Fransa BƏƏ və Bəhreyndən aylıq 200 min ton dizel yanacağı tədarük edəcək
Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Fransa Prezidenti Emmanuel Makron yerli bazar üçün BƏƏ və Bəhreyndən aylıq dizel yanacağı tədarükü barədə razılığa gəlib.
Avtosfer.az xəbər verir ki, bu barədə Fransa mediası prezident ofisinin məlumatına istinadən bildirib.
"BƏƏ və Bəhreyn ayda hərəyə 100 min ton dizel ayıracaq", - məlumatda vurğulanıb.
Qeyd olunub ki, bundan əvvəl Makron oktyabr və noyabr ayları ərzində Səudiyyə Ərəbistanından 95 min ton tədarük edilməsi barədə razılığa gəlmişdi.
Ümumilikdə 295 min tonluq tədarük Fransada dizel yanacağı istehlakının 10 %-ni təşkil edir. Prezident administrasiyası bunun benzin qiymətlərinə necə təsir edəcəyini dəqiqləşdirməyib.
Bu həcmlərin daşınmasını "TotalEnergies" qrupu həyata keçirəcək, o, həmçinin dizel yanacağının bu əlavə həcmlərini satın alan operator kimi də çıxış edəcək. Bu gün "TotalEnergies" və Bəhreynin "Bapco" şirkətinin müvafiq razılaşmanı imzalayacağı gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 20 Oktyabr 2026 21:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















