manat edir. Üstəgəl bunun emal, istehsal xərcləri də var. Azərbaycanda kərə yağının xammalının maya dəyəri 25 manatdan yuxarıdır. Belə olan halda, Azərbaycan daxilində kərə yağının istehsalı sərfəlidirmi? Əlbəttə sərfəli deyil. İrandan gələn kərə yağının gömrük qiyməti 8 manat 27 qəpikdir. Azərbaycanda kənd təsərrüfatında istifadə olunan dizel yanacağının litri 1 manatdır. İranda isə dizel yanacağının qiyməti 2 qəpikdir. İranda təzə südün 1 litri 25-30 qəpikdir. Bununla hesablayanda bizdə kərə yağının maya dəyəri 25 manat, İranda isə 3 manat 15 qəpikdir. Heyvandarlığın digər məhsulları da bu formadadır”. 

Ekspert vurğulayıb ki, ətin qiyməti 2015-ci ildən bəri ilbəil bahalaşır:

“Keçək ət məsələsinə. İdxal olunan məhsullar siyahısında ət də xüsusi yer tutur. Biz 2000-ci ildən başalayaraq, örüş yerlərini mədudlaşdırmağa başladıq. Bunun ardınca hökumət pambığı strateji məhsul elan etdi. Həmin pambığın 60-70 faizi dövlət fonduna aid olan örüş ərazilərində əkildi. Ardınca aqroparklar yaradıldı. Ölkədə örüş yerləri sıradan çıxdı. Buna görə də heyvandarlıqla məşğul olan fermerlər başladılar heyvanları qapalı şəraitdə saxlamağa. İribuynuzlu heyvanı da, xırdabuynuzlu hevanı da. Örüş olanda 1000-2000 qoyun saxlayan fermer, qapalı şəraitdə uzaq başı 150-200 qoyun saxlaya bilir. Üstəlik onlara bütün günü yem verməlidir. Həm say məhdudlaşır, həm də maya dəyəri artır. Ona görə də ətin qiyməti 2015-ci ildən bəri ilbəil bahalaşır”. 

İqtisadçı diqqətə çatdırıb ki, Azərbaycanda buğda sortları seleksiya edilmir:

“Buğdanın birinci problemi su problemidir. Ölkə ərazisində formalaşdırılan suvarma suyu bölüşdürülmədiyindən əkinlə məşğul olanların bir çoxuna çatmır. Su idarə edilmədiyinə görə, su qıtlığı yaşanır. Bakının yaxınlığında, Hacıqabulda 10 min hektarlarla ərazi suvarılmadığına görə ümumiyyətlə becərilmir. Həmin ərazilərdə sovet dövründə taxıl əkilirdi. Digər problem isə Azərbaycanda seleksiya işi ilə məşğul olan qurum yoxdur. Azərbaycana uyğun taxıl sortları yaradılmalıdır. Kanadada 70-80 sentner məhsuldarlıq verən buğdanı Azərbaycana gətirəndə məhsuldarlıq 25-30 sentnerə düşür. Çünki iqlim əlverişli deyil. Haradan gətirilməsindən asılı olmayaraq, həmin buğda seleksiya yolu ilə Azərbaycan şəraitinə uyğunlaşdırılmayıbsa, gözlənilən məhsuldarlığı verməyəcək. Üstəlik bu cür buğdadan alınan unun keyfiyyəti aşağı olur. Bütün bunları Kənd Təsərrüfatı Nazirliyi təşkil etməlidir. Nazirlikdə mütəxəssis yoxdur. Onlar bu sahələrlə bağlı plan qurmalıdır və həmin planı hökumətə təqdim etməlidir. Kənd təsərrüfatına cavabdeh olan nazirlik Tarif Şurası qiyməti qaldıranda etiraz etməlidir ki, bu bizim sahəyə ziyandır. Mən tam məsuliyyətimlə deyirəm, Kənd Təsərrüfatı Nazirliyində aqrar təsərrüfatın problemlərini bilən yoxdur. Kənd təsərrüfatı iflasa uğrayır. İlbəil kənd təsərrüfatı məhsullarının qiyməti niyə artır? Bu suala cavab verə bilən bir mütəxəssis tapmaq çətindir. Ona görə də belə bərbad gündəyik”.

2025-ci ilin ilk 5 ayında Azərbaycanın ümumi mal idxalı ötən ilin eyni dövrü ilə müqayisədə kəskin artaraq 7,3 milyard dollardan 9,96 milyard dollara çatıb. Beləliklə, ümumi idxalda 2,66 milyard dollar və ya 36,5% artım qeydə alınıb. Azərbaycandan xaricə ən çox valyuta çıxaran məhsulların siyahısında buğda, süd-qaymaq, çay və meyvə-tərəvəz yer alır. 

Nazim Hacıyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:242
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 24 İyun 2025 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see647

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see320

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see305

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see294

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see290

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see288

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see270

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see269

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see264

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see261

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see249

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see247

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see225

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see215

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see215

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see214

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see209

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see204

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see201

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri