Icma.az
close
up
RU
Menu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Xarici ticarət: ixrac və idxal azalır

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

Zal Yusifovun oğlunun törətdiyi əməllər: 6 nəfərdən 1 milyon 200 mini necə alıb...

Zal Yusifovun oğlunun törətdiyi əməllər: 6 nəfərdən 1 milyon 200 mini necə alıb...

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Lisenziyası ləğv edilmiş "Texnikabank” Açıq Səhmdar Cəmiyyətinin "Bakı” filialının rəhbəri olmuş Zal Yusifovun oğlu İslam Yusifov və onun yaxın dostu İlham Abbasovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrlik etdiyi prosesdə dövlət ittihamçısı Tural Yaqubov ittiham aktını elan edib.

İttihamdan məlum olur ki, İslam Yusifov 2010-cu ildə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilib, Xəzər Rayon Məhkəməsinin 2016-cı il tarixli qərarı ilə vaxtından əvvəl azadlığa buraxılıb.

Məhkumluğunu ödəməməsinə baxmayaraq o, yenidən dələduzluq edib. İlk cinayəti o, oğlu həbsxanada olan Afət Hüseynovaya qarşı törədib. Ananın 13 il azadlıqdan məhrum olunmuş oğlu Kamran Nəcəfovun həbsdən azad ediləcəyi adı ilə müxtəlif vaxtlarda, müxtəlif məbləğlərdə, ümumilikdə 70 min dollarını ələ keçirib.

Bundan başqa, Elm və Təhsil Nazirliyinin orta məktəb tikintisinə elan etdiyi tenderdə qalib gələcəyi vədi ilə tanışı Gündüz Soltanovun 308 min dollarını alıb.

İstintaq sənədlərinə görə, İslam Yusifov və dostu İlham Abbasov birlikdə zərərçəkmiş Rafael Həsənovun oğlu Həsən Həsənovu Prezident Adminstrasiyasında hüquq şöbəsinə işə düzəldəcəcəyinə dair yalan vəd verib, ondan 360 min manat alıblar.

İttihama görə, İslam Yusifov Kamran Əsgərova onun iki avtomobil və torpaq sahəsini satacağı barədə yalan vəd verib, 275 min manatını ələ keçirib.

Daha sonra digər zərərçəkmiş Hüsey Qurbanova Dubay şəhərindən "Ayfon" mobil telefonlar gətirəcəyini söyləyib və ondan aldığı 20 min manatı şəxsi ehtiyaclarına xərcləyib.

Bunlardandan əlavə, o, Rəşad Qasımova məxsus qeyri-yaşayış sahəsini satacağı ilə bağlı ona yalan vəd verib, 55 min manatını, Rafət Məmmədova məxsus evi satacağı adıyla aldadaraq 75 min manatını ələ keçirib.

İttihama münasibət bildirən İslam Yusifov özünü qismən təqsirli bilib, İlham Abbasov isə özünü təqsirli bilməyib.

Məhkəmədə elan olunub ki, istintaq orqanı tərəfindən İslam Yusifova Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq törətmək), İlham Abbasova isə Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törətmək) maddələri ilə ittiham irəli sürülüb.

Hakim bildirib ki, təqsirləndirilən şəxslərin əməli məhkəmədə sübuta yetirilsə, İslam Yusifovu 10 ildən 14 ilədək, İlham Abbasovu isə 5 ildən 10 ilədək cəza gözləyir.

İslam Yusifov zərərçəkmiş Rəfail Həsənovun epizodu üzrə sərbəst ifadə verməyə başlayıb. O bildirib ki, dostu İlham Abbasova maddi cəhətdən çətinlik çəkdiyini deyib: "İlham da mənə bildirdi ki, bir obyekt var, onu sataq, qazanc götürək. Obyektin sahibi Rəfail Həsənovun Rusiyada olduğunu, əlimyandıda obyekti satışa qoyduğunu, amma sata bilmədiyi dedi. Bununla bağlı Rəfailin oğlu Xəyalla görüşəndə obyektin banka girova qoyuluğunu öyrəndik.

Xəyala dedim ki, 150 min manatı mənə çatmaq şərti ilə bu obyekti sata bilərəm. Xəyal əvvəlcə atası ilə əlaqə saxladı, danışandan sonra razılaşdıq. Mən bankın Röyal adlı əməkdaşı ilə danışdım. Obyektin satışından əldə olunan pulla bankın borcunu da bağlayacaqdıq. Təxminən onların banka 600-700 min manat borcları vardı".

Təqsirləndirlilən şəxs qeyd edib ki, daha sonra Rəfail Həsənov və iki oğlu ilə də görüşüblər: "Həmin vaxt mənimlə borc müqaviləsi imzaladılar. Bunu obyekti satmaq üçün etdiklərini, özlərini sğörtaladıqlarını söylədilər. Müqavilədə 260 min manat borc, 100 min manat sığorta pulu göstərildi. Bildirdilər ki, mənim qarşıma 360 min manat qoyaraq videoya çəkəcəklər. Guya mən həmin pulu alarkən Rəfail Həsənovun oğlunu Prezident Adminstrasiyasında işə düzəldəcəm, iş alınmasa bir ay ərzində pulu geri qaytaracam.

Çəkilişdən sonra İlhama dedim ki, bu məsələ cinayət işi sayıla bilər, bizim videonu ora-bura verərlər. İlham da qayıtdı ki, bu kişini uzun illərdir tanıyıram, belə bir iş tutmaz. Səhəri gün dedilər ki, mənimlə bağlı çəkilən video ilə razı deyillər və İlhamın da eyni qaydada videosunu çəkdilər. Bu zaman Rəfail Həsənovun iki oğlu və qardaşı da orada idi. Hər iki videoda onlardan 360 min manat pul aldığımızı, Həsən Həsənovu aparatda işə düzəldəcəyimizi söylətdilər. Mənim qarşıma qoyulan 360 min manat həqiqi pul deyildi, saxta idi".

İslam Yusifovun ifadəsinə görə, daha sonra obyektin satılması üçün alqı-satqı işinə başlayıblar. O bildirib ki, İlham Abbasovun işi makler kimi onu obyekt sahibləri ilə tanış etmək olub.

Eyni epizod üzrə ifadə verən İlham Abbasovun sözlərinə görə, İslam Yusifovun atasını 1998-ci ildən tanıyıb. Daşınan və daşınmaz əmlakların alqı-satqısı ilə məşğul olduğunu deyən İlham Abbasov İslam Yusifovun ifadəsinə uyğun danışıb.

Daha sonra hər iki təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarını cavablandırıb.

Növbəti proses fevralın 6-da davam edəcək.

Qeyd edək ki, hər iki şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə İslam Yusifovun barəsində həbs qətimkan, İlham Abbasovun barəsində isə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Əldə etdiyimiz məlumata görə, İslam Yusifov ümilikdə 1 milyon 200 min manatdan çox dələduzluqda ittiham edilir. İlham Abbasov isə yalnız bir epizodun törədilməsində onunla iştirak edib.

İş üzrə zərərçəkmişlərin sayı 6 nəfərdir.

İslam Yusifov bundan əvvəl də məhkum olunub. O, 2008-ci ildə atasının rəhbərliyi ilə mühakiməsi aparılan dəstə üzvləri ilə birlikdə mühakimə edilib.

Xatırladaq ki, Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2010-cu il tarixli hökmü ilə Zal Yusifov Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 313, 320.2, 179.3.1 və 179.3.2-ci maddələri ilə təqsirli bilinərək, əmlakı müsadirə olunmaqla 15 il, oğlu İslam Zal oğlu Yusifov isə 12 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Zal Yusifov cəzasının sonu ilə azadlığa çıxsa da, zərərçəkmişlərə dəymiş ziyanı ödəməyib.

Bu günə kimi o, zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəmə qərarını icra etmir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:71
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 26 Dekabr 2025 18:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see225

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see217

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see206

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see200

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see196

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see187

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see184

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see176

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see164

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see163

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see157

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see155

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see154

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see153

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see149

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see148

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see148

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see147

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see143

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

25 Dekabr 2025 01:18see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri