Icma.az
close
up
RU
 Zelenski üçün Donbası güzəştə getmək riskli qərar olardı TƏHLİL

 Zelenski üçün Donbası güzəştə getmək riskli qərar olardı TƏHLİL

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiyanın Ukraynada apardığı müharibənin başlamasından 4 il keçir. Münaqişənin cərəyan etdiyi dövrdən bugünədək, ölkələr arasında 7 dən çox danışıqlar turu baş tutub. Lakin tərəflər, ərazi bütövlüyü və sərhədlər məsəsilə, təhlükəsizlik zəmanətləri və geosiyasi maraqlar ucbatından ortaq yol tapa bilməyiblər. Xüsusilə də, Donbasın əhatə dairəsinə daxil olan Luqansk və Donetsk vilayətləri illərdir həllini tapmayan problemə çevrilib. İddialara görə, ABŞ və Rusiya arasında 2025-ci il avqustun 15-də Alyaskada keçirilən görüşdə, Prezident Vladimir Putin, müharibənin sona çatması üçün əsas şərt kimi, Ukraynanın Donbas bölgəsindən çəkilməsini qoyub. Həmin gündən etibarən Donbas, tərəfləri qıcıqlandıran mübahisəyə çevrildi. Ukrayna Prezidenti Volodimir Zelenski dəfələrlə ərazi güzəştinin ölkə konstitusiyasına zidd olduğunu bildirib. Ukraynalıların təxminən 75 faizi də Rusiyaya ərazi güzəştinin əleyhinədir. İşğalın ilk günlərində Rusiya Donbas regionu və Krım yarımadası ilə birlikdə Ukrayna ərazisinin təxminən 27%-ni işğal etmişdi. Ancaq 2022-ci ilin dekabrına qədər bu rəqəm 18%-ə düşdü. Rusiya son illər canlı qüvvə çatışmazlığından irəliləyə bilmir. ABŞ, Rusiya ilə sülh müqaviləsinin bir hissəsi olaraq yenidən, Ukraynaya təhlükəsizlik zəmanəti təklif edib. Təklifə görə, Kiyev Donbası Moskvaya güzəştə getməlidir. Trampın təzyiq siyasətini tənqid edən Zelenski, qoşunların çıxarılmasını Ukrayna ilə Avropanın təhlükəsizliyinə risk adlandırıb.

Mövzu ilə bağlı politoloq Rəşad Bayramov Sherg.az-a bildirib ki, Zelenski üçün Donbası güzəştə getmək son dərəcə çətin və riskli qərar olardı:

“Çünki Donbas Ukraynanın suveren ərazisidir. Digər tərəfdən isə Ukrayna cəmiyyətində “ərazi güzəşti” ideyası qəbul edilmir. Xüsusilə də, Rusiya-Ukrayna müharibəsi fonunda milli müqavimət və suverenlik məsələləri daha həssas xarakter alıb. Zelenski, daxili legitimlik məsələsinə xüsusi diqqət ayırır. Çünki Donbasın güzəştə getməsi onun siyasi mövqeyini zəiflətməklə yanaşı, daxili sabitliyə də mənfi təsir göstərəcək. Digər tərəfdən, Ukraynanın ABŞ və Avropa ölkələrindən asılılığı, kompromis imkanlarını nəzəri baxımdan açıq saxlayır. Lakin Ukraynanın atacağı hər hansı güzəşt addımı, etibarlı təhlükəsizlik təminatları ilə müşayiət edilməlidir”. 

Politoloqun sözlərinə görə, təminatlar inandırıcı və uzunmüddətli olmazsa, Kiyev geri addım atmağa məcbur olacaq:

“Donbas uğrunda mübazirənin kəskinləşməsi regionun həm iqtisadi, həm də geosiyasi baxımdan strateji əhəmiyyətə malik olması ilə bağlıdır. Donbas, Ukrayna üçün tarixən ağır sənaye, kömür və enerji istehsalının mərkəzlərindən biri olub. Regionun itirilməsi ölkənin iqtisadi potensialına zərbə vuracaq. Bundan əlavə, ərazi bütövlüyü məsələsi prinsipial xarakter daşıyır. Hər hansı güzəşt digər separatçı qüvvələr üçün presedent yarada bilər. Rusiyanın mövqeyinə görə Donbas, siyasi və hərbi baxımdan strateji əhəmiyyət kəsb edir. Vladimir Putin isə regionla bağlı siyasətini rusdilli əhalinin müdafiəsi kimi qələmə verərək, daxili və beynəlxalq auditoriya qarşısında legitimlik qazanmağa çalışır. Eyni zamanda Donbas, Ukraynanın şərqində Rusiyanın təsir zonasını qoruyan “bufer” rolunu oynayır”.

R.Bayramov vurğulayıb ki, ABŞ-nin Rusiyaya meyilli təkliflərlə çıxış etməsi, geosiyasi realizm yanaşmasından irəli gəlir:

“Vaşinqton üçün əsas məqsəd, münaqişənin sonsuz şəkildə uzanmasının qarşısını almaqdır. Çünki müharibə həm maliyyə, həm də siyasi baxımdan ABŞ və Avropa üçün əlavə yükə çevrilib. Artıq Vaşinqtonun strateji diqqəti, Çin ilə rəqabətə yönəlir. Bu baxımdan Avropadakı müharibənin idarə olunan səviyyəyə endirilməsi əsas prioritet sayılır. Digər mühüm amil, Rusiya ilə birbaşa eskalasiya riskini, xüsusilə nüvə qarşıdurması ehtimalını minimuma endirməkdir. ABŞ xarici siyasətdə ideal nəticələrdən çox, praktik və idarəolunan kompromislərə üstünlük verən praqmatik yanaşma sərgiləyir. Donbas, tərəflər üçün sadəcə coğrafi ərazi deyil, daha geniş strateji və siyasi simvolizmə malik bir regiondur. Bir sözlə, mövcud vəziyyətdə Zelenskinin bu təkliflə razılaşması mümkün görünmür”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 Mart 2026 20:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see506

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see357

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see297

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see293

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see281

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see263

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see240

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see234

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see229

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see222

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see219

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see217

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see213

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see212

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see208

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see197

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see188

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see180

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri