Icma.az
close
up
RU
Nə yatdı ki, nə yuxu görə...

Nə yatdı ki, nə yuxu görə...

Icma.az bildirir, Qol.az portalına istinadən.

Atıb abrı-həyanı mən yaxına gələrək,
qucdum ağcaqayını özgənin arvadı tək 

Rusiyanın ölməz şairi Sergey Yeseninin bu misraları  Şukşinin sözü olmasın, adamı spirt kimi yandırır. Yandırmır ey, lap cızdağını çıxarır. Yeseninin bu misralarının mənim yazacağıma bəlkə də o qədər də dəxli yoxdur, amma yazıram da.

AFFA-nın atıb abrı-həyanı əcnəbi məşqçiləri gətirib Azərbaycan çempionatına doldurmağını, onlara sevgisini başa düşə bilmirəm. 

"Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadovu çıxartdılar, yerinə də yenə bir xarici məşqçi gətirmək istəyirlər. Adı deyəsən, Baqadı. Bu məşqçi əvvəllər də «Sumqayıt»a rəhbərlik edib, amma heç bir nailiyyət qazanmayıb, əksinə, Baqa «Sumqayıt»ı baqaja qoyub.

Deyək ki, Vaqif Cavadov istəyinə nail ola bilmədi, axı nə yatdı ki, nə yuxu görə. Ona bir az möhlət vermək lazımdı, vaxt vermək lazımdı komandanı özü formalaşdıra bilsin. Öz taktika və strategiyasını  futbolçulara mənimsədə bilsin. 

Qurban Qurbanov «Qarabağ»a gələn kimi güllük-gülüstanlıq yarada bilmədi axı, iki-üç il komandanı formalaşdırdı. İndi təkcə Azərbaycan  çempionatında yox, Avropada da meydan sulayır. 

Bir futbol mövsümündə «Səbail»in baş məşqçisini  üç dəfə dəyişdilər. Şahin Diniyev kimi bir mütəxəssisə dedilər ki, gedə bilərsən. Nə oldu, «Səbail» yüksək liqadan düşdü və «Qəbələ», «Şamaxı» kimi yenidən özünü toparlayıb yüksək liqaya qayıdacağına da  heç kimin ümidi yoxdur. Bu komandanın taleyi sual altındadır. Üç-dörd babat futbolçusunu da yəqin ki, başqa klublar oğurlayıb aparacaq. 

Azər Bağırov «Kəpəz»i hansı vəziyyətdə götürdü və qarşıya qoyduğu məqsədə də nail oldu, komandanı yüksək liqada saxladı. Ön cərgədə olmasa da komanda gözəl, ağıllı oyunları ilə hamını həm təəccübləndirdi, həm də sevindirdi. 

İndi deyirlər ki, Azər Bağırovu da yola salıb  yerinə əcnəbi məşqçi gətirmək istəyirlər. 

Yadınıza düşürsə, bir ara söhbət gəzirdi ki, hakimləri də xaricdən dəvət eləsinlər. Bu lap biabırçılıq idi, yaxşı ki, baş tutmadı. 

İndi belə getsə qorxuram ki, AFFA-nın prezidentini də, baş katibini də xaricdən gətirələr. 

Atıb abrı-həyanı mən yaxına gələrək, 
Qucdum əcnəbi məşqçini gözümün işığı tək.

Və futbolumuzu kor qoydum!

Aqil Abbas

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://qol.az
archiveBu xəbər 14 May 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see261

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see260

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see239

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see230

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see228

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see222

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see218

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see218

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see216

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see204

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see200

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see196

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see190

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see185

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see182

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see180

Çox çəki atan kouçdan bədən şəkilləndirmə etirafı VİDEO

02 Oktyabr 2026 19:56see174

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see170

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see169

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri