UNEC də genişmiqyaslı təlim proqramına start verildi
Icma.az, Moderator.az portalına istinadən məlumat verir.
UNEC-də genişmiqyaslı təlim proqramına start verilib.
Moderator.az xəbər verir ki, eyni vaxtda 637 nəfərdən ibarət pedaqoji və inzibati heyət “Design thinking”, “Süni intellekt savadlılığı” və “İnnovativ tədris metodları” üzrə təlimlərə cəlb olunacaq.
Təlimlər xarici mütəxəssislər tərəfindən “Təlimçilərin təlimi” layihəsi çərçivəsində reallaşdırılacaq və 5 həftə davam edəcək. Planlı, şəffaf və koordinasiyalı idarəetmənin təmin edilməsi məqsədilə təlim prosesi “Rəqəmsal UNEC – EDUMAN” platforması vasitəsilə həyata keçiriləcək.
“Design thinking” təlimi rektor, dekanlar, prorektorlar və kafedra müdirlərindən ibarət olmaqla, iki qrupda 24 saatlıq proqram üzrə xarici mütəxəssis tərəfindən aparılacaq.
“Süni intellekt savadlılığı” təlimi öncədən hazırlanmış 9 təlimçi tərəfindən keçiriləcək. 18 qrupda 360 akademik heyət 30 saatlıq, 9 qrupda 180 inzibati heyət 25 saatlıq təlimlərə cəlb ediləcəkdir.
“İnnovativ tədris metodları” proqramı isə 4 təlimçi tərəfindən hər birində 17 nəfər olmaqla, 4 qrupda ümumilikdə 68 müəllim üçün 20 saatlıq proqram əsasında keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 02 Noyabr 2026 11:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















