Icma.az
close
up
RU
Neapolda qara gecə: “Qarabağ” dastanı bitdi?

Neapolda qara gecə: “Qarabağ” dastanı bitdi?

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Bəli, “Qarabağ” Neapoldan məğlubiyyətlə döndü. Halbuki mümkün 1 xal Azərbaycan çempionunu hədəfinə çox yaxınlaşdıracaq, Çempionlar Liqasında ilk 24 komanda arasına düşməyi asanlaşdıracaqdı. Amma olmadı. “Qarabağ”ın indi qalan iki ev oyunundan ən azı birində qalib gəlməkdən başqa yolu yoxdu ki, xalını 10-a çatdırsın və taleyin (turnir cədvəlinin) mərhəmətinə bel bağlasın.

Yaxşı dünən Neapolda nə oldu və bundan sonra nə olacağına ümid edək? Ümumiyyətlə, “Qarabağ” dastanı bitdimi?
Bəribaşdan razılaşaq ki, liqa mərhələsinin püşkü atılanda “Napoli”dən səfərdə xal alacağımıza ümid etmirdik, “Napoli” Avropanın “böyük beşlik” ölkələrindən birinin çempionudu, “Qarabağ” gözəlim Azərbaycanın. Sadəcə, ilk 4 oyunda qeydə alınan nəticələr, 7 xal, “Napoli”nin bir çox oyunçusunun zədəli və cəzalı olması istər-istəməz adamı həvəsləndirir, iştahını artırırdı.
Dünən gecədən oyunun qırılma nöqtələrini axtarmağa çalışıram, bu yöndə vurnuxuram, bəzi dostlar kimi hər şeyi bəxt(sizliy)in ayağına yazmaq da keçir ağlımdan. Məsələn, Medianın indiyə qədər topun təsirindən özündən getdiyini və ya Yankoviçin avtoqolunu görmüşdüz? Sonra da düşünürəm ki, həmin bəxt penalti epizodunda “Qarabağ”ın da üzünə güldü axı, Koxalski Höylunnun zərbəsini inanılmaz şəkildə qaytardı. Sakitcə bir neçə əsas məqama nəzərə salaq.
Qurban Qurbanovun Kadinin mövqeyinə Zubiri çəkmək, Zubirin ənənəvi sol cinahında Addaini oynatmaq gedişi effekt vermədi. Bütün qəhrəmanlıqlarına və qeyri-adiliklərinə rəğmən, Addai Zubir deyil, Cəfərquliyevlə Abdulla bir-birini gözüyumulu başa düşürdülərsə, dünən bunu görmədik. Yaxşı, Qurban bəy belə gediş etmişdisə, heç olmasa, iş-işdən keçəndən, 70-ci dəqiqədən sonra Montieli Kadinin mövqeyinə buraxıb Zubiri cinaha çəkə, kəsəsi, Montielə bir neçə dəqiqə şans verə bilərdi.
İkinci məqam kimi “Qarabağ”ın “Napoli”nin 2-ci hissənin əvvəlindəki – 45-60-cı dəqiqələr aralığındakı təzyiqinə hazır olmamasını vurğulayardım. Bəlkə də futbolçularımız gücünü düz bölə bilmədi, həmin zaman kəsiyində yorğunluq özünü göstərdi, bəlkə də Medinanın durumu onları ruhdan saldı, amma gerçəklik budu ki, itib-batan Andradeyə hədsiz çox səhvə yol verən, əvvəl penaltiyə, sonra avtoqola səbəbkar olan Yankoviç də qoşulunca işlər cızığından çıxdı. Özünə gələ bilməyən Medina meydandan çıxandan sonra Bəhlul müdafiənin mərkəzində özünü əvvəlki kimi inamlı hiss etmədi və ilk qol gəldi. Adətən, penalti qola çevrilməyəndə belə cəzalanan komanda ruh yüksəkliyi, özünəinam qazanır. Məntiqlə “Qarabağ”ın oyunçuları Koxalskinin şücaətindən ilham almalıydı, bizdə isə əksinə oldu.
Vurğulamaq istədiyim növbəti məqamla razılaşa və ya razılaşmaya bilərsiz. Mənə elə gəlir ki, dünən səfərdən xalla dönə biləcəyinə ilk növbədə “Qarabağ”ın öz oyunçuları inanmırdılar. Bakıdakı – “Çelsi” ilə oyundakı rahatlıq, özünəinam, sərbəstlik, cəsarət, bir sözlə, uğuru şərtləndirən keyfiyyətlər və özəlliklər yox idi. Əvvəlki yazılarımın birində də qeyd etmişdim: “Qarabağ” 24 komanda arasına düşmək istəyirsə, ilk növbədə özünə, öz cəsarətinə qalib gəlməlidi, qələbəyə inanmalıdı. Yoxsa bizi bundan sonra ancaq məyusluqlar gözləyir.
Məyusluqlar demişkən, bəzən hətta “Qarabağ” üçün bu mövsüm ÇL macərası bitdi” kimi bədbin fikirlərə də rast gəlirəm. Halbuki 7 xalı olan “Qarabağ” bu gün 9 xala malik “Qalatasaray”la müqayisədə daha üstün durumdadı. “Cim-Bom”u son üç turda “Monako” və “Mançester Siti” ilə səfər, “Atletiko” ilə ev oyunu gözləyir. “Qarabağ” isə ardıcıl iki ev oyununda əvvəlcə aşkar autsayder “Ayaks”ı, ardından ideal durumda olmayan “Ayntraxt”ı qəbul edəcək. Bu oyunların birini qazan, hara istəyirsən get də, qardaşım. Odu ki, bu dastan bitmədi. Səhv etmirəmsə, bu, Fatih Terimin sözüdü: biz bitdi demədən bitməz. Yəni “Qarabağ” bitdi deməyib, biz də QARA BAĞLAMAYAQ!
HUŞƏNG

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 26 Noyabr 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see452

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see280

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see278

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see265

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see257

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see251

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see250

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see235

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see233

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see221

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see220

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see220

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see218

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see218

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see217

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see211

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see207

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see201

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri