Icma.az
close
up
RU
NDU da genişmiqyaslı Beynəlxalq Təlim Aylığı proqramına start verilib

NDU da genişmiqyaslı Beynəlxalq Təlim Aylığı proqramına start verilib

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Naxçıvan Dövlət Universitetində genişmiqyaslı Beynəlxalq Təlim Aylığı proqramının açılış tədbiri keçirilib. Bu haqda universitetin mətbuat xidmətindən məlumat verilib. 

Tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, universitetin rəhbər heyəti, Tibb fakültəsinin müəllim və tələbələri, eyni zamanda Acıbadem Xəstəxanasının Ürək-Damar klinikasının qurucusu, professor Cem Alhan iştirak ediblər.

Universitetin Strateji məsələlər üzrə rektor müşaviri Rəcəb Cəfərli proqram haqqında məlumat verib. Bildirib ki, proqram çərçivəsində 6 fərqli ölkədən 21 təlimçi universitetdə təlimlər aparacaq. 

Təlimlər ABŞ, Yaponiya, İngiltərə, Türkiyə, Hollandiya və Özbəkistandan olan tanınmış ekspertlər tərəfindən keçiriləcək. BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq təhsil, elm, beynəlmiləlləşmə, resurslar, dayanıqlılıq olmaqla 5 əsas sahə üzrə 21 mövzuda təşkil olunacaq təlimlər 3 dildə- Azərbaycan, türk və ingilis dillərində olacaq.

Tədbiri açıq elan edən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev vurğulayıb ki, bu il aprel ayı Naxçıvan Dövlət Universitetində öncədən elan olunmuş Beynəlxalq Təlimlər aylığıdır. Dünyanın fərqli ölkələrinin universitetlərindən, elmi tədqiqat institutlarından Naxçıvana dəvət olunan ixtisaslı mütəxəssislər tərəfindən sertifikatlı təlimlər veriləcək. Bu proqram iştirakçılara qlobal bilik və təcrübə mübadiləsi imkanı yaradacaq. Hər təlim müasir metodlar əsasında təşkil olunacaq və interaktiv müzakirələr, praktiki çalışmalar və qrup işləri ilə zənginləşdiriləcək. Rektor diqqətə çatdırıb ki, əcnəbi müəllimlərin təlimlərinin təşkili hər zaman diqqətdə olub ancaq bu dəfə belə genişmiqyaslı beynəlxalq təlimlər aylıq çərçivəsində həm ölkə universitetləri arasında, həm də Naxçıvan Dövlət Universitetində ilk dəfədir təşkil olunur. Elbrus İsayev əlavə edib ki, bu tədbir universitetin ümumi inkişaf strategiyası planının tərkib hissəsidir və bütün sahələrdə innovativ yenilikləri universitetə gətirməkdə maraqlıyıq.

Türkiyənin Acıbadem Xəstəxanasının Ürək-Damar klinikasının qurucusu, professor Cem Alhan çıxış edərək tədbir iştirakçılarını salamlayıb və dəvət üçün təşəkkürünü bildirib. Professor təhsil və fəaliyyət dövrü haqqında məlumatları diqqətə çatdırıb. Qeyd edib ki, Robotik ürək cərrahiyəsi əməliyyatlarında dünya əhəmiyyətli ilklərə imza atıb. Türkiyədə ilk dəfə robotik üsulla ürək qapağı dəyişdirmə əməliyyatını edib. Həmçinin dünya tibb tarixində robotik üsulla ürəkdə eyni anda beş fərqli əməliyyat edib. Bu günə qədər 15 mindən artıq uğurlu ürək əməliyyatı aparıb və Bypass əməliyyatlarında 99%-lik uğur qazanıb. Professor Naxçıvanda ilk dəfə olması ilə bağlı təəssüratlarını bölüşüb və Robotik cərrahiyə haqqında ətraflı məlumat verib.

Qeyd edək ki, proqram 1-30 aprel tarixlərini əhatə edir. Ay ərzində Beynəlxalq sertifikatlı təlim keçirmək hüququna malik mütəxəssislər tərəfindən sertifikatlı təlimlər veriləcək. Həmçinin muxtar respublikada fəaliyyət göstərən bütün qurumların nümayəndələri də ödənişsiz olaraq təlimlərdə iştirak edə biləcəklər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Aprel 2025 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see254

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see213

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see204

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see203

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see194

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see178

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see157

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see157

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see156

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see155

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see155

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see147

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see147

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see146

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see143

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see143

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see141

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see139

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see138

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri