Icma.az
close
up
RU
Nə üçün ənənəvi ticarət uduzur? AÇIQLAMA

Nə üçün ənənəvi ticarət uduzur? AÇIQLAMA

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün dünyada onlayn ticarətin həcmi sürətlə artmaqdadır. İnsanlar evində oturub dünyanın istənilən ölkəsində satılan malı internet üzərindən sifariş verərək gətizdirir. Məlumata görə, hazırda dünyada onlayn ticarətin həcminə görə ABŞ, Çin, İngiltərə, Yaponiya, Almaniya kimi ölkələr ön sıralardadır. Son dövrlər Azərbaycanda da onlayn ticarətə maraq artmaqdadır.

Onlayn ticarətin iqtisadiyyata təsirləri barədə danışan iqtisadçı Xalid Kərimli qeyd edir ki, onlayn ticarətin inkişafı bazar iqtisadiyyatına müsbət təsir göstərir:

“Onlayn ticarətin inkişafı insanlar üçün əlavə üstünlüklər yaradır və ənənəvi ticarətin inkişafdan qalmasına səbəb olub. Onlayın ticarətdə  seçim azadlığı olduğundan insanlar  rahatlıqla istədiyini əldə bilir və vətəndaşın  sərfəli məhsul almasına şərait yaradır. Onlayn ticarət həm də  onlayn ödənişləri təbliğ edir. Sözügedən ticarətin inkişafı  ölkə iqtisadiyyatının inkişafına səbəb olur”.

 İqtisadçının sözlərinə görə, vətəndaşlar onlayn ticarət vasitəsilə sifariş etdikləri 300 ABŞ dollarına qədər məhsulları vergisiz gətirmək hüququna malikdirlər:

“Bu, vətəndaş üçün rahatlıq yaratsa da, ənənəvi ticarətlə müqayisədə ciddi disbalansa səbəb olur. Mağazalar  məhsulları ticarət məqsədilə ölkəyə gətirərkən gömrük rüsumları ödəyirlər. Bu isə ənənəvi ticarətlə məşğul olan sahibkarların xərclərini artırır və rəqabətdə onları daha zəif mövqeyə salır. Ya ənənəvi ticarət də vergidən azad olunmalıdır  və yaxud onlayn ticarətin güzəşti ləğv edilməlidir. Əks halda, bu vəziyyət haqsız rəqabət mühiti yaradır və ənənəvi ticarət sektorunu zəiflədərək iş yerlərinin azalmasına səbəb ola bilər. Doğrudan da onlayn ticarətə hökumət güzəşt edir, amma ənənəvi ticarətə güzəşt yoxdur. Onlayn ticarət  xərclərin nisbətən az olması, müştərinin rahatlıqla seçim etməsi kimi üstünlüklərə malikdir. Bununla belə, ənənəvi ticarətdə məhsulun ölçüsü, keyfiyyəti və görünüşü ilə əyani tanış olmaq imkanı müştərilər üçün əvəzolunmaz üstünlükdür. Bu fərqliliklər hər iki ticarət növünü fərqli sahələrdə üstün edir. İqtisadi inkişafın davamlılığı və ticarət mühitinin sağlam saxlanılması üçün hökumət tərəfindən balanslaşdırılmış vergi siyasəti həyata keçirilməlidir. Bu, həm sahibkarların, həm də müştərilərin maraqlarına xidmət edəcək və iqtisadiyyatda daha güclü rəqabət mühiti formalaşdıracaq”.

Mehin Mehmanqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://moderator.az
archiveBu xəbər 13 Dekabr 2024 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see323

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see259

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see246

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see246

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see242

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see234

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see233

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see229

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see226

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see221

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see218

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see216

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see208

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see207

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see204

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see204

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see188

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see182

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see180

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri