Nə futbolçuların müqavilələri ilə bağlı məsələyə aydınlıq gəlib, nə də... Zaqatala nın baş məşqçisi
Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.
1-ci Liqa təmsilçisi "Zaqatala"da qeyri-müəyyənlik davam edir. Kluba yeni sponsor tapıldığı ilə bağlı mətbuata informasiyalar sızsa da, hələ bu yöndə heç nə dəqiqləşməyib.
Bu barədə Fanat.Az-a sözügedən komandanın baş məşqçisi Rüstəm Məmmədov məlumat verib:
"Hazırda qeyri-müəyyənlikdir, nəyin necə olacağı bilinmir. "Zaqatala"nı heç bir sponsor himayəsinə götürməyib. Klubun prezidenti Şaban Şirdanov deyir ki, danışıqlar aparılır. Ancaq dəqiqləşən nəsə yoxdur. Düzdür, məşq edirik, amma nə futbolçuların müqavilələri ilə bağlı məsələyə aydınlıq gəlib, nə də komandanın hədəfləri məlumdur. Futbolçulardan gedənlər də var, qalanlar da... Belə desəm, gözləmə mövqeyindəyik. Heç yoxlama oyunu da keçirməmişik. Əlbəttə, hədəf büdcəyə və heyətə uyğun olaraq müəyyənləşdirilir. Bizim də danışdığımız oyunçular var. Təbii ki, futbolçu hər şeydən öncə hansı hədəf uğrunda mübarizə aparan komandada hansı maaş qarşılığında oynayacağını bilməlidir".
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 21 Avqust 2025 17:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















