Icma.az
close
up
RU
Necə çətinmiş ayrılıqlara inanmaq!..

Necə çətinmiş ayrılıqlara inanmaq!..

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Şəfəq ƏLİBƏYLİ

"Yer ki, insanındır, insan Yerindir". Bu misra Əlibala Hacızadənin 70 illiyində Zamin Ağəli oğlunun ona hədiyyə etdiyi şeirdəndir. Bəli, Yer adlanan bu kürənin sakinləri bizik.Yer bizimdir, biz də onun. Nə vaxtsa hamımız onun zərrəsinə çevrilirik, ona qovuşuruq. Əlibala müəllim həzin bir payız axşamı - 8 oktyabrda Vətən torpağına, əbədiyyətə qovuşdu.

Onun dünyamızdan köçməsi xəbərini eşidəndə, qulağımda özünün bu misraları səslənmişdi:

Ayrılıq var, sonu şirin vüsaldır,

ayrılıq var, sonu yoxmuş, ay aman!"

Ayrılıqlara inanmaq nə qədər çətinmiş?!

Uzun illər idi ki, AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda onunla eyni şöbədə işləyirdik. Onu axtaran çox olurdu. Şöbədə hamımız "Əlibala Hacızadə harada oturur?", "Əlibala müəllimi nə vaxt görmək olar?","Əlibala müəllimin telefon nömrəsini verə bilərsiz?" - suallarına adət etmişdik. İnana bilmirdik ki, bir də bu sualları eşitməyəcəyik, şöbəyə yönələn oxucu axınının şahidi olmayacağıq. Bizə elə gəlirdi ki, zaman ötəcək, bizim tanıdığımız dünya dəyişəcək, amma bu axın isə öz axarına davam edəcək. Əfsus ki, dünyamızda başlanğıc və son var.     

Amma sonu olmayan ayrılıqdan şikayət edən Əlibala Hacızadənin yaradıcılığına olan məhəbbətin, bir insan kimi ona olan səmimiyyətin sonu yoxdur. Onu uzun illərdir ki, oxuyurlar, böyük maraqla, böyük sevgi ilə... Hər kitabını açanda üzümüzə sanki bir qapı açılır. Kimlər, nələr, hansı olaylar durmur ki o qapının arxasında? İllər ötsə də, Əlibala müəllimin sənət qapısı daima açılmaqdadır.

Onunla birgə işlədiyim illəri xatırlayıram. Əlibala müəllimin yazı masası otağın yuxarı başında, qapı ilə üzbəüz idi. Masasının üstündə mavi gözlü, sarışın bir uşaq şəkli vardı. Özünün uşaqlıq şəkli idi. Sanki üzü təbəssümlü bu şirin uşaq Əlibala müəllimin yanına gələn hər kəsi salamlayırdı. Müxtəlif yaşlı, müxtəlif zövqlü, müxtəlif xislətli insanlar gəlirdilər onun yanına. Amma bu müxtəlif adamları bir məqam birləşdirirdi - Əlibala Hacızadə yaradıcılığına sonsuz məhəbbət.

Əlibala müəllim onların hər birini səbirlə, müdrikliklə dinləyib, yola salırdı. Gələnlər, sanki onun səmimiyyətindən, bəşər sevgisindən bir pay aparırdılar. Bəzən isə ayağa qalxıb, gələnləri pilləkənin başına qədər ötürürdü. Bu da Əlibala müəllimin sadəliyindən, oxuculara, insanlara olan sevgisindən xəbər verən bir məqam idi.

Azərbaycanın elə bir bölgəsi yox idi ki, qələmini sınayan gənclər ona müraciət etməmiş olsunlar. Əlibala müəllim onların yazılarını diqqətlə oxuyur, hər birinə qayğı ilə yanaşırdı. Bəzən də bu qayğı gənc yazarın ilk kitabının ön sözünə çevrilərdi. Bir vaxt "Tanınmışlar" verilişinin qonağı olarkən, ona sual vermişdilər ki, niyə sizi hamı çox istəyir? Cavabında demişdi: "Çünki mən hamını çox istəyirəm". Daha sonrakı "Sonuncu şeir kitabınızın adı "Mənim yazıq ürəyim" adlanır. Sizin ürəyinizi nə yazıq elədi?" sualına olan cavabı da bunu bir daha təsdiqləyirdi. Bu sualı belə cavablandırmışdı: "Tək özümün dərdini çəkməmək. Ölənlə öldüm, sevənlə sevdim, ac qalanla ac qaldım".

"Sevənlə sevdim" deyən Əlibala müəllim, özü də sevilənlərdən idi. Həm yazar kimi, həm ailə başçısı kimi, həm insan, həm dost, həm də bir gözəllik aşiqi kimi. Cəvahirləl Nerunun belə bir sözü var: "Əgər bir ölkənin vəziyyətini bilmək istəyirsənsə, oradakı qadınların halına bax". Biz də deyərdik ki, hər bir yazarın populyarlığını bilmək istəyirsənsə, onun qadın oxucularının sayına, ədibə göstərdikləri münasibətə bax. Qadın oxucuların sevgisi Əlibala müəllimin üzərinə guryağış kimi daima yağırdı. Nə qədər etiraflar eşidirdi, məktublar alırdı, ona nə qədər zənglər olurdu! Axı, Əlibala müəllimin özündə də danılmaz bir "aşiqlik istedadı" var idi.

Bir hadisə yadıma düşür. O vaxtlar müəssisələrdə "subbotnik" deyilən şənbə təmizliyi günləri olardı. Hamımız belə şənbə günləri işə gələr, otağımıza əl gəzdirər, yazı masalarını köhnə kağız-kuğuzdan təmizlərdik. Ayda bir dəfə olan belə təmizlik şənbələrinin birində Əlibala müəllim gəlməmişdi. Mən də fikirləşdim ki, bir yaxşılıq edim, Əlibala müəllimin də yazı masasının üstünü təmizləyim. Masanın üstünü sildim, köhnə qəzetləri atdım. Sonra gözüm bir təqvimə sataşdı. Neçə il əvvəlki, köhnə bir təqvim idi. Onu da köhnə qəzetlərlə birgə atdım. Özüm də təmizlik işimdən çox razı qaldım. Əmin idim ki, Əlibala müəllim də razı qalacaq.

Həftənin birinci günü işə gəldik. Dedilər ki, Əlibala müəllim səni gözləyir. Fikirləşdim ki, yəqin təşəkkür etmək istəyir. Amma məsələ başqa imiş. Şöbəyə daxil olanda hamının üzündə gizli bir təbəssüm sezdim. Əlibala müəllim məni görcək dərin birbir ah çəkib, yarıgerçək-yarızarafat dedi: "Ay Şəfəq, sən nə etmisən? Kağız-kuğuz heç, təqvimi niyə tullamısan? Orada elə telefon nömrələri var idi ki... Sən məni neçə-neçə gözəldən ayırdın. Doğrudan da, "təmizlik" işi apardın". Şöbədə keçirilən yığıncaqlarda bunu tez-tez xatırlayıb gülərdi.

Əlibala müəllimlə eyni şöbədə işləmək çox maraqlı idi. Maraqlı söhbətləri, şirin zarafatları, müdrik fikirləri, nadir səmimiyyəti, geniş dünyagörüşü, insanlarla ünsiyyəti, həyat eşqi şöbənin ab-havasına bir təravət gətirərdi. Müxtəlif yerlərdə ondan söz düşəndə fəxrlə demişik: "Biz onunla bir şöbədə işləyirik".

Bütün bunlar artıq bir xatirədir, unutdurmağa zamanın gücü çatmayan unudulmaz xoş xatirələr. Daha bir xatirə: şöbənin yuxarı başında, onun yazı masasının arxasında bir seyfi vardı. Zarafatla soruşardıq: "Görən onun içində nələr var? Nə qiymətli əşyalar gizlənir orada?" Cavabında deyərdi ki, yazıçının ən qiymətli mirası əsərləridir. Əlyazmalarımdır orada. Bu, doğrudan da, belə imiş.

Hər insanın bir taleyi var. Yazıçının isə iki: bu dünyanın qonağı olduğu insan taleyi və yazıçı taleyi. Mənim tanıdığım Əlibala Hacızadənin hər iki taleyi maraqlı, rəngarəng, özü bir romana bənzəyən talelərdir. "Tanıdığım" demişkən, son illərdə mən onu bir bağ qonşusu kimi də tanımışdım. Əlibala müəllimlə qonşuluqda ailəlikcə bizə çox gözəl yay günləri qismət olmuşdu. Maraqlı, şən günlər idi.

Bir vaxt jurnalistlərdən birinin: "Əlibala müəllim, Bakıya gəlişinizi xatırladınız. Bir anlıq təsəvvür edək ki, ata yurduna qayıdırsınız. Bakıya arzularla gələn Əlibala Hacızadə indi hansı hisslərlə, xatirələrlə geri dönər?" sualına yazıçı belə cavab vermişdi: "Siz mənim yaralı yerimə toxudunuz. Görün neçə illərdir, Bakıdayam. Ancaq hələ də Bakıya tam alışmamışam. Nə orada rahat yaşaya bilirəm, nə burada. Bakıya gələndə məni kənd çəkir, kəndə gedəndə Bakı. Qalmışam ikisinin arasında". Hər dəfə Əlibala müəllimi bağda görəndə, onun bu cavabı yadıma düşürdü. Həmin bağ sanki onun tam alışa bimədiyi Bakı ilə, unuda bilmədiyi, doğulduğu Ağalıkənd arasında olan xoş bir keçid, rahat bir körpü idi.

Bağda əncir ağacı və qızılgül kolu əkmişdi. Əfsus ki, həm əncir ağacının ilk bəhəri, həm qızılgül kolunun ilk çiçəyi onun həyat yoldaşı rəhmətlik Xanım bacıya verdiyi son hədiyyə oldu. Xanım bacının yas məclisində özü bu haqda zərif bir kədərlə danışdı. Həmin əncirin həyat yoldaşının dünyadan köçməmişdən yediyi sonuncu təam olduğunu söylədi. Bütün bunları elə təsvir edirdi ki, sanki bir novella dinləyirdik. Dedi ki, həmin qızılgülün ətri də Xanımın bu dünyada qoxladığı sonuncu ətir oldu.          

Danışdı, sonra da yaman susdu."Susmaq da nitqin bir növüdür" - deyirlər. Sözün gücü çatmayan məqamlarda belə olur. Söz ustadı Əlibala müəllim də o dəqiqələrdə sözdən qaçdı, sükuta yer verdi. Dəniz kimi mavi gözləri yaşla doldu. Onun "Mənim gözlərimə bax" adlı bir şeiri var:

Dünyanı dünya tək görmək istəsən,

Mənim gözlərimə bax.

Saçını dənizdə hörmək istəsən,

Mənim gözlərimə bax.           

Həmin anda isə onun gözlərini yaşlı görəndə "Kədəri dənizdə görmək istəsən, onun gözlərinə bax" demək istədim. Əlibala müəllimin şeirlərinin ilk dinləyicisi çox vaxt şöbəmiz olardı. Bir gün bizə Həkim Qəniyə həsr etdiyi şeirini oxudu. Şeirdə belə bir bənd var idi:

Sözün hikmətlə dolu,

Yolun məhəbbət yolu,

Könlün gözəllik qulu,

Qəlbən sevdim mən səni.

Bu bəndi elə onun özünə də aid etmək olar. Əlibala müəllimin özü də hikmətli söz deyən, məhəbbət yolunun yolçusu olan, Tanrının yaratdığı hər bir gözəlliyi duya bilən nadir insan idi. O deyirdi: "Sevənlər ölmür"... Unudulmaz Əlibala müəllim, sevilənlər də ölmür: elə sizin kimi!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://525.az
archiveBu xəbər 24 Oktyabr 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see244

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see236

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see230

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see229

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see227

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see224

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see224

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see224

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see218

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see202

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see199

Müəllim əməliyyatdan sonra öldü

11 Sentyabr 2026 09:12see198

Səhərlər qrip kimi oyanırsınız? Həkim AÇIQLADI

11 Sentyabr 2026 13:57see195

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see192

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see189

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see189

Trampdan İran bəyanatı Qərarından peşman deyil

11 Sentyabr 2026 04:09see186

Payızda orqanizmə güc verən 3 MƏHSUL

11 Sentyabr 2026 04:56see184

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see180

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri