Icma.az
close
up
RU
Nə işıq tuneli, nə də ruhani varlıqlar gördüm Ölüb dirilən qadın

Nə işıq tuneli, nə də ruhani varlıqlar gördüm Ölüb dirilən qadın

News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2024-cü ilin fevral ayında ABŞ-nin Virciniya ştatında evində qəfil yıxılan Lauren Canaday klinik olaraq 24 dəqiqəlik ölüm vəziyyətində olub.

News24.az "Unikal"a istinadən xəbər verir ki, həyat yoldaşının ilk müdaxiləsi və təcili tibbi heyətin dörd dəfə elektrik şoku tətbiq etməsi sayəsində ürəyi yenidən işə düşən Canaday, bu inanılmaz təcrübədən sonra heç bir zərər görmədən həyata qayıdıb.

Xəstəxanaya yerləşdirildikdə COVID testi müsbət çıxan Laurenin ürəyinin dayanmasına səbəb miyokardit (ürək əzələsinin iltihabı) olduğu müəyyən edilib. Beyninin 24 dəqiqə oksigensiz qalmasına baxmayaraq, yalnız doqquz gün sonra heç bir koqnitiv zərər olmadan xəstəxanadan çıxması həkimləri və elmi ictimaiyyəti heyrətləndirib.

Ölümdən dönmə təcrübəsi yaşayanların çoxunun əksinə Lauren Canaday heç bir “işıq tuneli” və ya ruhani varlıqlar görmədiyini bildirib. Qadın sosial mediada paylaşdığı təcrübəsini belə təsvir edir:

“Bir tunel və ya işıq görmədim, amma xoş bir rahatlama hissi ilə dolmuşdum və özümü yaxşı hiss edirdim. Bu, sakit bir an idi. Artıq ölümdən qorxmuram". 

Bu təcrübədən sonra həyatını “ikinci həyat” kimi qəbul edən Lauren işini tərk edib “Independence Ave” adlı kitab nəşr etdirib. O, vaxtını təbiət gəzintilərinə, meditasiya və yaxınlarına ayırmağa başlayıb. Uğur və status kimi anlayışların onun üçün önəmsizləşdiyini bildirir. 

Həkimlərin sözlərinə görə, qadın elmdə “Lazarus effekti” və ya “otoresüsitasyon” (öz-özünə canlanma) adlanan nadir ölüm halı keçirib.  Bu, klinik olaraq ölü elan edilmiş şəxsin bir neçə dəqiqə sonra təbii olaraq həyatı bərpa etməsidir. 1982-2018 arasında belə 65 hal sənədləşdirilsə də, yalnız 18 nəfər Lauren kimi heç bir daimi zərər görmədən sağ qala bilib.

Ürəyin dayanması ilə bədəndə oksigensiz qalmış beyin, böyrək və sinir sistemi ciddi zədələnə bilər. Lauren-in heç bir koqnitiv zərər olmadan sağ qalması tibbi mütəxəssislər tərəfindən “tibbi möcüzə” kimi qiymətləndirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://news24.az
archiveBu xəbər 25 İyul 2025 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see393

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see378

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see309

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see308

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see302

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see229

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see227

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see209

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see205

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see186

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see182

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see177

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see171

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see167

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see167

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri