İran və İraqdan kürd qruplaşmaları ilə bağlı gözlənilməz qərar
Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.
"Tehran və Bağdad İraq Kürdüstanında fəaliyyət göstərən İran kürd müxalifət qruplaşmalarının üzvlərinin bölgədən çıxarılması və ya İrana təhvil verilməsi barədə razılığa gəliblər".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə İranın Bağdaddakı səfiri Məhəmməd Kazım əl-Sadiq məlumat verib.
Razılaşma İran nümayəndə heyətinin və İraqın milli təhlükəsizlik müşavirinin iştirakı ilə keçirilən Birgə Təhlükəsizlik Komitəsinin iclasında əldə olunub.
Görüş oktyabrın 19-da Bağdadda baş tutub. İclasda İraq Kürdüstanı hökumətinin nümayəndələri də iştirak ediblər.
2023-cü ildə Bağdad və Tehran təhlükəsizlik sahəsində saziş imzalayıblar. Saziş İran hakimiyyətinə qarşı çıxan silahlı kürd qruplaşmalarının sərhədyanı ərazilərdən çıxarılmasını və İraq ərazisindən İrana qarşı silahlı fəaliyyət məqsədilə istifadə edilməsinin qarşısının alınmasını nəzərdə tutur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 20 Oktyabr 2026 21:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















