Icma.az
close
up
RU
Menu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Xarici ticarət: ixrac və idxal azalır

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

Nə dedikləri bilinməyən yeddi qeyb olmuş xalq: Yazıları sirlərlə doludur

Nə dedikləri bilinməyən yeddi qeyb olmuş xalq: Yazıları sirlərlə doludur

Icma.az bildirir, Turkstan.az portalına istinadən.

Arxeoloqlar və dilçilər bu günə qədər sirr olaraq qalan bir sıra qədim yazı sistemlərinin deşifrə edilməsi üzərində baş sındırırlar. Texnologiyaların inkişafına baxmayaraq, bu yazılar hələ də tam anlaşıla bilmir. Mütəxəssislər hesab edirlər ki, bu yazılar inkişaf etmiş qədim sivilizasiyalar haqqında günümüzə məlumat daşısalar da, onların yazı dili hələlik oxunaqlı deyil.

Turkustan.az xəbər verir ki, bu barədə “Deutsche Welle” yazıb.

Almaniyanın Köln Universitetinin dilçilik üzrə mütəxəssisi Svenya Bonmann bu çətinliyi belə şərh edib:

“Bu, o qədər mürəkkəb intellektual tapmacadır ki, hətta ən parlaq intellektlər belə onu həll edə bilmir. Bu yazılı mənbələr bizə çoxdan yox olmuş bir mədəniyyətlərə çıxış imkanı verir”.

Bonmannın araşdırmaları vaxtilə Meksikanın cənub sahillərində istifadə olunmuş epi-olmek yazı sisteminə yönəlib. Bəzi yazılar və simvollar erkən yazı sisteminə işarə etsə də, mətnlərin həcmi çox az, kontekst isə olduqca qeyri-müəyyəndir, bu da deşifrəni son dərəcə çətinləşdirir.

Müasir Hindistanın şimal-qərbi və Pakistan ərazilərində mövcud olmuş Hind vadisi (Xarappa) sivilizasiyasının yazısı da eyni dərəcədə sirlidir. Bu yazılar qablar və keramika parçalarında rast gəlinir, adətən çox qısa ardıcıllıqlardan ibarətdir. Onun inkişaf etmiş bir dil, yoxsa sadəcə simvol sistemi olub-olmaması hələ də müzakirə mövzusudur.

Çilinin Pasxa adasında aşkar edilmiş ronqoronqo yazı sistemi də olduqca abstraktdır. O, quşlar, insanlar və ya ornamental fiqurları təsvir edən qliflərdən ibarətdir. Bu yazılar yalnız bir neçə zədələnmiş taxta lövhədə qorunub saxlanılıb.

Mərkəzi Krit adası olan Minoy sivilizasiyası haqqında daha çox məlumat var. Amma onun üç yazı sistemindən yalnız biri - yunan dilinin erkən forması olan Linear B oxunub. Krit heroqlifləri və Linear A isə alimlər üçün hələ də müəmmadır.

Məşhur, simvollarla zəngin Festos diski XX əsrin əvvəllərində Kritdə tapılıb. Təxminən e.ə. 1700-cü ilə aid edilən bu yazı alimləri heyrətləndirsə də, bu günə qədər oxuna bilməyib.

Mərkəzi İtaliyada danışılmış etrusk dili də sirr olaraq qalır. Əlifba oxunaqlıdır, çünki yunan mənşəlidir, amma dilin özü heç bir məlum dil ailəsinə aid deyil və bu, yazıların başa düşülməsini çətinləşdirir.

Proto-elam dili isə sonradan Elam adlanan, bu günkü İran ərazisində mövcud olmuş bölgənin ən qədim yazılı və inzibati ənənəsi sayılır. Yazılar yaxşı kataloqlaşdırılsa da, lövhələr çox vaxt yalnız inzibati qeydlərə bənzəyən fraqmentlərdən ibarətdir. Bu dil də heç bir məlum dil ailəsinə aid deyil.

Nəşr vurğulayır ki, bu yazı sistemlərinin hamısında bir ümumi problem var: onların heç birində Rozetta daşı kimi ekvivalent bir açar yoxdur. Məhz Rozetta daşı üzərində eyni mətnin üç fərqli yazı formasında olması Misir heroqliflərinin oxunmasına imkan vermişdi.

“Belə bir açar olmadan simvolları səs, heca və ya sözlərlə əlaqələndirmək olduqca çətindir”, - nəşr bildirir.

Bununla belə, Bonmann qeyd edir ki, bu, qeyri-mümkün deyil, Linear B yazısının oxunması bunu sübut edib:

“İkidilli mətnlər mütləq şərt deyil, amma tarixi dövrlərlə bağlı davamlılıq lazımdır. Məsələn, toponimlər, hökmdarlar və ya tanrıların adları. Bu, o zaman mümkündür”.

Amma yalnız bir neçə çox qısa mətn olduqda bu proses son dərəcə çətinləşir, çünki qanunauyğunluqları tapmaq və fərziyyələri yoxlamaq çətin olur.

“Biz həmişə keçmişin fraqmentləri və parçaları ilə işləyirik”, - Bonmann söyləyib.

Alman elm adamına görə, dilin deşifrəsində əsas amil onun hansısa məlum dil ailəsinə aid edilə bilməsidir. Əgər belə bir əlaqə yoxdursa, səs sistemləri, strukturları və tipik qrammatik modellər də olmur ki, bunlar üzərində müqayisə aparmaq mümkün olsun./teleqraf

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:23
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 26 Dekabr 2025 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see223

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see205

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see195

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see194

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see185

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see180

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see164

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see163

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see157

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see155

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see154

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see152

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see149

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see149

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see148

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see147

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see147

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see146

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see143

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

25 Dekabr 2025 01:18see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri