Icma.az
close
up
RU
 Birgə informasiya müdafiə mexanizmi qurulur

 Birgə informasiya müdafiə mexanizmi qurulur

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

  

Dezinformasiya qlobal təhlükədir, D-8 media cəbhəsi buna vahid strategiya ilə cavab verəcək

Bakıda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin media sahəsinə məsul qurumlarının və aparıcı media subyektlərinin rəhbərlərinin, digər yüksəkvəzifəli nümayəndələrin və sahə üzrə tanınmış ekspertlərin iştirakı ilə “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda D-8 Media Forumu keçirilib.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev əvvəlcə Prezident İlham Əliyevin forum iştirakçılarına müraciətini səsləndirib.

Forumun əsas gündəmi regional və beynəlxalq informasiya mübadiləsinin gücləndirilməsinə yönəlib. İştirakçılar media sahəsində əməkdaşlığın genişləndirilməsi və daha sıx əlaqələrin qurulması yollarını müzakirə edib, həmçinin dezinformasiyaya qarşı effektiv mübarizə mexanizmlərinin yaradılmasını prioritet məsələ kimi qiymətləndiriblər. Forum çərçivəsində rəqəmsal mediada birgə layihələrin təşviqi və həyata keçirilməsi imkanları nəzərdən keçiriləcək, həmçinin media təcrübəsinin mübadiləsi vasitəsilə üzv ölkələr arasında bilik və praktik biliklərin paylaşılması təmin olunub.

Qeyd edək ki, 1997-ci ildə Türkiyədə yaradılan D-8 təşkilatına qardaş ölkə ilə yanaşı, İndoneziya, Pakistan, Banqladeş, İran, Malayziya, Misir və Nigeriya da üzvdür. Azərbaycan isə 2024-cü il dekabrın 19-da Misirin paytaxtı Qahirə şəhərində keçirilən XI Sammit zamanı üzv seçilib. 2 milyarddan çox əhalisi, ümumi ÜDM-i 3.7 trilyon dollar olan D-8 həm də enerji resursları, istehsal infrastrukturu, geniş xammal bazası ilə də dünya arenasında önəmli yerə malikdir. Əhali sayı və iqtisadi potensialı baxımından D-8 dünya üzrə ən böyük ittifaqlardan biri də sayıla bilər.

Ötən il alyansa qoşulan Azərbaycan artıq aktiv oyunçuya çevrilib və D-8 ölkələrinin media forumunun Bakıda keçirilməsi ölkəmizin çoxvektorlu xarici siyasətinin məntiqi davamıdır. Forumun Bakıda keçirilməsi təşkilatın siyasi-iqtisadi inteqrasiyasında rəsmi Bakının rolunu gücləndirən siyasi proses kimi də dəyərləndirilə bilər.

Bu təşəbbüsə sadəcə media əməkdaşlığı prizmasından yox, eyni zamanda, son illər ərzində rəsmi Bakının formalaşdırdığı yeni geosiyasi oyunçu imicinin özünü təsdiqləməsi kimi də yanaşmaq lazımdır. Azərbaycan bu forum sayəsində təşkilata üzv ölkələrin informasiya diplomatiyasının diqqətini Bakıya yönləndirir, çoxqütblü dünya düzənində alternativ informasiya platformalarının yaradılmasına töhfə verir, özünün regional mərkəz statusunu informasiya sahəsində də möhkəmləndirir.

Forumun Bakıda keçirilməsi göstərir ki, təşkilata üzv ölkələri sadəcə iqtisadi maraqlar yox, eyni zamanda böyük media bazarını təmsil etmək, sürətlə inkişaf edən rəqəmsal media məkanının çağırışlarına uyğunlaşmaq kimi prioritetlər də birləşdirir. İki milyard əhalisi olan belə bir təşkilatın geniş televiziya auditoriyası və sosial şəbəkə seqmentlərini də nəzərə alsaq, bu miqyasın media və informasiya sahəsində də əməkdaşlığın nə dərəcədə vacib olduğunu anlayarıq. Qlobal informasiya axınında üstünlük qazanmaq üçün alternativ informasiya mərkəzlərinin yaradılması və media diplomatiyasının gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Bu mənada, Azərbaycan Prezidentinin D-8 Media Mükəmməllik Mərkəzinin Bakıda yaradılması təşəbbüsü həm ölkəmizin media sahəsində artan rolunu, həm də qlobal informasiya məkanına inteqrasiyasını gücləndirən mühüm addımdır. Bu təşəbbüs ölkənin regional media mərkəzinə çevrilməsinə gedən yoldur. Çünki nəticədə Orta Asiya, Yaxın Şərq, türkdilli ölkələr, Cənubi Asiya və Afrika arasında informasiya körpüsü yaradılır.

