Icma.az
close
up
RU
Aslan Kərimov: “Vaqif Cavadov nə yatdı ki, nə yuxu görsün?!” İdman və Biz

Aslan Kərimov: “Vaqif Cavadov nə yatdı ki, nə yuxu görsün?!” İdman və Biz

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

“Məşqçilik elə bir peşədir ki, burda sərhədləri aşıb keçməlisən. Bu, müxtəlif peşələrin toplusudur. Məşqçi bir psixoloq, müəllim, həkim kimi peşələri özündə birləşdirir”.

Buna İdman.bizə Azərbaycan millisinin sabiq futbolçusu Aslan Kərimov deyib.

Veteran futbolçu Vaqif Cavadovun “Sumqayıt”da ilk 3 oyununu dəyərləndirib. O, Misli Premyer Liqasının XII turunda “Sumqayıt”ın “Sabah”ı 1:0 hesabı ilə məğlub etdiyi matçı şərh edərək bildirib ki, yığmanın sabiq futbolçusunun ilkin addımlarında doğru strategiya seçdiyi görünür: “Sabah”a qarşı matçda komandasının gücünün hansı səviyyədə olduğunu düzgün təsbit etmişdi. Göründüyü qədər də, öz yarımmeydançasından müdafiəni qurmağa başladılar ki, bunun da səbəbi bu rəqibə qarşı açıq futbol oynamağın düzgün olmadığını bilməsi idi. Kompakt müdafiənin sayəsində rəqibə qol imkanları vermədilər. Özləri də standart vəziyyətdən fərqləndilər. Bu, Cavadov üçün atılan doğru addım idi. Bu cür oyunlar onu qarşıda çox gözləyir”.
Kərimovun sözlərinə görə, Cavadovun hazırkı vəziyyətdə təcrübəyə ehtiyacı var: “O, mübarizəni sevən, bundan qorxmayan xarakterə malikdir. Bu da məşqçilik üçün çox vacib bir aspektdir. Stresslə bağlı dayanıqlı olmalıdır. Bəzən haqlı və ya haqsız məşqçiləri tənqid edirlər. Vaqifin nə qədər stressə davamlı olduğunu hələlik bilmirik. Bunlar məğlubiyyətlər olanda, iş qaydasında getməyəndə üzə çıxır. Necə deyərlər, nə yatdı ki, nə yuxu görsün?!. Cavadov indi məşqçiliyə başlayıb. Bundan sonra onun qarşısında uzun yol var. Düşünürəm ki, onun məşqçiliyini dəyərləndirmək üçün bəlli bir zaman keçməlidir”.

O, Şahin Diniyevin “Səbail”dən istefasına da münasibət bildirib: “Səbail” kiçik büdcə baxımından nəyəsə nail olmaq istəyirdi. Oyun baxımından da “Kəpəz”dən geri qalmırdılar, hətta üstələyirdilər. Qələbə qazana bilərdilər. Sonda yenə idman xoşbəxtliyi bölgə təmsilçisi tərəfdə oldu. Əvvəlki mövsümlərdə də “dənizçilər”in yüksək yerlər uğrunda mübarizə aparacağını eşidirdik. Amma sonradan Şahin Diniyevin sayəsində onların Misli Premyer Liqasında qaldığını gördük. Bəzən biz məşqçilərə memar, qurucu deyirik. Amma istənilən bir memar qurduğu istehkamın daşı qədər güclüdür. Diniyevi çox qınaya bilmirəm. Amma özündə güc tapıb istefa verməsini məşqçilik üçün normal hal sayıram”.

Qeyd edək ki, Vaqif Cavadov “Sumqayıt”la 3 oyundan ikinsində qələbə qazanıb.

Emin Ağa
İdamn.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 04 Noyabr 2024 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see139

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri