Icma.az
close
up
RU
Nazpəri Dostəliyeva oğlunun ölümündən danışdı: “Allahımdan xahiş edirəm ki, məni tez övladıma qovuşdursun”

Nazpəri Dostəliyeva oğlunun ölümündən danışdı: “Allahımdan xahiş edirəm ki, məni tez övladıma qovuşdursun”

Icma.az, Yenicag saytına istinadən bildirir.

“Allahımdan xahiş edirəm ki, məni tez övladıma qovuşdursun. Biz Allaha üsyan etməməliyik. Bir müddət qapını bağlayıb tək qalıram ki, məni o cür heç kim görməsin. Hayqırmaq, çığırmaq istəyirəm ki, səsim Allaha qədər çatsın. Çatsın ki, mən niyə bu səhnədəyəm? 1 il yanımda kimisə görmək istəmədim. Gecələr qaçırdım dənizə, elə bağırırdım. Amma Allah mənə güc verdi. Lakin o vulkan içimdə sönmür. Bəzən deyib-gülürəm. Amma o vulkan elə anımda dartır məni ki, sənin sevinməyə haqqın yoxdur”.

Yenicag.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva “Həftənin qonağı” verilişində deyib.

O, dünyasını dəyişən oğlu Əlinin son sözlərini belə xatırlayır:

“Balam dünyasını dəyişəndə mənə üç söz dedi. Halı yox idi, baxdı mənə. Birdən-birə infarkt oldu. Özü başa düşürdü. Amma mən yox. Mədəsində ağrı olduğunu dedi. Plovu çox yedim, özümü pis hiss edirəm, söyləyib uzandı. Dedi, özümü yaxşı hiss etmirəm, su istəyirəm. Evdə də bacım, qonaqlarımız var. Dedi, o stəkana buz əlavə et. Cavab verdim ki, soyuq olar sənə. Dedi ki, ürəyim yanır, su istəyirəm. Suyu içdi, dedi getmə, ana, sənə söz demək istəyirəm. Mən oturmuşdum, o, isə uzanmışdı. Başını qucağıma aldım. Söylədi ki, ana, bizim əziyyətimizi çox çəkmisən, haqqını mənə halal et. Bu sözü xoşuma gəlmədi. Dedim o nə sözdür, halaldır. Söylədi ki, Tamerlanı (red. – Əlinin oğlu) sənə ümid oluram. Bir də dedi, heç vaxt səhnəyə qanıqara çıxma, səhnəni buraxma, bu sözlərimi qulağında sırğa kimi saxla. Fikirləşirdim ki, uşaqdır, zarafat edir. Amma bilmirəm niyə deyir. Sən demə o bilirmiş, getdiyi anı görür. Amma mən getdiyini görmürəm. Biz onu ciddiyə almadıq ki, bu, onun son sözləri olar. Ondan sonrasını danışmaq istəmirəm. Amma hər səhnəyə çıxanda Əlinin o sözləri qulağımdadır: Səni sevənlərin gözünü yolda qoyma, səhnəyə çıx, hər zaman şən əhval-ruhiyyədə ol, dostumuz-düşmənimiz var. Başa düşmürdüm ki, bunları niyə deyir. Nə vaxt səhnəyə çıxıram, o səs qulağımdadır, elə bil dünən deyib”.

Qeyd edək ki, N.Dostəliyevanın böyük oğlu Əli 2021-ci ildə 41 yaşında ürək çatışmazlığından vəfat edib.

www.yenicag.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 09 Mart 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see370

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see254

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see196

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see181

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see168

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see164

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see155

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see150

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see148

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see147

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see140

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see137

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see137

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see133

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see129

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see128

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri