Icma.az
close
up
RU
“Nə Tramp, nə də Zelenski bizim verdiyimiz ağıllı məsləhətlərdən qətiyyən yararlanan deyil”

“Nə Tramp, nə də Zelenski bizim verdiyimiz ağıllı məsləhətlərdən qətiyyən yararlanan deyil”

Icma.az xəbər verir, Pravda.az saytına əsaslanaraq.

“Sosial şəbəkənin Azərbaycan seqmentində ABŞ-Ukrayna münasibətləri üzərindən xeyli təhlillər aparılır. Duyğusal olaraq Zelenskinin davranışlarına haqq qazandırmaq da anlaşılandır, siyasət olaraq ABŞın etdiklərinə də. Hər bir halda həm Ukrayna, həm də ABŞ öz mənfəətləri üçün mübarizə aparırlar və kənardan məsləhətçilərin böyük əksəriyyəti məsələnin pərdə arxasından xəbərsiz mövzunun peşəkar mütəxəssisləri kimi fikir və mülahizələrini ətrafa dağıdırlar”.

Bu fikirlər Milli Məclisin komitə sədri, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafaya məxsusdur. Millət vəkili hesab edir ki, Azərbaycan insanı olaraq bizi bu proseslərdən daha da vacib olan Türkiyədəki terror problemi ilə bağlı son irəliləyişlər maraqlandırmalıdır: “Həqiqətən inanılmaz bir yeni dövrün başladığını söyləmək mümkündür. PKK terror təşkilatının rəhbəri Öcalan həbsxanadan bu terror təşkilatının buraxılmasını və silahlarını yerə qoymasını təklif etdi, əsas kürd siyasi və ictimai gücləri bu çağırışa dəstək verdi. Terrorun əsas qalası sayılan Qandildən gələn açıqlamalar da bu çağırışı dəstəkləyən xarakterdə idi. Bir müddət öncə MHP başqanının Öcalana terror təşkilatının buraxılmasına münasibət bildirməsi barədə çağırışı öz hədəfinə yetişdi. Bu proses uğurla davam edərsə və yekunlaşarsa, qardaş Türkiyəmiz artıq bütün resurslarını terrorla mübarizəyə deyil, bölgənin daha güclü dövlətinə çevrilməsinə yönəldə biləcəkdir. Bu isə bölgədə Azərbaycanın gücünün daha da böyüməsi deməkdir. Bir iki günə Tramp - AB - Ukrayna məsələsinə bu və ya digər formada aydınlıq gələcək, bizi daha çox Türkiyədə terror təşkilatının özünü buraxması və silahı yerə qoyması, Ermənistandakı siyasi vəziyyətdə olan dəyişikliklər, Zəngəzur dəhlizi, Türkiyə-Ermənistan arasında münasibətlər, Azərbaycan-Rusiya və Azərbaycan-İran münasibətlərinin yeni çalarları maraqlandırır”.

F.Mustafa yekunda özünəməxsus şəkildə vurğulayıb ki,  yəni nə Tramp, nə də Zelenski bizim verdiyimiz ağıllı məsləhətlərdən qətiyyən yararlanan deyil: “Hələ Putini demirən, onun ümumiyyətlə məsləhətə ehtiyacı yoxdur. Bizim iradəmizdən kənarda baş verəcək hadisələrə təsir göstərmək imkanımız yoxdursa, düşüncə və enerjimizi yaxın gələcəkdə bizi gözləyən sürprizlərə dair proqnozlaşdırmağa yönəltsək daha doğru olmazmı?”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://pravda.az
archiveBu xəbər 02 Mart 2025 07:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see140

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see136

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see132

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see132

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see130

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see125

Bu beş bürc iyunda çətin sınaqdan keçəcək

03 İyun 2025 00:08see121

RUSİYA BİR GÜNDƏ NƏ QƏDƏR İTİRDİ? Məhv edilən təyyarılərin qiymətləri

02 İyun 2025 15:22see121

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see119

Avtobus zolağının ətrafında qəza baş verərsə sürücülər nə etməlidir? VİDEO KONKRET

02 İyun 2025 23:52see118

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see118

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see117

Ata telefonu açaraq oğlunun Qatilini Tapdı

02 İyun 2025 23:28see117

Puqaçovanın evi ilə bağlı müəmma Elan yoxa çıxdı...

02 İyun 2025 13:19see116

Rusiya vapların satışına tam qadağa qoymağa çağırır...

02 İyun 2025 22:55see116

Yeni dərs ilində məktəb formaları dəyişəcək? RƏSMİ

02 İyun 2025 14:52see115

Amerikalı aktyor güllələnərək öldürüldü

03 İyun 2025 01:26see114

Xaricdən gətirilmiş ət ilə daxildə satılan ət arasında əsas fərqlər yalnız kimyəvi tərkib baxımından ola bilər AÇIQLAMA

02 İyun 2025 22:30see114

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see114

Yaponiyada isti havada əməkdaşlarına müdafiə təmin edə bilməyən şirkətlər cərimələnəcək

03 İyun 2025 03:07see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri