Nazirliyin layihəsi mükafat aldı
Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Sosial məlumatların idarə edilməsi mexanizmi” layihəsi Sinqapurun “GovInsider” təşkilatının “Festival of Innovation Awards 2026” müsabiqəsində yüksək qiymətləndirilib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirib ki, dünyanın müxtəlif ölkələrindən 270 layihənin iştirak etdiyi müsabiqədə nazirliyin layihəsi “Digital Society Award” kateqoriyası üzrə “Special Mention” mükafatına layiq görülüb.
https://govinsider.asia/intl-en/event/festival-of-innovation-awards-2026
Layihə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemi əsasında qurulan innovativ idarəetmə modelini, sosial məlumatların inteqrasiyası və analitik əsaslı qərarvermə mexanizmlərini özündə ehtiva edir.
Bu model sosial xidmətlərin operativliyini artırmaqla yanaşı, şəffaflığın və vətəndaş məmnuniyyətinin yüksəldilməsinə mühüm töhfə verir.
“Festival of Innovation Awards” dövlət sektorunda innovativ təşəbbüslərin, rəqəmsal transformasiya layihələrinin və vətəndaş yönümlü dövlət xidmətlərinin təşviqinə xidmət edən nüfuzlu beynəlxalq platformalardan biridir.
Gülər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 23 Mart 2026 12:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