Qeyd edək ki, Forum çərçivəsində dezinformasiyaya qarşı birgə mübarizə, ortaq informasiya standartları və media təhlükəsizliyi üzrə əməkdaşlıq kimi məsələlərin müzakirə edilməsi, yeni qərarların qəbul edilməsi qlobal informasiya məkanında yeni qütbün formalaşması deməkdir.

Onu da deyək ki, D-8 Media Forumunda üzv dövlətlər arasında media sahəsində birgə inkişaf və əməkdaşlıq ilə bağlı Bakı Bəyannaməsi imzalanıb. Bütün üzv dövlətlərin fəal iştirakı ilə təlim, tədqiqat, innovasiya, rəqəmsal bacarıqların inkişafı və əlaqələndirilmiş kommunikasiya təşəbbüsləri üçün Azərbaycan tərəfindən təşkil olunacaq D-8 Media Mükəmməlliyi Mərkəzinin ən tez zamanda fəaliyyətə başlamasına çağırış edilib: “D-8 Media Mükəmməlliyi Mərkəzinin Azərbaycandakı rəhbərliyi ilə sıx əməkdaşlıq etməyə hazır olduğumuzu bildirir və onun səmərəli fəaliyyətini dəstəkləmək, ortaq prioritetlərin həyata keçirilməsinə dəstək vermək və D-8-in bütün üzv dövlətlərində media sahəsində əməkdaşlığın gücləndirilməsini inkişaf etdirmək üçün kollektiv öhdəliyimizi bir daha vurğulayırıq. Biz inanırıq ki, bu bəyannamənin səmərəli şəkildə həyata keçirilməsi daha sıx qarşılıqlı əlaqəli, məlumatlandırılmış və davamlı D-8 media məkanına töhfə verəcək, bu da ölkələrimiz arasında sülhü, inkişafı və qarşılıqlı anlaşmanı dəstəkləyəcək. İlk dəfə təşkil olunan D-8 Media Forumunun uğurla keçirilməsi üçün yüksək səviyyədə həyata keçirilən tədbirlərə görə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə minnətdarlığımızı bildiririk.

Bəyannamə 2025-ci il noyabrın 21-də Azərbaycan Respublikasının Bakı şəhərində qəbul edilib”.

D-8 Media Forumunun əhəmiyyətini müsbət dəyərləndirən Mətbuat Şurası İdarə Heyətinin üzvü Yeganə Hacıyeva Sherg.az-a bildirib ki, Bakı bu gün beynəlxalq müzakirə platforması kimi regionlararası dialoqun, əməkdaşlığın və qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm rol oynayır:

“Azərbaycan müxtəlif mədəniyyətləri və maraqları bir araya gətirərək qlobal təşəbbüslərin formalaşdığı, konstruktiv fikir mübadiləsinin aparıldığı nüfuzlu mərkəzə çevrilib. Burada keçirilən beynəlxalq forumlar və konfranslar ölkəmizin sülhün, tərəfdaşlığın və strateji həmrəyliyin təşviqi üçün geniş imkanları olan unikal dialoq platforması olduğunu təsdiqləyir. Bakı bu gün qlobal təşəbbüslərin formalaşdığı və konstruktiv fikir mübadiləsinin aparıldığı nüfuzlu mərkəz kimi həm regional, həm də beynəlxalq aktorlar üçün strateji əhəmiyyət daşıyır. Bu mənada, paytaxtımızda keçirilən D-8 Media Forumu yalnız informasiya mübadiləsi platforması deyil, həm də üzv ölkələr arasında qarşılıqlı anlayışı və strateji həmrəyliyi dərinləşdirən mühüm körpüdür”.

Y.Hacıyevanın sözlərinə görə, bu forum dialoqun gücünə söykənərək medianı qlobal çağırışlara birgə cavab verən, sülhü, sabitliyi və davamlı inkişafı dəstəkləyən mühüm aktora çevirir:

“Media informasiya axınını idarə etməklə cəmiyyətlər arasında doğru məlumatlandırma, maarifləndirmə və qarşılıqlı anlaşma yaradır. Bu isə münaqişələrin azaldılmasına, gərginliklərin yumşaldılmasına və dialoqa əsaslanan yanaşmaların güclənməsinə imkan verir. Media, həmçinin qlobal çağırışlar – iqlim dəyişikliyi, mühacirət, təhlükəsizlik, iqtisadi qeyri-sabitlik kimi problemlər qarşısında dövlətləri və ictimaiyyəti ortaq məsuliyyətə səsləyən unikal platforma rolunu oynayır. Bildirilib ki, müasir informasiya müharibələrinin, dezinformasiyanın və regionlararası gərginliklərin artdığı bir dövrdə D-8 ölkələrinin medianı vahid yanaşma ətrafında birləşdirməsi xüsusi əhəmiyyət daşıyır. Forumun ortaq media standartlarının formalaşdırılmasına, peşəkar əməkdaşlığın genişləndirilməsinə və həqiqətə əsaslanan məlumat axınının təmin edilməsinə töhfə verməsi nəzərdə tutulur. Bu əməkdaşlıq yalnız xəbərlərin paylaşılması deyil, həm də mədəniyyətlərin qovuşması, xalqlar arasında etimadın möhkəmlənməsi və regional həmrəyliyin institusional səviyyədə güclənməsi deməkdir. D-8 Media Forumu üzv ölkələrin jurnalistlərini, ekspertlərini və media qurumlarını bir araya gətirərək onları bilik, təcrübə və innovativ yanaşmalarla zənginləşdirir. Nəticədə forumun fəaliyyəti təkcə media sektoruna deyil, ümumilikdə D-8 regionunun siyasi, iqtisadi və sosial inteqrasiyasına güclü təkan verir. Bu Media Forumu çərçivəsində jurnalistika, media etikası, rəqəmsal media, strateji kommunikasiya və böhran idarəçiliyi kimi mühüm mövzular müzakirə olunub. Forumda Azərbaycanın təşəbbüsü ilə D-8 çərçivəsində “Media Mastery Center”in yaradılması və Bakıda yerləşdirilməsi təklif edilib. Bu mərkəzin D-8 ölkələri arasında media sahəsində bilik mübadiləsi, peşəkar təlimlər və jurnalistlərin təcrübə proqramları üçün vahid platforma rolunu oynaması nəzərdə tutulur. Eyni zamanda, D-8 ölkələri üçün “Yayımçılar Assosiasiyası”nın qurulması ideyası irəli sürülüb. Belə bir assosiasiya televiziya və radio kanallarını birləşdirərək proqram mübadiləsi, ortaq xəbərləşdirmə və mədəni əməkdaşlıq imkanlarını genişləndirəcək”.

Tədbirdə əsas müzakirə mövzularından birinin dezinformasiyaya və təhrif olunmuş informasiyaya qarşı mübarizənin olduğuna diqqət çəkən Y.Hacıyeva qeyd edib:

“D-8 ölkələri bu sahədə birgə mexanizmlərin qurulmasını vacib hesab edir. Rəqəmsal media istiqamətində əməkdaşlıq, strateji kommunikasiya kanallarının inkişafı və texnoloji infrastrukturun gücləndirilməsi müzakirələrin əsasını təşkil edib. Xüsusilə süni intellekt əsasında çalışan media alətlərinin yaratdığı risklər, o cümlədən informasiya manipulyasiyasının ictimai sabitliyə təsiri barədə narahatlıqlar vurğulanıb. Bundan başqa, jurnalistlər üçün təlim proqramları, internatlar və mübadilə imkanlarının genişləndirilməsi də təklif edilib. İnformasiya mübadiləsi və xəbər agentliklərinin əməkdaşlığının gücləndirilməsi D-8 çərçivəsində çoxdilli media platformalarının yaradılmasına və təşkilatın beynəlxalq nüfuzunun artırılmasına xidmət edəcək”.

Yeganə Hacıyeva forumda D-8-in mövcud media məkanında strateji kommunikasiya gücünün artırılmasının vacib istiqamət kimi qeyd olunduğunu da vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 Noyabr 2025 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see760

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see229

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see171

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see168

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see158

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see143

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see141

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see136

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see133

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see132

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see131

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see130

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri