Icma.az
close
up
RU
Nə Tramp sülh istəyir, nə də Aİ: Planların əsl məqsədi...

Nə Tramp sülh istəyir, nə də Aİ: Planların əsl məqsədi...

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Bir neçə gün öncə Avropa İttifaqının Ukrayna münaqişəsinin həlli üzrə hazırladığı 24 maddəlik plan açıqlanıb. Plan ABŞ Prezidenti Donald Trampın təklifinə cavab olaraq hazırlanıb.

Sənədə əsasən, məqsəd regionda davamlı və ədalətli sülhün təmin edilməsidir. Sənəddə Ukraynanın Avropa İttifaqına üzv olması, tərəflər arasında təhlükəsizliyin tam təmin olunması, hərbi əsirlərin dəyişdirilməsi, tərəflərin hərtərəfli atəşkəsə razılaşması, ABŞ və Avropa ölkələrinin iştirakı ilə atəşkəsin monitorinqinin texniki icrası üzrə danışıqlara dərhal başlanması və s. bəndlər yer alıb.

Rusiya və Ukrayna bu sülh planını qəbul edəcəkmi? Əks halda proseslər necə cərəyan edəcək?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Çingiz Şahbazi bildirib ki, əslində Avropa İttifaqının hazırladığı 24 bəndlik plan, Tramp(Putin) planına alternativ olaraq hazırlanıb.

Onun sözlərinə görə, burada  məqsəd heç də tərəflər arasında sülh yaratmaq və yaxud da bu istiqamətdə nəsə nəticə əldə etmək deyil. Müsahibimiz hesab edir ki, əsl məqsəd planın Rusiya tərəfindən qəbul edilməməsini təmin etməkdir və belə olan təqdirdə münaqişəsinin davam etməsini saxlamaq imkanı əldə ediləcək:

"ABŞ-nin hazırladığı 28 bəndlik Tramp planının ardınca, Avropa İttifaqının da münaqişə ilə bağlı 24 bəndlik sülh planı açıqlanıb. Ukrayna tərəfi Tramp planını Ukrayna üçün "kapitulyasiya" adlandırıb. Rusiya Xarici İşlər Nazirliyinin mətbuat sözçüsü Mariya Zaxarova isə Avropa İttifaqının hazırladığı 24 maddəlik planı "ultimatum" olaraq qiymətləndirib. Avropa İttifaqı müharibənin davam etməsinin tərəfdarıdır. Tramp planının tərkibində də eynilə Avropa İttifaqı planına bənzər siyasi elementləri görməmək mümkün deyil”.

Çingiz Şahbazi: Rusiya Ukraynanın ərazilərini, ABŞ isə iradəsini işğal altında saxlamaqdav davam edir

Dediyinə görə, bu baxımından istər Tramp planı, istərsə də Avropa İttifaqı liderlərinin hazırladığı sənəd Rusiya və Ukrayna arasında danışıqlar masasının qurulmasına xidmət etmək kimi görünsə də, əslində  hər iki tərəfin təkliflər planının tərkibində münaqişə tərəflərin danışıqlar masasına oturmasına mane olmaq dayanır.

Politoloq qeyd edib ki, bu məsələdə Avropa İttifaqının öz maraqları Ukraynanın maraqlarından daha çox öndədir. Prezident Tramp üçün isə ABŞ-nin maraqları Avropa İttifaqının maraqlarının üstündə yer alır. Bu baxımdan əslində heç bir sülh danışıqları və yaxud da razılaşması münaqişə tərəflərinin razılığı olmadan baş verməməsi lazımdır. Bunu Ukraynaya şamil etmək nədənsə çox çətindir.

Ç.Şahbazi vurğulayıb ki, Rusiya Ukraynanın ərazilərini, ABŞ isə iradəsini işğal altında saxlamaqdav davam edir. Dediyinə görə, Qərbin təşvişi qismən Ukraynanın tələblərinə cavab versə də, Qərb özünün təhlükəsizliyi ilə bağlı daha çox narahatçılıq keçirir:

“Bütün bunlara baxmayaraq, Avropa İttifaqı liderlərinin təqdim etdikləri 24 bəndlik plan daha çox münaqişənin həlli istiqamətində nəticə əldə olunmasını saxlaya bilər kimi görünür. Əlbəttə ki, bu planın Rusiya tərəfindən qəbul edilməsi üçün ABŞ çox şey edə bilər və Amerikanın bu istiqamətdə  imkanları böyükdür".

Həmsöhbətimiz onu da bildirib ki, ABŞ tərəfindən real sülh uğrunda danışıqlar masası qurmaq, atəşkəsin əldə olunması haqda danışmaq və digər proseslərin baş verməsi hələ çox uzaqdadır. Bu istiqamətdə görünən odur ki, nəbz yoxlamaları hələ bir müddət davam edəcək.

Gülşən Şərif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:240
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 26 Noyabr 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri