Icma.az
close
up
RU
Nazirliyin məqsədi bizi bağlamaq istəyirlər? Xalq artistindən Əlisa Cabbarovla Orxan Fikrətoğlunun arasındakı söz atışması na reaksiya

Nazirliyin məqsədi bizi bağlamaq istəyirlər? Xalq artistindən Əlisa Cabbarovla Orxan Fikrətoğlunun arasındakı söz atışması na reaksiya

Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Martın 10-da "Cinema Talks" çərçivəsində keçirilən panel müzakirədə gərgin anlar yaşanıb.

Mia.az-ın məlumatınba görə, Kinematoqrafçılar İttifaqının katibi, kinorejissor Əlisa Cabbarovla Kino Agentliyinin direktoru Orxan Fikrətoğlu bir-birini ittiham ediblər.

Əlisa Cabbarov bildirib ki, bu gün kino sahəsinə ayrılan pullar təyinatı üzrə xərclənmir. O, aidiyyəti qurumların bir-biri ilə yola getmədiklərini vurğulayıb:  "Ayrılan pullar hesabda yığılıb qalıb, kino ictimaiyyəti bunun səbəbini bilmir. Dövlət tərəfindən kino istehsalı üçün ayrılan vəsait lazımi formada xərclənmir".

Azərbaycan Respublikasının Kino Agentliyinin direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlu isə ona belə cavab verib: "Statistikaya əsaslanmaq lazımdır. Kinoya ayrılan vəsait lazımi istiqamətdə xərclənir. Bu yaxınlarda "44", "Borc", "Doğma torpaq" kimi filmlərin təqdimatı olacaq. Deyəndə bunları da demək lazımdır".

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Xalq artisti Rasim Balayev "Qaynarinfo"ya açıqlamasında xəstə olduğu üçün sözügedən tədbirə qatıla bilmədiyini qeyd edib: "Kinoya ayrılan və xərclənən pullar şəffaf olmalıdır. Məsələn, bu gün "Azərbaycanfilm"ə pul vermirlər. Niyə? O boyda studiya qalıb gözdağı kimi. Əgər studiya varsa, niyə ona pul ayrılmır? Kimə, hansı təşkilata nə qədər pul verirlərsə, bu açıqlanmalıdır. Əlisa düz deyir".

Sədrin sözlərinə görə, dövlətin kino sahəsinə ayırdığı pul Mədəniyyət Nazirliyinin balansına köçürülür:

"Nazirlik isə həmin pulu Kino Agentliyinin hesabına köçürür. Biz kino çəkən deyilik, amma ayrılan pullar kinoçəkənlərə, kinostudiyaya verilməlidir. Qəbul olunan ssenarilərin əsasında pul bölünməlidir. Amma bu gün proseslər elə gedir ki, bizim heç nədən xəbərimiz yoxdur. Pulun hara və necə xərclənməsi ilə bağlı məlumatsızıq. Bizi narahat edən əsas məsələ odur ki, Cəfər Cabbarlı adına Kinostudiya uzun illərdir, boş dayanıb, amma onlara pul ayrılmır. Niyə? Onların nə məqsədi var? Kinostudiyanı bağlamaq istəyirlər? Ümumiyyətlə, qurumla bağlı plan nədir? Kinostudiya qalıb bomboş, üç-dörd nəfər də əməkdaşı, film çəkmək üçün hər şərait də var. Niyə onlara pul ayrılmır? Səbəbini demirlər. Desinlər, biz də bilək".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://mia.az
archiveBu xəbər 11 Mart 2025 19:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see301

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see269

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see249

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see217

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see214

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see186

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see182

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see180

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see169

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see169

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see166

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see162

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see161

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see161

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see159

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see155

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see155

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see152

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see150

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri