Icma.az
close
up
RU
Nə üçün səhər yeməyi bu qədər vacibdir? Diyetoloqun izahı

Nə üçün səhər yeməyi bu qədər vacibdir? Diyetoloqun izahı

Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Alimlər səhər yeməyinin vacibliyini xüsusi vurğulayırlar.

Həkimlər və dietoloqlar ortaq bir fikirlə qənaətə gəliblər ki, səhər yeməyindən heç bir halda imtina etmək olmaz, çünki səhər yeməyi orqanizmə çox xeyirlidir. Elə atalarımız da səhər yeməyinin insan orqanizmi üçün faydalı olduğunu tövsiyə edib: "Səhər yeməyini bərkit, günortanı ləngit, axşamı isə tərgit".

Bütün bunlara rəğmən bir çoxları səhər qida qəbulundan imtina edirlər. Bunun müxtəlif səbəbləri var. Başlıca səbəblərdən biri iştahasızlıqdır ki, bu zaman insan balaca bir tikəni belə udmağa özünü məcbur edə bilmir. Bəziləri hətta səhər hiss olunan ürək bulantılarından da şikayət edirlər. Bu da insanı yemək fikrindən daşındırır.

Milli.az xəbər verir ki, mütəxəssislərin fikrincə, iştahasızlıqla yanaşı ürək bulantıları varsa, həkim müayinəsindən keçmək mütləqdir. Bu simptomlar qastrit, öd kisəsi problemləri kimi bir sıra mədə-bağırsaq xəstəliklərinə səbəb ola bilər. Belə olduqda terapevt və ya qastroenteroloq və USM müayinələrindən keçmək, eləcə də qanın bio-kimyəvi tərkibini yoxlamaq lazımdır. Ürək bulantılarının ağızda acı tamla müşahidə edilməsi öd kisəsi, turşuluq, yanma hissi isə mədə problemlərinə işarədir.

Bu səbəblərdən biri də gecə ödün və ya mədə şirəsinin mədəyə və ya qida borusuna axması ilə bağlı ola bilər.

Dietoloq Nərgiz Nəzərova da səhərlər qida qəbul etməyin insan sağlamlığına və həyat tərzinə ciddi şəkildə təsiri olduğunu deyib. Onun sözlərinə görə, insanların səhər yeməyindən imtina etməsi sadəcə iştahsızlıq və ürəkbulanma ilə əlaqəli deyil: "Bəzi insanlar formada qalmaq üçün səhər qida qəbul etmək istəmir.

Halbuki bu yanaşma qətiyyən həqiqətə uyğun deyil. Çünki səhər yeməyi yeməmək metabolizmi işə salmamaq deməkdir. Gün ərzində qidalar vasitəsilə enerji depolamalıyıq ki, iş fəaliyyətində həmin enerjini sərf edək. Bu enerjinin başlıca qaynağı elə səhər yeməyidir. İnsan orqanizmi qidalardan özünümüdafiə bacarığı üçün lazım olan maddələr alır ki, bu maddələr insanı xəstəliklərə, viruslara, iltihabi xəstəliklər törədən bakteriyalara qarşı qoruyur. Tərkibində "B" və "C" qrupu olan qidalar bu xəstəliklərə qarşı ən yaxşı müdafiə vasitəsidir".

Həkimin sözlərinə görə, insanların səhər yeməyindən imtina etməsinin digər səbəbi tənbəlliklə bağlıdır. Onlar zamanlarının çox hissəsini yatmağa və işləməyə sərf edir, buna görə də düzgün və rejimlə qidalanmağa zaman ayırmırlar: "Vaxtının az olması səbəbilə də insanlar yüngül və tez hazırlanan, yaxud da hazır formada olan qidalara üstünlük verirlər. Bu cür qidalar isə heç də sağlam qida hesab edilmir". Dietoloqun dediyinə görə, günümüzdə çox sürətlə yayılan və bir çox müalicəsiz xəstəliklərə səbəb olan piylənmə xəstəliyinin qarşısını almaq üçün mütləq və mütləq səhər yeməyi yeyilməlidir".

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see292

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see280

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see250

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see225

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see223

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see220

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see214

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see210

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see210

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see200

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see190

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see187

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see186

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see186

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see184

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see183

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see180

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see180

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri