Icma.az
close
up
RU
 Mirzoyan fərqli danışır, Paşinyan ayrı mesaj verir ANALİTİK

 Mirzoyan fərqli danışır, Paşinyan ayrı mesaj verir ANALİTİK

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Ermənistan sülhə hazır deyil, bir neçə masada oyun qurur

Bakı mövqeyini qoruyur, Ermənistanın siyasi çaşqınlığı Azərbaycana təsir etməyəcək

 2025-ci il 8 avqust tarixində Vaşinqtonda, ABŞ liderinin iştirakı ilə Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulması məqsədilə sülh müqaviləsi paraflandı. Bu sənəd regionda yeni siyasi mərhələnin başlanğıcı kimi təqdim edilsə də, Ermənistan rəsmilərinin son açıqlamaları sülh prosesinin səmimiliyi ilə bağlı şübhələr doğurur. Ermənistanın Baş naziri Nikol Paşinyanın “iki dövlət arasında sülh olsa da, münaqişə məntiqi qalır” fikri “sülh anlayışının” mahiyyətinə ziddir. Paşinyan eyni zamanda razılaşdırılmış çərçivə daxilində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz rabitənin təmin olunmasına hazır olduqlarını da bəyan edib. Lakin bu bəyanat Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın “Tramp marşrutu” ilə bağlı açıqlaması ilə ziddiyyət təşkil edir. Mirzoyan gömrük və nəzarət sahəsində bütün suveren səlahiyyətlərin yalnız Ermənistana aid olacağını vurğulamaqla, layihə üzərində tam nəzarəti öz əllərində cəmləşdirmək niyyətini açıq şəkildə nümayiş etdirib. Qeyd edək ki, layihənin maliyyələşdirilməsində kapitalın 74 faizinin ABŞ tərəfindən təmin olunmasına baxmayaraq, Ermənistan prosesin bütün mexanizmlərini öz siyasi nəzarəti altında saxlamağa çalışır. Lakin ölkəmiz bütün sahələrdə ardıcıl şəkildə sülhpərvər və konstruktiv mövqedən çıxış edir. Tarixi təcrübə göstərir ki, müharibələrdə məğlub olan tərəf qalib dövlət qarşısında öhdəliklər daşıyır. Cənubi Qafqaz reallığında isə tam fərqli mənzərə formalaşıb. Qalib Azərbaycan mərhələli şəkildə, məğlub tərəfə ümumilikdə 4 897 ton yanacaq tədarük edib. Ölkəmizin nümayiş etdirdiyi etimada və konstruktiv mövqeyə baxmayaraq, Paşinyan və Mirzoyanın ziddiyyətli açıqlamaları paraflanmış sənədin, yekun sülh müqaviləsinə çevrilməsinə kölgə salır.

Mövzu ilə bağlı politoloq Fuad Abbasov Sherg.az-a açıqlamasında bildirib ki, A. Mirzoyan və N. Paşinyanın bir-birinə zidd mövqelər sərgiləməsi Ermənistanın həm xarici, həm də daxili siyasətində ciddi qeyri-müəyyənliyin mövcudluğunu göstərir:

“Ziddiyyətli yanaşmalar Ermənistanın Azərbaycanla yekun və davamlı sülhə hələ də tam hazır olmadığını ortaya qoyur. Ermənistan rəhbərliyi Qərbdəki tərəfdaşları ilə birgə Rusiyaya qarşı yeni siyasi mövzular formalaşdırmağa çalışır. Bu baxımdan Azərbaycan ehtiyatlı olmalı və prosesləri diqqətlə izləməlidir. A.Mirzoyanın “Tramp marşrutu” adlandırılan layihəyə tam nəzarətin Ermənistana məxsus olduğunu bildirməsi, ilk növbədə daxili auditoriyaya ünvanlanmış mesajdır. Bu açıqlama ilə Ermənistan cəmiyyətinə “narahat olmayın, biz hələ də bölgədə söz sahibiyik və nüfuzumuzu qoruyuruq” mesajı verilir. Yəni ABŞ bu layihəyə daha böyük maliyyə yatırımı həyata keçirsə belə, rəsmi olaraq ərazi üzərində nəzarətin tam şəkildə Ermənistanın ixtiyarında qalacağı iddia olunur. Lakin reallıqda “Tramp yolu” adı altında təqdim edilən marşrut, faktiki olaraq ABŞ-nin strateji və institusional nəzarəti altında olacaq”.

Politoloq, N.Paşinyanın “sülh bərqərar olsa belə, münaqişə məntiqi qalır” ifadəsini də təsadüfi hesab etmir:

“Bu açıqlama bir tərəfdən Azərbaycanın sülhə hazır olmadığını iddia etmək cəhdi kimi təqdim olunsa da, digər tərəfdən Rusiyaya ünvanlanmış mesaj xarakteri daşıyır. Baş nazir bununla Azərbaycan-Ermənistan münasibətlərindəki gərginliyin Moskva tərəfindən alətə çevrilə biləcəyini xatırlatmağa çalışır. Digər tərəfdən, Paşinyanın Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz rabitənin təmin olunmasına hazır olduqlarını bildirməsi, Qərbə yönəlmiş sətiraltı mesajdır. Baş nazir, bununla Qərbdəki tərəfdaşlarına əldə edilmiş razılaşmalara sadiq qaldığını nümayiş etdirməyə çalışır. Eyni zamanda, Ermənistan guya Azərbaycanla münasibətləri yüksək səviyyədə saxlamağa maraqlı olduğunu göstərərək, bu mesajı Türkiyəyə də ünvanlayır”. 

F. Abbasovun qənaətinə görə, Ermənistanın ziddiyyətli mövqeyi Azərbaycana real təsir göstərməyəcək:

“Ermənistan rəhbərliyinin bir-birindən fərqli və ziddiyyətli açıqlamalar verməsi onların eyni anda bir neçə siyasi masada oturmağa cəhd göstərdiyini ortaya qoyur. Bu isə ölkə daxilindəki qeyri-müəyyən arqumentlərin gələcəkdə Azərbaycana qarşı gözlənilməz nəticələr doğura biləcəyindən xəbər verir. Təbii ki, bütün bu proseslərin Azərbaycana real təsiri olmayacaq. Çünki Azərbaycan qalib ölkədir və regional proseslərdə şərtləri diktə edən tərəf məhz Bakı olaraq qalır”.

Aybəniz Səfərova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:240
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 Yanvar 2026 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri